Abırlı abrından qorxar, abırsız nədən qorxar?
Abırsızdan abrını saxla.
Ac ayı oynamaz.
Ac aman bilməz.
Ac qalmaq borclu olmaqdan yaxşıdır.
Ac qurd balasını yeyər.
Ac deyər: - Doymaram! Tox deyər: - Acmaram!
Ac toyuq yuxusunda darı görər.
Açaram sandığı, tökərəm pambığı.
Ad adamı bəzəməz, adam adı bəzəyər.
Adı var, özü yox.
Adı qulağına bitişib.
Adı dillər əzbəridir.
Adı it dəftərində də yoxdur.
Adın tut, qulağın bur.
Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.
Adam başından böyük danışmaz.
Adam var ki, adamların naxşıdır,
Adam var ki, heyvan ondan yaxşıdır,
Adam var ki, dindirərsən «can» deyər,
Adam var ki, dindirməsən yaxşıdır.
Adam var ki, yemək üçün yaşayır, adam var yaşamaq üçün yeyir.
Adam var ki, rəhmət aparar,
Adam var ki, lənət aparar.
Adam qabağına çıxartmalı deyil.
Adam qocalanda ikinci dəfə uşaq olur.
Adam yanıla-yanıla adam olar.
Adam yıxıldığı yerdən qalxar.
Adam gedər, adı qalar.
Adam gərək arxasız olmasın.
Adam gərək özü öz həkimi olsun.
Adam odur, «Dur get»i «Buyur, əyləş»dən tez başa düşsün.
Adam öz tayını-tuşunu tapmasa günü ahvayla keçər.
Adam paltar ilə tanınmaz.
Adam soruşub öyrənməklə alim olar.
Adam sözünü adama deyər.
Adam hər düşməndən bir ağıl öyrənər.
Adam hər işıq gələn yerə pambıq tıxmaz.
Adama adamlıq lazımdır.
Adama sözü bir dəfə deyərlər.
Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır.
Adamı dindir, sonra qiymətini ver.
Adamı işi ilə tanıyarlar.
Adamı sözündən tutarlar, heyvanı buynuzundan.
Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır.
Adamın ayağından çəkən çox olar.
Adamın axır günü xoş olsun.
Adamın başına nə gəlsə dilindəndir.
Adamın dili ilə ürəyi bir olsun gərək.
Adamın dinməzindən qorx.
Adamın dostu dar gündə bəlli olar.
Adamın əvvəli olunca, axırı olsa yaxşıdır.
Adamın malı gözünün qabağında gərək.
Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.
Adamın ölümü – mollanın bayramı.
Adamın üzünə baxarlar, halından xəbər tutarlar.
Adamın ürəyindəkini bilmək olmaz.
Adamın hüsnünə baxma, ağlına bax.
Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan –
yalanı.
Adamlığı adamdan istə, xoş ətri – qızılgüldən!
Adət qanun deyil, amma qanun qədər hökmü var.
Ağ divara hansı rəngi yaxsan, tutar.
Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
Ağ gün (adamı) ağardar, qara gün qaraldar.
Ağ gün qara günü yaddan çıxardar.
Ağac bar verəndə başını aşağı dikər.
Ağac kökündən su içər.
Ağac yaş ikən əyilər.
Ağac kölgəsiz olmaz, insan sevgisiz.
Ağac öz kökü üstə bitər.
Ağac tutan baş yarandan çoxdur.
Ağacı qurd içindən yeyər.
Ağacı meyvəsindən tanıyarlar.
Ağzına söz atıblar.
Ağzına su alıb.
Ağzını qoyub allah yoluna.
Ağzını xeyirliyə aç!
Ağzının qaytanı yoxdur.
Ağız deyəni qulaq eşitmir.
Ağıl ağıldan üstündür.
Ağıl bazarda satılmaz.
Ağıl başın böyüklüyündə deyil.
Ağıl insana sərmayədir.
Ağıl yaşda deyil, başdadır.
Ağıl gücdən üstündür.
Ağıla paxıllıq olmaz.
Ağıllı bizi tapmaz, dəli bacadan düşər.
Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
Ağıllı bir dəfə aldanar.
Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
Ağıllı kişi qışın qeydinə yayda qalar.
Ağıllı olub dərd çəkincə, dəli ol – dərdini çəksinlər.
Ağıllı uşaq bələkdə özünü göstərər.
Ağıllı fikirləşincə dəli çayı keçdi.
Ağıllıya işarə, dəliyə kötək.
Ağıllının ağzı qəlbində olur, axmağın qəlbi – ağzında.
Ağlamaq fayda verməz.
Ağlamayan uşaqa süd verməzlər.
Ağlınla gör, qəlbinlə eşit.
Ağrımaz baş qəbirdə olar.
Ah yerdə qalmaz.
Ailə xoşbəxtliyin açarıdır.
Ailəsinin qədrini bilməyən el-obasının da qədrini bilməz.
«Al ver» deyiblər, «al vermə» deməyiblər.
Alan olmasa, satan da olmaz.
Alanda yaxşıdır, verəndə pis?
Alacağını yadında saxladığın kimi verəcəyini də yadında saxla.
Alim olmaq asandır, adam olmaq çətin.
Allah ağzından eşitsin!
Allah ağıl paylayanda harada idin?
Allah adamın ömründən kəsib bəxtinə calasın.
