Reklam verin!

Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز

Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل

Blog Haqqında

 

Baybək ArazOğlu

  • Gedən torpaqları qaytarmaq üçün,
    savaşabilmədik sülhə öyündük.
    Babamız qurd idi, ancaq biz bugün,
    əllərdən ot yiyən quzuya döndük.

    گئدن تورپاقلاري قايتارماق اوچون،
    ساواشابيلمه ديک صولحه اؤيوندوک.
    باباميز قورد ايدي، آنجاق بيز بوگون،
    اللردن اوت ييين قوزويا دؤندوک

Sorğu

  • Sizcə Güney Azərbaycan üçün indi hansı daha önəmlidir?




Sayqaç

    • İndi blogda: 29
    • Keçən ayın hiti: 6759
    • Dünənki hit: 332
    • Bugünki hit: 186
    • Ümumi hit: 26057

Müxtəlif

  • baxış
    194

    Kitabi dədə qorqud-Birinci boy

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 24, 2007 17:23

    Kitabi dədə qorqud

    Birinci boy

    Dirsə xan oğlu boğac xan boyu

     

    Dirsə xan deyilən bir bəyin oğlu qızı yoxuydu. ((Ac gördüsə, doyururdu, yalın gördüsə geyindirirdi. Borclunu borcundan qurtarırdı.))

    Nəhayət arvadı boylu oldu. Bir neçə müddətdən sonra bir oğlan doğdu. Oğlanı dayələrə verdi, saxlatdı...

    At ayağı iti, ozan dili çevik olur. Yiyəsi oğlan yekəlir, qabırğalı böyüyür. Oğlan on-beş yaşına girdi. Bayındır xan boğasını meydanda cəsarətlə öldürür. Dədə qorqud gəlir bu oğlanı şərəfinə söz qoşur, onun adını boğac qoyur. O çox cəsarətli idi.

    Dirsə xan oğluna bəyliq verdi, taxt verdi, oğlan taxta çıxdı atasının qırx igidini unutdu. O qırx igid ona həsəd apardı, kin saxladı. Birbirinə söylədilər: ((gəlin oğlanı atasının gözündən salaq.)) onlar bu niyət ilə boğaca şər atırlar. Dirsə xan oğlunu öldürmək istəyir. Ağır yaralanmış oğlanı anası ölümdən qurtarır. Axırda atasını da xilas edir.

    Dastanın izahı və şərhi

    Bu dastan ata, oğul və ananın qələbəsi ilə tamamlanır. Birinci boy qəhrəmanlıq səhnələri və təsvirləri ilə başa çatır. Burada qəhrəmanın boğa ilə döyüşü və onu öldürməsi, qırx igid ilə savaşması, qadının at minib vuruşması və həmasə qəhrəmanının nəzir niyaz ilə dünyaya gəlməsi. Bu dastan ümümi dastanlar sırasında silsiləsinə daxil olsada, əsas qəhrəmanları sonraki boylarda gözə dəymir. Bundan başqa boyda, oğuz igidləri arasında bu birinci dastanda ha belə on-ikinci dastanda toqquşma vücüda gəlir. Lakin hər iki boydaki qəhrəmanlar sübüt edir ki, oğuz bəyləri pozulmaz və basılmazdir. Qalan boylarların əksəriyətində toqquşmalar oğuzlarla yadlar arasında baş verir.

    Görüşlər(0) Dədə Qorqud

     

  • baxış
    531

    Cenubi Azerbaycanda turk lehceleri

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 21, 2007 17:48

    Cenubi Azerbaycanda turk lehceleri Xerite birde Cenubi Azerbaycanin muxtelif lehce ve ya şivelerinde danişan bölgeleri gösterilmişdir. Bu bölgelendirmede uç esas amil yeni:

    a- Bölgelerin özellileri

    b- Fonetik özellikleri

    c- dil qaydalri: (1.umumi dil qaydalri; 2 -ses uyumu) öz çalişmama usta göturmeyime baxmayaraq, aşagidaki xususiyetleri de gözden qaçirmamişam.

