Hər ulusun özünə özgün kültür və təməddünü vardır ki bu kültür o ulusun əsas özəlliyi sayılır. Biz azərbaycanlıların da böyük bir kültürü var ki gərəkdir onun dəyərini bilək. Bizim dil, tarix, kültür, və adət ənənələrimiz də bizim ən təməlli varlıqlarımızdan sayılır ki gərəkdir bu varlıqları, ki bizim yaşamımız bunlara bağlıdır, qoruyaq və onların dəyərini bilək. Bizim yurdumuzun iftixarlı tarixi ən əski çağlardan bizim ata-analarımızın çalşığının sonucudur və bizim kültür bəşəriyyətin ən dolğun kültürlərindəndir. Bunlar bunun göstərgəsidir ki bizim ata-babalarımız şərəfli və baş-uca, tarixin irəliləyişi yolunda addımlayıblar.
Novruz bayramı Azərbaycan kültürü və təməddününün qalarqı yadigarlarından sayılır ki bu ulu kültür və ənənələr zaman-keçimilə başqa ulusların arasında da yayılıbdır və azərbaycan sərhədlərindən aşıbdır. Ama önəmli olan Novruz bayramının Azərbaycandan qalxdığıdır.
Novruz yazın ilk günüdür. Bu bayram 3000 ildir ki Azərbaycanda qutlanır və soyuq mövsümü qışın bittimi və güllərin çiçəklənməsinin başlanışı və təbi`ətinin yenidən canlanmasıla bizim ata-babalarımız şənlik edib və bugünü yeni həyat, şənlik, və yaxşı yaşamın başlanğıçı kimi bilirdilər. Novruz bayramı zərduştandan öncədə Azərbaycanda milli şənlik kimimiş. Farsca və başqa qaynaqlarda belə rəvayət olunur ki farsların padişahı Cəmşid, Azərbaycan da novruz bayramıla tanış olup, ondan sonra farsların arasında bu şənlik bayram kimi qiymətlənir.
Elə ki bilirik Azərbaycan İranın başqa yerlərinə görə daha fərqli bir iqlimə malikdir ki onun özəlliklərindən biri uzun və soyuq bir qışdır, ki iranın başqa yerlərində beləmcil iqlim yoxdur. Bununla bağlı Azərbaycan xalqı qış və soyuğun bitimi və yaz və təbi`ətin oyanmasıla şənlik edirdilər ki getdikcə xalq arasında gənəl bir kültür və ulusal şənliyə dəyişildi və bizim kültürümüzün dəyərli bir parçası kimi bizə qalıbdır. İndisə bu kültür Azərbaycan sərhədlərindən keçip nə tək İranda habelə başqa ölkələrdə yayılıbdır.
Əgər tarixə diqqətlə baxsaq görərik ki bizim ata-babalarımız bunu bilmişdilər ki dörtlük ünsürlər(yə`ni Su, Od, Torpaq və Yel) onlara yaşam bağışlayır və yaşamın simvoludular. Deməliyik ki türklərin yaşamında dörtlük ünsürlər yaşayış simvolu kimi həməşə dəyərlənib, elə ki Azərbaycanda Od xüsusi bir yer tutur. Od yaşamın istilik qaynağı, Torpaq qazanç qaynağı, Su yaşam qaynağı və Yel hərəkətlilik qaynağıdır. Qış və soyuğun gəlişilə bizim ata-babalarımızın yaşamı bir durğunluqla qarşılaşırdı və təbi`ətin ölümülə birlikdə onlar allahvergisi ne`mətlərdən (Dörtlük ünsürlər) bəhrəsiz qalırdılar və daha çox dörtlük ünsürlərin dəyərini anlayırdlar və baharın gəlişilə geniş şənliklər edərdilər.
