Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز
Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل
-
baxış245
Süleyman Rüstəm
Yazar: Baybək ArazOğlu Tarix: Dekabr 15, 2007 23:59Süleyman Rüstəm (1906-1989)
Süleyman Rüstəm azərbaycan sovet şe`rinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. onun yaradıcılığında yeni həyatın və inqilabın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur.
Həyatı: Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.
Süleyman Rüstəm əmək fəaliyyətinə “Gənc işçi” qəzetində başlamşdır. 1926-cı ildə o, “Gənc qızıl qələmlər ittifaqı”nı yaratmışdır. Bir müddət “inqilab və mədəniyyət” jurnalında və “Ədəbiyat” qəzetində məs`ul vəzifələrdə çalışmışdır.
Süleyman Rüstəm Azərbaycanın Xalq şairi və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olmüşdür. O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı indi bakıda fəxri xiyabanındadır.
Yaradıcılığı: Süleyman Rüstəm hələ sənaye məktəbində oxuyarkən “Molla Nəsrəddin” jurnalında kiçik yazılarını nəşr etdirmişdir. Şairin ilk şe`ri “Unudulmuş gənc”dir(1923-cü il). “Gənc qızıl qələmlər” kitabında (1926-cı il) Süleyman Rüstəmin bir sıra şe`rləri nəşr edilmişdir. 1926-cı ildə onun Almas İldırımla birgə “Dün – bugün” kitabı çap olunur.
1927-ci ildə şairin Süleyman Rüstəmin “Ələmdən nəş`əyə”(Qəmdən sevincə) adlı ilk kitabı nəşr olunur. Kitabdakı şe`rlərin çoxu publistik-lirik üslubdadır və mövzuca bir-birinə yaxındır. Süleyman Rüstəm “Mənim şe`rim” əsərində şair poeziyasını “mühitin meyvəsi” adlandıraraq gözyaşının, qəm və kədərin ondan uzaq olduğunu bildirir.
30-cu illərdə Süleyman Rüstəmin “Addımlar”, “Səs”, “Atəş”, “Şairin səsi”, “ulduzlar” və “Gecənin romantikası” kitabları nəşr olunur. Süleyman Rüstəm müharibə dövründə qalxı qələbəyə səsləyən bir sıra şe`rlər yazır. Şairin bu dövrdə yazdığı şe`rləri “Ana ürəyi”, “Ana və poçtalyon(postçu)”, “Gün o gün olsun ki” kitablarnda toplanmışdır. “And”, “Qafqaz ordusu”, “416”, “Qəfurun qəlbi”, “Əzizlərdən əzizlərə”, “Gün o gün olsun ki” şe`rləri müharibə mövzusundadır. Bu şe`rlərdə şair qələbəyə olan dərin inanımını anlatırdı:
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açlsın hava.Süleyman Rüstəmin müharibədən sonra yazdığı şe`rləri “iki sahil” kitabında(1950-ci) il toplanmışdır. SSRİ(Sovet Sosyalist Respublikalar İttifaqı) Dövlət mükafatına layiq görülmüş bu kitabdakı şe`rlərin çoxu siyasi lirika nümunələridir. Kitabdakı şe`rlərin bir hissəsi isə iki sahil – o taylı-bu taylı Azərbaycan mövzusundadır. Güney Azərbaycan mövzusu Süleyman Rüstəm lirikasında xüsusi bir yer tutur. Müharibə dövründə şair Sovet ordusu tərkibində Güney Azərbaycanda olmuşdur və ordakı soydaşlarımızın istək və həsrətlərini yaxından duymuşdur.
Süleyman Rüstəm yarım əsrdən çox Güney həsrəti, Güney mövzusunda bir sıra dəyərli əsərlər yaratmışdır. Həmin əsərlər şairin yaradıcılığında Güney poeziyası adlanır. Şair bu mövzuda yazdığı şerlərinin birində ayrı düşmüş qardaşlarına qovuşmaq həsrətini belə ifadə edir:
Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,
Hər ikisi bir vüsalın həsrətində çırpınar,
Biri doğma Bakıdadır, biri ana Təbrizdə,
Biri gülür, o birisə batıb qana Təbrizdə.
Süleyman Rüstəmin güney şe`rlərinin çoxu qəzəl, qoşma və beşlik formasındadır. Şair “Yandı” rədifli qəzəlində vətinin ikiyə bölünməsindəm, xalqn faciəsindən ürək ağrısı ilə söz açır:
Ürəkdə min yaram vardır, yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə öz canını qurban edən yandı,
... Süleyman, qafil olma, yaxşı bax ətrafə, şairsən,
Cinayət artdı həddindən, haray sal ki, vətən yandı.