    1- Dilimizin temiz ve duzgun danisildigi lehceler

    2- Dilimizde olan sözlerin baş herfinde işlenmeyen herfler meselesi

    3- Danişilan dilin qedim yerli turkce ve ya sonra inkişaf edib Azerbaycana gelen turkce olmasi

    4- Muxtelif turk boylari ile ilgili olan lehceler

    5- Tarixi qondum - köçdumler

    6- Xalq arasinda olan ve sineden sineye keçmiş hekayelerin tesir dairesi

    7- Fars bölgelerine yaxinliq ve ya uzaqliq ve onun tesirleri

    8- Kend ve şeherlerde danişilan dil ferqlilikleri

    9- Şimali Azerbaycan lehceleri ile tutuşdurma.

    Davamı...

    Görüşlər(2) Azərbaycan dili

     

  • baxış
    207

    Türkün dili tək sevgili, ehsaslı dil olmaz,
    Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

    Öz şerini farsa, ərəbə qatmasa şair,
    şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

    Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
    Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

    Sözlər də cəvahir kimidir, əsli bədəldən
    Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.


    şair ola bilməzsən, anan doğmasa şair,
    Missən, a balam, hər sarı köynək qızıl olmaz.

    Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
    Daş-daşda doşulmuş dşli ceyran həmil olmaz.

    Ansan odu tutsun bu zəlil xalqın əlindən,
    Allahı sevərsən, belə insan zəlil olmaz.

    Hərçənd Sərabın südü çox, yaş-balı çoxdur
    Baı ərşə də çatdırsa, Sərab ərdəbil olmaz.


    Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
    ərbablarımızdan da qarınlar təbil olmaz.

    Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
    Bir dıfı bunu qan ki, ipəkdən qızıl olmaz.

    Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
    Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

    Fars şairi çox sözlərini bizdən aparmış,
    Sabir kimi bir süfrəli şair pəxil olmaz.


    Türkün məsəli, folkloru dünyada təkdir,
    Xan yorqanı, kənd içrə məsəldir, mitil olmaz.

    Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
    Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

    Bu şəhriyarın təbi kimi çimməli çeşmə,
    Kəvsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

    1969

    Görüşlər(0) Azərbaycan dilində şerlər

     