Dörtlük ünsürlər(yə`ni Su, Od, Torpaq və Yel) türklərə oqədər dəyərlidi ki keçmiş çağlardan onların yaşam və kültüründə önəmli bir yer tutur, elə ki türk tarixinin təməddünündə həftə günləri bu adlarnan qeyd olunur:
<!--[if !supportLists]-->1. Şənbə: Yel günü<!--[endif]-->
<!--[if !supportLists]-->2. 1Şənbə: Torpaq günü<!--[endif]-->
<!--[if !supportLists]-->3. 2 Şənbə: Düz günü<!--[endif]-->
<!--[if !supportLists]-->4. 3 Şənbə: Ara günü<!--[endif]-->
<!--[if !supportLists]-->5. 4 Şənbə: Od günü<!--[endif]-->
<!--[if !supportLists]-->6. 5 Şənbə: Su günü<!--[endif]-->
<!--[if !supportLists]-->7. Cüm`ə: Adına<!--[endif]-->
Novruz bayramı və onun özəlliklərinə işarədən öncə dörtlük ünsürlərin təbi`ətdə olan simvollarıla ilgili bilgi vermək gərəklidir. Ata-babalarımız yaşamın ən çətin şəraitilə üzləşdikdə anlamışdılar ki dörtlük ünsürlər(Su, Od, Torpaq və Yel) onların yaşamında önəmli bir yer tuturlar. Elə məhz yazın yaxınlaşmasıla qışın son 4həftəsinə dörtlük ünsürlərin birinin adın veriplər.
<!--[if !supportLists]-->1. Su, yaşamın yeniləşməsinin simvoludur. İlk həftə “Su çərşənbəsi”(yaxud “Çərşənbə suyu”) adlanır. Suyun insanın yaşamında yaşayış mayası kimi önəmi vardır. Qarlar və buzlar yavaş-yavaş əriyirlər. Bu mövzunun bizim ata-babalarmıza çox dəyər və önəmi varımış.<!--[endif]-->
Su çərşənbəsində sübh tezdən bulaq başına gəlirlər:
-Ağırlığım-uğurluğum suya, Azarım-bezarım suya,” -deyib, su üstündən atdanırlar. Sonra əl-üzlərini yuyur, bir-birilərinin üstünə su atır, üzlərinə su çiləyirlər. Xəstəliyə tutulanları da su üstündən hoppandırırdılar. Adamlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içib:
-Su haqqı, pis əməl sahibi olmayacağam, - deyirlər.
Axırda suyun ətrafında əl-ələ tutub oxuyurlar:
Sel çapar,
Su çapar,
Bir günah işlətmişəm,
Gəl onu,
Yel apar…
Ananın bir balası,
Nəyə möhtac qalası?
Sudan atlı keçməsə,
Meylin kimə salası?
Su axar,
yolun tapar,
Su olmaz,
ölüm qapar.
Suya verdiyin itməz.
Susuz buğda, ot bitməz.
Suyu bol olan elin,
Əyəmməz düşman belin.
Su gəlsin, duru gəlsin,
Yazın uğuru gəlsin.
<!--[if !supportLists]-->2. İkinci həftəni bizim ata-babalarımız “Od çərşənbəsi” ki istilik və ayıdnlıq məzhəridir və təbi`ətə yeni can bağışlayır. Onlar buna inanırdılar ki hərqədər Od və günü müqəddəs və ulu saysalar, elə oqədər təbi`ət tez canlanar və onlara daha sə`adət dolu bir yaşam gətirər. Azərbaycanda saylı atəşkədələrin olmağı türk kültüründə odun nə qədər dəyərli olduğunun bir nişanəsidir.<!--[endif]-->
<!--[if !supportLists]-->3. Üçüncü həftə “Torpaq Çərşənbəsi” adlanıb. Torpağın meydana gəlməsi ilə Yer kürəsinin formalaşması başa çatır və təbiətdəki başqa maddi varlıqların (çayın, dağın, meşənin, çölün, heyvanın, insanın və s.) meydana gəlməsinə zəmin yaranır. Əksər mifoloji sistemlərdə dünyada olan bütün mövcudatın maddi, əşyavi tərəfi öz mayasını torpaqdan götürür. Lakin başlanğıcda allah hər şeyi hərəkətsiz halda meydana gətirmiş və ruhla, sonuncu mənəvi ünsürlə canlandırmışdır. Deməli, torpaq odun köməyi ilə sudan ayrılıb üzə çıxandan sonra yaradılanların hərəkətə gətirilməsinə, canlandırılmasına təkan verən sonuncu ünsürə ehtiyac duyulmuşdur.<!--[endif]-->
Torpaq çərşənbəsi mərasiminə dan söküləndə başlayırdılar. Uşaqlı-böyüklü hamı bağlara, əkin sahələrinə yollanır, ağacların diblərini belləyirdilər. Torpaq çərşənbəsi günü yeri murdarlamaq, bitkiləri qırmaq, suya, oda və torpağa tüpürmək günah sayılır. İmkansızlara əl tutmamaq, yardım gözləyəni sevindirməmək torpaq ruhunu narazı salmaq deməkdi. Həmin gün qan tökülsə, elin başı il boyu bəlalar çəkər, - deyərlər. Adamlar yığışıb küçə-meydanları, həyətləri zir-zibildən təmizləyər, ağacları budayar, quru otu, otən payızdan qalma xəzəli bir yerə yığar, qaş qaralanadək toplanan çör-çöpü, çırpını meydanlarda qalayarlar. Bundan sonra başlanan şənlik səhərədək davam edər.