Qoşma formasında yazdığı “Dəymə” şe`rində isə Azərbaycan-türk dilinə xor baxan iran şovinistlərinə qəzəb və nifrətini bildirirdi:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə
Sənində bağın var, gülün var, çəkil,
Bağımda əkdiyim gülümə dəymə!
Süleyman Rüstəmin “Əyilmə”, “Durnalar”, “Zindan”, “Yad gül dərə bilməz”, “Şair” şe`rləri də güney poeziyasına daxildir. Şairin Şəhriyara yazdığ mənzum məktubları da bu mövzudadır. Süleyman Rüstəm güney mövzusunda bir neçə kiçik poema da yazmışdır: “On ikinci tüfəng”, “Gülbahar”, “Me`marın faciəsi”, “Şairin ölümü”. Süleyman Rüstəm güney poeziyasında xalq mənafeyini müdafiə edən vətənpərvər bir şair kimi yadda qalır.
Süleyman Rüstəmin yaradıcılığında qəzəl janrı da xüsusi yer tutur. Onun qəzəllərində saf məhəbbət və vətənpərvərlik hissləri vəhdətdə götürülür. Bu baxımdan şairin “Məndə” və “Ayrılmaz” rədifli qəzəlləri xüsusilə diqqətə layiqdir.
“Təbrizim” şe`ri: Süleyman Rüstəmin güney poeziyasında “Təbrizim” şe`ri xüsusi yer tutur. Şair onu 1941-ci ildə Təbrizə təzəcə gələndə yazmışdır. Təbrizə müraciət şəklində yazılmış şe`r bu misralarla başlanır:
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl təbrizim!
“Təbrizim” şe`ri heca vəznində, beşlik şe`r formasında yazılmışdır. Şe`r bəndlər şəklindədir və hər bənd beş misradan oluşur. Bəndlərdəki misralar aaabb şəklində qafiyələnir:
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Şe`r sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan sonra görüşünü əks etdirir. Süleyman Rüstəm Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması kimi qələmə almışdır. Buna görə də şe`r olduqca tə`sirli və emosional səslənir və oxuduqca zərif, kövrək duyğular doğurur:
Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, təbrizim.
Olum dərdlərinə tanış, təbrizim!
“Təbrizim” şe`ri şairin öz dilindən yazılmışdır. Şe`rin lirik qəhrəmanı da şairin özüdür. Oxucu Təbrizlə görüşün sevinc və həyəcanını şairin obrazı vasitəsiylə duyur və qavrayır. Şe`rdə Təbrizin şairi necə qarşılaması da səmimi şəkildə təsvir olunur:
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,təbrizim, aman təbrizim
Yox olsun başından duman Təbrizim!
Şe`rin əsas mövzusu Təbrizin gözəlliyinin tərifi olsa da, geniş mə`nadabu, vətənin tərənnümü kimi qavranılır. Şe`rin hər bəndi vətən mövzusu ilə sıx bağlıdır. Bəndlərdə şəhərin bu günkü mənzərəsi canlandırıldığı kimi, onun qəhrəmanlıqla dolu tarixi keçmişi də yada salınır. Şair Cüney Azərbaycan da xalqın qara taleyindən və mübarizəsindən də səmimi duyğularla söz açır. Bu mövzudan danışarkən şair xalqın taleyilə bağlı həyəcan və narahatlığı bədii sual şəklində ifadə edir:
Nədir o, mə`nalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, təbrizim!
Mə`lul-mə`lul baxıb durma, təbrizim!
Şe`rin son bəndi əvvəldəki misraların məzmunu ilə səsləşir. Şair yenə də doğma Təbrizlə görüşündən doğan sevinc duyğularını ifadə edir:
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl təbrizim!
Süleyman Rüstəmin “Təbrizim” şe`ri şairin güney lirikasının zirvəsi və ümumiyyətlə, butun yaradıcılğnın ən gözəl nümunələrindən biri sayılır.
Şair sağlığında çap etdirdiyi güney şe`rləri toplusunu “Təbrizim” adlandırmışdır.(1985-ci il)
Qaynaqlar:
1. “Ədəbiyyat”, Yazarlar: Möhsün Nağısoylu, Rəhman quliyev, Araz nəşri(Quzey Azərbaycan)
2. “Təbrizim”, Yazar: Süleyman Rüstəm
Görüşlər(0)
azərbaycan adlım insanları
Bölmələr
- Azərbaycan kültürü (14)
- Azərbaycan dili (7)
- HeydərBaba (2)
- Dədə Qorqud (4)
- Xalq Mahnıları (3)
- qadın (1)
- Ata-Baba Sözləri (1)
- QaraBağ (11)
Dost bloglar
- Bayraqdari bayraqdar edən blog!!!!