  • baxış
    247

    KİTABİ-DƏDƏ QORQUD

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 16, 2007 0:15

    «KİTABİ-DƏDƏ QORQUD» ÜMUMXALQ AZƏRBAYCAN DİLİNİN TƏŞƏKKÜL DÖVRÜNÜN ABİDƏSİDİR
    Yaranma tarixi

    Yeni eranın əvvəllərindən bütün Qafqazda və Yaxın Şərqdə ümumünsiyyət vasitəsinə çevrilmiş Azərbaycan dilinin yeganə, lakin son dərəcə kamil abidəsi olan «Kitabi-Dədə Qorqud»un adı bütövlükdə: «Kitabi-Dədəm Qorqud ala-lisani-taifeyi-oğuzan» şəklindədir. Buradan aydın olur ki, dastanlar daha çox oğuz türklərinə məxsusdur. Lakin bu oğuzlar bir sıra alimlərin iddia etdikləri kimi, səlcuq oğuzları deyildir.
    Oğuzlar Azərbaycanda çox qədim dövrlərdən məskunlaşmış türklərdir. «Dədə Qorqud» XI əsrdən əvvəlki oğuzlara aiddir, dastanlarda XI əsrdən əvvəlki oğuzlar təsvir edilmişdir. Bunu dastanların ilk tədqiqatçılarından prof. Ə.Dəmirçizadə də xüsusi qeyd etmişdir: «Kitabi-Dədə Qorqud»dakı dastanlar bu şəkildə X əsrdən qabaq və VIII-IX əsrlərdən sonra Qafqazda, daha doğrusu, Azərbaycanda yaşayıb yaratmış olan dədələr, ozanlar tərəfindən məharətlə qurulub-qoşulub el-oba arasında yayılmışdır.» (24; 9) Zaman imkan verməsə də, professor dastanların səlcuqların gəlişindən əvvələ - əvvəlki oğuzlara aid olduğunu qeyd edə bilmişdir.
    Orhan Şaik Gögyay «Dədə Qorqud» ensiklopediyası sayıla bilən qiymətli kitabında oğuzların Azərbaycanda və Şərqi Anadoluda çox-çox qədimlərdən mövcud olduğunu söyləmişdir: «Daha belli tarihi devirlerde, Salcuklularla beraber gelen Oğuzlar atalarının daha bir çok yüzyıllar önce Azerbaycana gelmiş, hatta Kiçik Asiya şehirlerini fath etmiş olduklarına dair rivayetler nakletmişlerdir... bu rivayetlere göre efsanevi Oğuz zamanında Azerbaycana gelip yerleşen Oğuzların yaylakları Tebrizin güneyindeki Ulan yaylaklarını, Ala Taq dağları və Şaraban dağlarında isimleri de Arran ve Muqan ovaları olmak üzere yerleşmiş imişler. Bu rivayetler Attila zamanında gelmiş olan Ağ hunlara ait hatıralar olabilir».(25; XL) O.Şaikin söylədiyi bu oğuzlar da Azərbaycan ərazisində məskunlaşmış ən qədim oğuzlar deyil....

    Davamı...

    Görüşlər(0) Azərbaycan Ədəbiyyatı, Dədə Qorqud

     

  • baxış
    218

    Səməd Vurğun

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 16, 2007 0:12

    Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.
    Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.
    Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.
    1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.
    Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi....

    Davamı...

    Görüşlər(2) azərbaycan adlım insanları

     

  • baxış
    312

    Heydər Baba(1.~4. Bölümlər)

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 16, 2007 0:09

    1 Heydər Baba, ildırımlar şaxanda,
    Sellər, sular şakqıldıyup axanda,
    Gızlar ona səf bağlıyup baxanda,
    Səlām olsun şovkətüzə elüzə,
    Mənim də bir adım gəlsün dilüzə.

    2 Heydər Baba, kəhlik'lərün uçanda,
    Kol dibinnən dovşan galxup gaçanda,
    Baxçalarun çiçək'lənüp açanda,
    Bizdən də bir mümkün olsa yad elə,
    Açılmıyan ürək'ləri şad elə.

    3 Bayram yeli çardaxları yıxanda,
    Novruz güli, gar çiçəği çıxanda,
    Ağ bulutlar köynək'lərin sıxanda,
    Bizdən də bir yad eliyən sağ olsun,
    Dərdlərimiz goy dikkəlsün dağ olsun.

    4 Heydər Baba, gün daluvı dağlasın,
    Üzün gülsün, bulaxlarun ağlasın,
    Uşaxlarun bir dəstə gül bağlasın,
    Yel gələndə ver gətirsin bu yana,
    Bəlkə mənim yatmış bəxtim oyana.

    Görüşlər(7) HeydərBaba

     

  • baxış
    221

    Təbrizim(Süleyman Rüstəm)

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 16, 2007 0:01

    Təbrizim
    Süleyman Rüstəm

    Baxdığca hüsnünə doymayır gözüm
    Təbrizim, Təbrizim, gözəl təbrizim!

    Qoymaram yadları girsin qoynuna,
    İzin ver qolumu salım boynuna!
    Sənin bayramına, sənin toyuna
    Dili bir, qanı bir qardaşın gəlib,
    Dərdinə aşina sirdaşın gəlib.

    Bülbül zar-zar ağlar çəməndən ayrı,
    İnsan deyib gülməz vətəndən ayrı,
    Can necə yaşasın bədəndən ayri?
    Aç öz ürəyini danış, təbrizim.
    Olum dərdlərinə tanış, təbrizim!