Torpağı qoydum dincə,
Novruz bizə gəlincə.
Torpağa kəm baxanı
Doğrarlar xincə-xincə.
Ulu babalarımızın ən qədim əmək peşələrindən biri qoyunçuluq olduğu üçün saya oyunları da torpaq çərşənbəsinin atributlarından birinə çevrilmişdir.
Süfrələr şirniyyatlarla və ağartıdan hazırlanan yeməklərlə bəzədilərdi. Torpaq çərşənbəsində heyvan kəsilməz, qan tökülməz.
<!--[if !supportLists]-->4. Dünyanın yaranmasında iştirak edən sonuncu ünsür havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində “Yel çərşənbəsi” adı ilə qeyd olunur. Odla birlikdə yel də mənəvi-ruhi (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc - torpağa, suya qarşı cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir. Ümumiyyətlə, dünyanın mənəvi, ruhi tərəfləri kişilərlə, maddi, əşyavi tərəfləri isə qadınlarla əlaqələndirilir. Lakin od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz, atalar sözündə qeyd edildiyi kimi, <!--[endif]-->
«Yel olmasa, sel olmaz».
«Yel gətirib, gün qurudub».
«Yel eləyəni fələk eləyə bilməz».
«Yel üfürüb şişirtdiyini göyə qaldırar».
«Yel əsməyincə çöp tərpənməz»
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır.
Xalqımızın ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar.
Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında tanrı durur. Yelə tupürsən öz üstünə qayıdar.
Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.
Bir inanışda isə deyilir ki, «Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər».
<!--[if !supportLists]-->Ø Deməliyik ki indi xalq İranda keçmiş kimi bu dört həftəni ayrı-ayrı şənlik eyləmir, bəlkə zaman-keçimilə bu mərasimlərin hamısını bir yerdə ilin “Son Çərşənbəsində” qutlayır və şənlik edir. Bu şənlik mərasimi “Çərşənbə suri” adlanır ki “Çərşənbə suyı(Çərşənbə suyu)”nun təhrif olunmuşudur. Bu görüşün neçə qüvvətli dəlili vardır:<!--[endif]-->
<!--[if !supportLists]-->1. Əgər bu kələmə farsca bir kələmə olsa, gərəkdir ki “سور چهارشنبه”(Sur-e çərşənbə) ola.<!--[endif]-->
<!--[if !supportLists]-->2. İkinci dəlil Azərbaycan kültüründə ilin son 4 həftəsinə dörtlük ünsürlərin birinin adının verilməsidir.<!--[endif]-->
<!--[if !supportLists]-->3. Əgər “SUR” kələməsini “şənlik” anlamında tutaq, yenə düz bir iddia dəyil. Çünki farscada “SUR” kələməsi yoxdur.<!--[endif]-->
<!--[if !supportLists]-->4. Son dəlil budur ki xalq bu günün səhəri Su gətirmək üçün bulaqların başına gedirlər və bu özü bu kələmənin əsldə “Çərşənbə suyu” olmağına bir dəlildir.<!--[endif]-->
Hər nəysə xalq ilin son çərşənbəsinin axşamı günün batımıla od üstündən atlanıb bu şeri oxuyur:
Atıl batıl çərşənbə
Bəxtim açıl çərşənbə
və şənlik edir.
