Reklam verin!

Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز

Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل

Blog Haqqında

 

Baybək ArazOğlu

  • Gedən torpaqları qaytarmaq üçün,
    savaşabilmədik sülhə öyündük.
    Babamız qurd idi, ancaq biz bugün,
    əllərdən ot yiyən quzuya döndük.

    گئدن تورپاقلاري قايتارماق اوچون،
    ساواشابيلمه ديک صولحه اؤيوندوک.
    باباميز قورد ايدي، آنجاق بيز بوگون،
    اللردن اوت ييين قوزويا دؤندوک

Sorğu

  • Sizcə Güney Azərbaycan üçün indi hansı daha önəmlidir?




Sayqaç

    • İndi blogda: 31
    • Keçən ayın hiti: 6759
    • Dünənki hit: 332
    • Bugünki hit: 210
    • Ümumi hit: 26081

Müxtəlif

  • baxış
    151

    Çox keçmişəm bu dağlardan,
    Durna gözlü bulaqlardan;
    Eşitmişəm uzaqlardan
    Sakit axan arazları;
    Sınamışam dostu, yarı...

    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!

    Mən bir uşaq, sən bir ana,
    Odur ki, bağlıyam sana,
    Hankı səmtə, hankı yana
    Hey uçsam da yuvam sənsən,
    Elim, günüm, obam sənsən!

    Fəqət səndən gen düşəndə,
    Ayrılıq məndən düşəndə,
    Saçlarıma dən düşəndə
    Boğar aylar, illər məni,
    Qınamasın ellər məni.

    Dağlarının başı qardır,
    Ağ örpəyin buludlardır.
    Böyük bir keçmişin vardır;
    Bilinməyir yaşın sənin,
    Nələr çəkmiş başın sənin.

    Düşdün uğursuz dillərə,
    Nəhs aylara, nəhs illərə,
    Nəsillərdən-nəsillərə
    Keçən bir şöhrətin vardır;
    Oğlun, qızın bəxtiyardır...

    Hey baxıram bu düzlərə,
    Alagözlü gündüzlərə,
    Qara xallı ağ üzlərə
    Könül istər şer yaza;
    Gəncləşirəm yaza-yaza...

    Bir tərəfin bəhri-Xəzər,
    Yaşılbaş sonalar gəzər;
    Xəyalım dolaşar gəzər
    Gah Muğanı, gah Eldarı.
    Mənzil uzaq, ömür yarı!

    Sıra dağlar, gen dərələr,
    Ürək açan mənzərələr...
    Ceyran qaçar, cüyür mələr,
    Nə çoxdur oylağın sənin!
    Aranın, yaylağın sənin.

    Keç bu dağdan, bu arandan,
    Astaradan, Lənkərandan.
    Afrikadan, Hindistandan
    Qonaq gəlir bizə quşlar,
    Zülm əlindən qurtulmuşlar...

    Bu yerlərdə limon sarı,
    Əyir, salır budaqları;
    Dağlarının dümağ qarı
    Yaranmışdır qarlı qışdan
    Bir səngərdir yaranışdan.

    Lənkəranın gülü rəng-rəng,
    Yurdumuzun qızları tək.
    Dəmlə çayı tök ver görək
    Anamın dilbər gəlini!
    Yadlara açma əlini.

    Sarı sünbül bizim çörək,
    Pambığımız çiçək-çiçək.
    Hər üzümdən bir şirə çək
    Səhər-səhər acqarına,
    Qüvvət olsun qollarına.

    Min Qazaxda köhlən ata,
    Yalmanına yata-yata,
    At qan-tərə bata-bata,
    Göy yaylaqlar belinə qalx,
    Kəpəz dağdan Göy gölə bax!

    Ey azad gün, azad insan,
    Doyunca iç bu bahardan!
    Bizim xallı xalçalardan
    Sər çinarlar kölgəsinə,
    Alqış günəş ölkəsinə!

    Könlüm keçir Qarabağdan,
    Gah bu dağdan, gah o dağdan.
    Axşamüstü qoy uzaqdan
    Havalansın Xanın1 səsi,
    Qarabağın şikəstəsi.

    Gözəl vətən! Mənan dərin,
    Beşiyisən gözəllərin!
    Aşıq deyər sərin-sərin,
    Sən günəşin qucağısan,
    Şer, sənət ocağısan.

    Ölməz könül, ölməz əsər,
    Nizamilər, Füzulilər!
    Əlin qələm, sinən dəftər,
    De gəlsin hər nəyin vardır,
    Deyilən söz yadigardır.

    Bir dön bizim Bakıya bax,
    Sahilləri çıraq-çıraq,
    Buruqları hayqıraraq
    Nərə salır boz çöllərə,
    İşıqlanır hər dağ, dərə!

    Nazlandıqca sərin külək,
    Sahillərə sinə gərək.
    Bizim Bakı – bizim ürək!
    İşıqdadır qüvvət sözü,
    Səhərlərin ülkər gözü.

    Gözəl vətən! O gün ki sən
    Al bayraqlı bir səhərdən
    İlham aldın... yarandım mən.
    Gülür torpaq, gülür insan,
    Qoca Şərqin qapısısan!

    Dinlə məni, gözəl vətən!
    Bir söz gəlir ürəyimdən:
    Partiyanın eşqilə sən,
    Güləcəksən hər bir zaman,
    Azərbaycan, Azərbaycan!

    semed vurğun azərbaycan 

    Görüşlər(0) Azərbaycan dilində şerlər

     

Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha

Qabaqki yazılar

 

Tema Dəstək