    Sən çıxdın qarşıma duzla, çörəklə,
    Bağından dərdiyin güllə, çiçəklə,
    İkiyə bölünmüş saf bir ürəklə,
    Təbrizim,təbrizim, aman təbrizim
    Yox olsun başından duman Təbrizim!


    Qədrini ayrılıq çəkənlər bilər,
    Hicranda gözyaşı tökənlər bilər,
    Ömrünə qaranlıq çökənlər bilər,
    Bağından gül-çiçək dərdim Təbrizim,
    Yenə təzələndi dərdim, Təbrizim!


    Nə qəşəngdir yol boyunca söyüdlər,
    Söyüdlərin kölgəsində igidlər,
    Babalardan dinləyirlər öyüdlər,
    Coşup damarlarda qanı,təbrizim,
    Yoxdur bu mərdlərin sanı, təbrizim!

    Ağlasan ağlaram, gülsən gülərəm,
    Yaşasan yaşaram, ölsən ölərəm,
    Varımı səninlə yarı bölərəm,
    Gəl bir də üzündən öpüm, Təbrizim!
    Başına gül-çiçək sərim təbrizim!

    Nədir o, mə`nalı, dərin baxışlar?
    Nədir gözlərindən yağan yağışlar?
    Nədir qəlbindəki payızlar, qışlar?
    Yetimtək boynunu əymə, təbrizim!
    Mə`lul-mə`lul baxıb durma, təbrizim!

    Sənin çiçəyinə, gülünə qurban!
    Mənə qardaş deyən dilinə qurban!
    Vətəninə qurban,elinə qurban!
    Baxdığca hüsnünə doymayır gözüm
    Təbrizim, Təbrizim, gözəl təbrizim!

    Görüşlər(1) Azərbaycan dilində şerlər

     

  • baxış
    245

    Süleyman Rüstəm

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 15, 2007 23:59

    Süleyman Rüstəm (1906-1989)

    Süleyman Rüstəm azərbaycan sovet şe`rinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. onun yaradıcılığında yeni həyatın və inqilabın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur.

    Həyatı: Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.
    Süleyman Rüstəm əmək fəaliyyətinə “Gənc işçi” qəzetində başlamşdır. 1926-cı ildə o, “Gənc qızıl qələmlər ittifaqı”nı yaratmışdır. Bir müddət “inqilab və mədəniyyət” jurnalında və “Ədəbiyat” qəzetində məs`ul vəzifələrdə çalışmışdır.
    Süleyman Rüstəm Azərbaycanın Xalq şairi və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olmüşdür. O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı indi bakıda fəxri xiyabanındadır.

    Yaradıcılığı: Süleyman Rüstəm hələ sənaye məktəbində oxuyarkən “Molla Nəsrəddin” jurnalında kiçik yazılarını nəşr etdirmişdir. Şairin ilk şe`ri “Unudulmuş gənc”dir(1923-cü il). “Gənc qızıl qələmlər” kitabında (1926-cı il) Süleyman Rüstəmin bir sıra şe`rləri nəşr edilmişdir. 1926-cı ildə onun Almas İldırımla birgə “Dün – bugün” kitabı çap olunur.
    1927-ci ildə şairin Süleyman Rüstəmin “Ələmdən nəş`əyə”(Qəmdən sevincə) adlı ilk kitabı nəşr olunur. Kitabdakı şe`rlərin çoxu publistik-lirik üslubdadır və mövzuca bir-birinə yaxındır. Süleyman Rüstəm “Mənim şe`rim” əsərində şair poeziyasını “mühitin meyvəsi” adlandıraraq gözyaşının, qəm və kədərin ondan uzaq olduğunu bildirir.
    30-cu illərdə Süleyman Rüstəmin “Addımlar”, “Səs”, “Atəş”, “Şairin səsi”, “ulduzlar” və “Gecənin romantikası” kitabları nəşr olunur. Süleyman Rüstəm müharibə dövründə qalxı qələbəyə səsləyən bir sıra şe`rlər yazır. Şairin bu dövrdə yazdığı şe`rləri “Ana ürəyi”, “Ana və poçtalyon(postçu)”, “Gün o gün olsun ki” kitablarnda toplanmışdır. “And”, “Qafqaz ordusu”, “416”, “Qəfurun qəlbi”, “Əzizlərdən əzizlərə”, “Gün o gün olsun ki” şe`rləri müharibə mövzusundadır. Bu şe`rlərdə şair qələbəyə olan dərin inanımını anlatırdı:
    Gün o gün olsun ki, qurtarsın dava,
    Dağılsın buludlar, açlsın hava.