Ama novruz bayramnın başqa mərasimlərindən “baca qabağı bəzəmək” yaxud “Yeddi Sin” süfrəsidir ki tə`əssüflə zaman-keçimilə fars kültürünün nüfuzuyla başqa bir şəkildə, ki əsil “Yeddi Sin” süfrəsilə fərqlidir, Azərbaycanda keçirilir. Çox aydındır ki farslar bu mərasimi türk kültüründən oğurlayıblar və bə`zi “SİN”ləri dəyişdiriblər ki çox anlamsız və gülməlidilər, və əgər o kələmənin bənzərini tapabiliblər, onu istifadə ediblər. məsələn “Sarımsaq” yerinə “Sir” kələməsini qullanıblar. Ama bə`zi kələmələrə bənzər tapabilməyib elə həmanları qullanıblar. (“Sirkə”, “Sumaq” və “səməni”)
Əski çağlardan Azərbaycanda “Həft-Sin” süfrəsinə “baca qabağı bəzəmək” diyərdilər. Deməli o zamanlardan bəri bizim ata-analarımızın evlərində bir “baca” olarmış. Onlar buna inanırdılar ki novruz bayramında ölülərin ruhu evlərinə baş çəkməyə gələrdilər və evə “baca”dan girərdilər. “Yeddi Sin” Süfrəsini bu bacanın qabağında sərib və üstünə çoxlu yeməlilər qoyurdular ki hərəsi yaşamla ilgili bir zadın simvoludular və insanın yaşamında önəmli bir rol oynuyurlar. Onların inancı beləydi ki ölülərin ruhu bu süfrəni gördükdə onlardan razı olurdular. Onlar özləridə bu yeməliləri ulu və müqəddəs sayırdılar. Onlar bu süfrəyə “Su, Səməni, Sarımsaq, Sucuq, Sümbül, Sumaq və Sirkə” qoyurdular.
<!--[if !supportLists]-->1. Su: yaşam və uzun ömür simvolu sayılır. Su əski çağlardan türklərin arasında çox dəyərli bir ünsürdür və buna görə “Yeddi Sin” süfrəsində özəl bir yer tutur. Niyə ki insan yaşamının əsasıdır.<!--[endif]-->
<!--[if !supportLists]-->2. Səməni: Səməni indi şirin və yeməli bir halva kimi xalq arasında tanılır. Ama əslində Səməni kələməsi bu halvanın bişirməsinin əsas maddəsi olan göyərtinin adıdır. Ama indi yalnız Səmənidən bişirilən halvaya bu ad verilir.<!--[endif]-->
Son çərşənbələr qədəm qoyandan sonra qız-gəlin boşqablara buğda töküb səməni göyərdirlər. Kimin səmənisi birinci cücərsə onun ürəyində tutduğu niyyəti mütləq yerinə yetəcək - deyərlər.
Son çərşənbədə səməni halvası bişirər və qonum-qonşuya paylayarlar.
Səməninin üstünə su çiləyəndə oxuyurlar:
Səməni, ay səməni,
İldə göyərdərəm səni.
Səməni,
Saxla məni,
Ay səməni,
Saxla məni.
Ürəyimdə tutduğum
Yara adaxla məni.
Səməni, saxla məni.
İldə göyərdərəm səni.
Halvanı şirin eylə,
Arzumun birin eylə,
Buğdanı saxlamışam,
Qızı adaxlamışam.
Şirnisin yazda gətir,
Atın qotazda gətir.
Səməni, ay səməni,
İldə göyərdərəm səni.
“Göyərdərəm” kələməsindən anlaşılır ki Səməni həmən göyərti və yaşamın yeniləşməsi və təbi`ət və yerin xalqa yenidən gülməsinin simvoludur. Farslarda Səmənini halva anlamında işlədirlər. İndisə “Arazdan yuxarı Azərbaycan(Azərbaycan cumhuriyətin)”də səməni əsil anlamını saxlayaraq göyərti tanılır.