- YEK AZERİLERİN YEK SAYTİ
- GÖZƏL məkan
- HOSTILE.AZERIBLOG.COM
- ƏN SON XƏBƏRLƏR, MƏQALƏLƏR
- Yaşasın Azerbaycan
- Sahil
- Virtual Hiper e-Kitabxana
- ...K.e.l.e.b.e.k...
- Füzuli Sabiroğlu
- Turk
- 5'Freedoms/Azadlıq
- Zaur-Əliyev
- CavidAn - səhra küləyi...
- Dusharge دوشرگه
- Sensizolmaz: Sevgi dolu dünyam
- VƏTƏN HƏR ŞEYDƏN ÜSTÜNDÜR
- Şəms EL
- Urum Blog
- ...:::M A F İ Y A:::...
- .:: YURD informasiya mərkəzi ::.
- ۞ C A H A N ۞
- (¨*•.New Proxy.•*¨)
- Mürəkkəb dolu qələm
- Aysel Nəsirzadə
- Olan ve Biten
- ۞ TÜRK BİRLİYİ ۞
- monster.azeriblog.com
- duzli oğlan ( دوزلی اوغلان )
- AzErBaIjAn
- Elmi bloq
- yaprağ tökündüsü
- Men hami kimi deyilem!!!
- ...:::::^^YUMOR^^:::::...
- Təbrizli Rza Əfşarpur(Əfşar)
- Ağdam-Qarabağ-Azərbaycan
- Millətin Səsi
- "Vətəndaş" Xəbər Bülleteni
- Odlar Yurdu, Azərbaycan
- şeir çələngi
- www.zauri.azeriblog.com
- mənim özum
- Qalanxan
- Butov Azerbaycan
Qabaqki yazılar
- «آللاه «بختیار واهابزاده
- ALLAH "Bəxtiyar Vahabzadə"
- «دئييل مي؟ «سولئيمان روستم
- Deyil mi? "Süleyman Rüstəm"
- araz
- HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA
- Heydər Baba(5.~8. Bölümlər)
- Şəlalə Cəvanşirdən neçə şe`r
- (ائليمين داياغي يوردومون فخري» شاعير: بولوت قاراچورلو(سهند»
- ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ (( Şair: Bulut Qaraçorlu(səhənd) ))
- "Sazımın sözü"nden parçalar (( Şair: Bulut Qaraçorlu(səhənd) )) birinci bölüm
- Novruz bayramı Təbrik mesajları
- Azərbaycan Maralı
- Novruz
- Yağış çağırmaq (Güney Azərbaycan variantı)
- "Novruz bayramı Türklərin Milli mirası" Yazar: Baybak Arazoğlu
- Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında
- Arxa, kömək, dayaq, iftixar - haqqında
- Vətən, qurbət - haqqında
- Semed vurğundan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Şehriyardan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Nəsimiden bir gözel şe`r: *Yüz min cəfa qılsan mənə*
- Xaqaniden bir gözel şe`r: *VƏTƏN*
- Nizamiden bir gözel şe`r: *Ay üzlü nigarım, kimə mehman olacaqsan?*
- Su çərşənbəsi, yaxud əzəl çərşənbə
- Bulut Qaraçorlu(səhənd)dən bir şe`r
- Azadlığım(Xəlil rıza ulutürk)
- Ana dilimizin yazı qaydaları
- Gəlmisən, gedirsən.
- Gülüstan poeması(Bəxtiyar vahabzadə)
- Bəxtiyar Vahabzadə
- Rəşid Behbudov
- EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB
- Mirzə Ələkbər Sabir
- Türk olmaq
- Kamança
- Muğam
- Kitabi dədə qorqud-Birinci boy
- Cenubi Azerbaycanda turk lehceleri
- Türkün dili tək sevgili, ehsaslı dil olmaz (ustad şəhriyar)
- KİTABİ-DƏDƏ QORQUD
- Səməd Vurğun
- Heydər Baba(1.~4. Bölümlər)
- Təbrizim(Süleyman Rüstəm)
- Süleyman Rüstəm
- Bulud Qaraçorlu(SƏHƏND)
- weblogın açılışı!