    Davamı...

    Görüşlər(0) azərbaycan adlım insanları

     

  • baxış
    180

    Bulud Qaraçorlu(SƏHƏND)

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 15, 2007 23:58

     

    Səhənd çаğdаş Günеy Аzərbаycаn pоеziyаsının inkişаfındа аpаrıcı mövqе' tutаn və bu sаhədə diqqətə lаyiq хidmətləri оlаn şаirdir.

    Bulud Qаrаçоrlu Səhənd 1926-cı ildə Аzərbаycаn'ın qədim еlm və mədəniyyət mərkəzi оlаn Mаrаğа şəhərində аnаdаn оlmuşdur. Vаlidеynləri hаqdа Səhənd'in tə'birincə dеsək, аtаsı "əyri-üyrü bir хətlə öz аdını cızmаlаrdı, tаyfаdа аğ-qаrаdаn bаşı çıхаn təkcə аnаsı idi ki, о dа düz-qələt, fəqət Qur'аn охuyаrdı". Аzsаvаdlı zəhmətkеş аtа və аnаsının охşаmаlаrı, nаğıllаrı, söhbətləri, öyüdləri оnun qаnınа, yаddаşınа hоpur, еlini, ulusunu sеvən bir gənc kimi yеtişdirirdi.

    İlk təhsilini Mаrаğа və Təbriz'də аlаn Bulud 17 yаşındа ikən Rаzi, аz müddət kеçdikdən sоnrа isə Səhənd təхəllüsü ilə şе'rlər yаzmаğа bаşlаyır.

    Səhənd'in gənclik illəri İrаn'dа Аzərbаycаn хаlqının milli istiqlаliyyəti uğrundа аpаrdığı çətin mübаrizə dövrünə – 40-cı illərdən bаşlаyаn milli-аzаdlıq hərəkаtınа təsаdüf еdir. О, milli hərəkаtdа fəаl iştirаk еdir. 1945-ci ildə S. C. Pişəvəri'nin rəhbərliyi ilə Günеy Аzərbаycаn Milli Hökuməti'nin qurulmаsı, ölkədə аpаrılаn misli görünməyən mütərəqqi islаhаtlаr оndа böyük ruh yüksəkliyi yаrаdır. Səhənd həmin illərdə sеvinc və iftiхаrdаn dоğаn şе'rlər yаzırdı. Lаkin vətənin аzаdlığı uzun sürmədi....

    Davamı...

    Görüşlər(0) azərbaycan adlım insanları

     

  • baxış
    153

    weblogın açılışı!

    Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 15, 2007 2:03

    salam diyirəm bütün siz əziz azərbaycanlı dostlara!

    Bu yeni weblogda  mən çalışacağam ki siz əziz və dəyərli dostları öz ana dilimiz və kültürümüzlə artıxlax tanışdıram. eləcə də Güney Azərbaycandaki kültürlə ilgili yazılarım olacax.

    umudum var siz bu yazılardan faydalanasız.

    hələlik, şad qalın, şad yaşayın!

    Baybək Arazoğlu 

    Görüşlər(1) Bölməsiz

     

PageRank My BlogCatalog BlogRank

Qabaqki yazılar

 

Tema Dəstək