Reklam verin!

Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز

Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل

Blog Haqqında

 

Baybək ArazOğlu

  • Gedən torpaqları qaytarmaq üçün,
    savaşabilmədik sülhə öyündük.
    Babamız qurd idi, ancaq biz bugün,
    əllərdən ot yiyən quzuya döndük.

    گئدن تورپاقلاري قايتارماق اوچون،
    ساواشابيلمه ديک صولحه اؤيوندوک.
    باباميز قورد ايدي، آنجاق بيز بوگون،
    اللردن اوت ييين قوزويا دؤندوک

Sorğu

  • Sizcə Güney Azərbaycan üçün indi hansı daha önəmlidir?




Sayqaç

    • İndi blogda: 29
    • Keçən ayın hiti: 6759
    • Dünənki hit: 332
    • Bugünki hit: 194
    • Ümumi hit: 26065

Müxtəlif

  • baxış
    171

    Kamança

    Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 13:32

    Kamança

    Türk Kamançası
    Kəmança bir saz`dır.(Çalğı alətidir) Kamança Azərbaycanın kamanla çalınan qədim simli musiqi alətidir.Muğamlarımızın ifası zamanı trioya (tar, kamança, qaval (dəf)) daxil olan kamança Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümayəndəsidir

    Mündəricat
    1 Kamançanı çalındığı yerlər
    2 Hazırlanması
    3 Tarixi
    4 Azərbaycan kamançası



    Kamançanı çalındığı yerlər
    Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır.


    Hazırlanması
    İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. İncə, məlahətli, melodik səsə malik bu alət əsrlər boyu təkmilləşərək bu günümüzə qədər gəlib çıxmışdır. Kamançanın simlərinin sayı əvvəlcə bir, sonra iki və nəhayət doqquz simli olmuşdur. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur.


    Tarixi

    Kamança
    Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir. Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Xosrov və Şirin poemasında kamança belə təsvir edilir:

    Kaman Musa kimi yanır, inləyir,
    Çalan xanəndəni durub dinləyir.
    Oxuyan bir gözəl qəzəl başladı,
    Bu keyfi-işrəti çox alqışladı.

    Azərbaycan kamançası
    Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Həmin muzeydə Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir. XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. Diapazonu kiçik oktavanın "lya" səsindən üçüncü oktavanın "lya" səsinə kimidir. Kamança üçün notlar "sol" açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.

    Qaynaq: www.arda.co.nr 

    Görüşlər(0) Azərbaycan kültürü

     

Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha

Qabaqki yazılar

 

Tema Dəstək