<!--[if !supportLists]-->3. Sarımsaq: Əski çağlardan çoxlu faydalarına görə, insan Sağlığın simvoludur.<!--[endif]-->
<!--[if !supportLists]-->4. Sucuq: Yaşamın şirinlik rəmzidir ki keçmişdən Azərbaycanın ən yeməli şirinliklərindən biri sayılır və başqa adı “Baslıq”dır.<!--[endif]-->
<!--[if !supportLists]-->5. Sümbül: Yaşamın bərəkət simvoludur ki həman “Buğda”dır. Çörəyin əsas maddəsidir və Sula insan yaşayışının iki əsas maddələridilər. Tə`əsüflə Farslar bu əsaslı simvolu Su kimi “Yeddi Sin” süfrəsindən silərək yerinə “Sib(alma)” qoyublar.<!--[endif]-->
<!--[if !supportLists]-->6. Sumaq: Yaşayışın dadı və məzzəsinin rəmzidir.<!--[endif]-->
<!--[if !supportLists]-->7. Sirkə: İnsan vücudunun pisliklərini aradan aparandır.<!--[endif]-->
Deməliyik ki türklərin arasında Yeddi sayının özəl bir yeri var və bütünlükdə deməliyik ki bu sayı ilk kəz “Sumerlər” işlədiblər və sonralar başqa ulusların arasında bu say öz yerini tapıbdır. Bu da deməlidir ki əski çağlardan “Novruz Bayramı” Azərbaycan xalqının arasında “Yeni Gün” adıla bilinirdi ki sonralar “Novruz Bayramı”na çevirilibdir. Bu mövzunu böyük türk yazarı “Məhmud kaşğəri”nin yazdığı dəyərli əsər “Divan-i luğat-i türk” kitabında aydınlıqla görəbilərsiniz.
Sonda deməliyik ki farscada “bayram” kələməsi yoxdur və “eyd” bir ərəbcə kələmədir ki Farslar işlədirlər. Əgər bu mövzunu daha aydınlatsaq belə olur ki Farsların arasında belə bir mərasim yoxuymuş ki Farscada ona qarşı bir ad ola. Hətta “Cəşn” sözcüyü bir türkcə sözcükdür ki “Sənglax divanı”nda ona işarə olunubdur. Xalq gərəklidir ki “Yeddi Sin” süfrəsini onun əsil şəklində icra edə ki bizim varlığımızın sənədidir. Farslar da gərək “Yeddi Sin” süfrəsini onun əsil şəklində icra edələr çünki “Sib(Alma)” və “Sincid(İdə)” onların “Yeddi Sin” süfrəsindən sildikləri “Su” və “Sümbül”ə qarşı çox anlamsızdılar. Farslar hərqədər “Yeddi Sin” süfrəsini təhrif etsələr, indi “Su” və “Sümbül”ü öz süfrələrində qoyurlar, ama gülməli budur ki “Su”yu süfrədə hesablamırlar! “Su”yun içindəki balıq təkcə süfrənin gözəlliyi üçün dəyil və yaşamın bir rəmz və simvoludur. Və bu anlamı ifadə edir: »Elə ki balıq Sudan ayrı ölər, insanda Sudan ayrı ölər.«
Göründüyü kimi, Azərbaycan türklərinin mifoloji düşüncəsinin qaynaqları öz kökləri etibarı ilə tarixin çox dərin qatlarına bağlanır. Onların izlərini adət-ənənələrdən, qədim bayramlara, folklor örnəklərinə, klassik ədəbiyyata, ümumiyyətlə, mədəniyyət formalarına qatmaqla unudulmağa qoymamışlar. Türklər Dünyamızın Altaydan Qara dənizədək uzanan torpaqlarında, miflərin dili ilə desək, Gündoğandan başlayıb Günbatanda bitən ərazilərdə məskunlaşaraq kökdən gələn mənəvi amilləri öz yolları ilə yaşatdıqları kimi, sak-hun-oğuz birliyinin təmsilçiləri Azərbaycanlılar da həmin mənəvi sərvətin bir hissəsinin yaradıcıları olmaqla yanaşı ümumi qazandan götürdüklərini özününkülərə qatıb duyğularına, istəklərinə dayaq edə-edə bu günümüzə çatdırmışlar.
Qaynaqlar:
<!--[if !supportLists]-->1. Professor Zehtabi, Məhəmmədtəqi, İran türklərinin əski tarixi<!--[endif]-->
<!--[if !supportLists]-->2. ياحقي، دكتر محمدجعفر، فرهنگ اساطير و اشارات داستاني در ادبيات فارسي<!--[endif]-->
<!--[if !supportLists]-->3. Əstərabadlı, Mirza mehdi xan, Sənglax divanı<!--[endif]-->
<!--[if !supportLists]-->4. Kaşğərli, Məhmud, Divan-i luğati türk<!--[endif]-->
<!--[if !supportLists]-->5. Əsədi, Bəhram, İlin son çərşənbəsi<!--[endif]-->