Allah bacadan tökməz, gərək özün çalışasan.
Allah bilən yaxşıdır, məsləhət onundur.
Allah bir yandan bağlasa, bir yandan açar.
Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə onun ağlını başından alar.
Allah var, rəhmi də var.
Allah verəndə yox yerdən verər.
Allah verib, allah da aparıb.
Allah verməyəndə bəndə neyləsin?
Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.
Allah dəvəyə qanad versəydi, uçurmadığı dam-daş qalmazdı.
Allah dərdi çəkənə verər.
Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür.
Allah kimə pay verməyi yaxşı bilir.
Allah kora nejə baxsa, kor da allaha elə baxar.
Allah sağ əli sol ələ möhtac eləməsin.
Allah tənbəli sevməz.
Allah heç kimi arxasız qoymasın.
Allaha da özünü plov yeyən tanıtdır.
Allaha inanmayan bəndəyə də inanmaz.
Allahın işini bilmək olmaz.
Allahın yarası da var, çarəsi da.
Alma öz ağajından uzağa düşməz.
Alnına nə yazılıb, onu görəcək.
Altmışında at minmək öyrənən qiyamət meydanında çapar.
Altmışında zurna çalmaq öyrənən axirətdə çalar.
Aman deyəni öldürməzlər.
Ana evin dirəyidir.
Ana olanda kişi anası ol.
Ana səbri böyükdür.
Ana tökəni bala yığar.
Ana ürəyi – dağ çiçəyi.
Ana haqqı – tanrı haqqı.
Anadan əmdiyim süd burnumdan gəldi.
Anadan olmayan qardaş sayılmaz.
Analar bizi bu gün üçün doğub.
Anam elə çox bilir ki, kündəni xırda tökür, atam elə çox bilir ki, ikisini birdən ötürür.
Ananın ərköyün oğlu hambal olar.
Ananın keçdiyi körpüdən qızı da keçər.
Ananın canı övladdadır.
Anası gəzən ağacları balası budaq-budaq gəzər.
Anası namaz üstündə imiş.
Anasına bax, qızını al, qırağına bax, bezini al.
Anasından ayrılan quzunu qurd yeyər.
Anlayan bir qıldan da anlar.
Anlayana bir söz bir kitabdır.
Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır.
Arsız qocalmaz.
Aralarından tük keçmir.
Arvad almamış övlad arzusu eləmə.
Arvad ilə at – igidin bəxtinə.
Arvad var, ev yığar, arvad var, ev yıxar.
Arvad qohumu şirin olar.
Arvad iki olanda ev süpürülməmiş qalar.
Arvad yıxan evdən allahın xəbəri yoxdur.
Arvad yıxan evi fələk də yıxa bilməz.
Arvad malı alçaq qapıdır, bir girəndə alnına dəyər, bir çıxanda.
Arvad papaq deyil ki, başdan-başa qoyula.
Arvad, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik.
Arvad şeytana papış tikər.
Arvadı əri saxlar, pendiri dəri.
Arvadı bəd olanın saqqalı tez ağarar.
Arvadın axır hiyləsi ağlamaqdır.
Arvadın biri – əla, ikisi - bəla
Arvadın isməti – ərin izzəti.
Arvadsız ev, susuz dəyirman.
Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
Arzu arzudan doğar.
Arzu bir, ümid iki.
Arzu quyudur, doldurmaq olmaz.
Arzu geniş, ömür qısa.
Arzunun sonu yoxdur.
Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
Artıq tikə diş qırar.
Arxasını yerə vermir.
Aslan öləndə də aslandır.
Aslanın nə erkəyi, nə dişisi?
Aslanın qorxusu qarışqadan olar.
Aslanlar yurdunda tülkülər gəzir.
Asta atın təpiyi bərk dəyər.
Astarı üzündən baha.
Ata malı tez tükənər.
Ata malına göz tikən malsız qalar.
Ata malından mal olmaz, özün qazanmaq gərək.
Ata oğlunun pisliyini istəməz.
Ata olmaq asandır, atalıq öyrənmək – çətin.
Ata olmayan ata, ana olmayan ana qədrini bilməz.
Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar.
Atalar nə əkiblər, oğullar onu biçiblər.
Atan soğan, anan sarımsaq, hardan oldun gülməşəkər?
Atana necə baxarsan, övladın da sənə elə baxar.
Atana hörmət elə, oğlun sənə hörmət edər.
Atası ölən yetim qalmaz, anası ölən yetim olar.
Atdan düşən yenə atlanar.
Ata-ananın qoca vaxtında oğul əlindən tutar.
Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər.
Avazın yaxşı gəlir oxuduğun Quran olsa?
Axırda gülən yaxşı gülər.
Axmaq axmağı tapar.
Axmaq özünə düşməndir, özgəyə necə dost ola bilər?
Axtaran tapar.
Axşamın işini sabaha qoyma.
Ay aydın, onun da üzündə ləkə var.
Ayağını yorğanına görə uzat.
Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
Ayaq islanmayınca balıq tutulmaz.
Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.
Ayaqqabı dar olanda dünya başa zindan olar.
Ayı meşədən küsüb, meşənin xəbəri yox.
Ayının boğazına su çıxanda balasını ayağının altına alar.
Az-az ye, həmişə ye.
Az danış, yaxşı danış.
Az danış, çox qulaq as.
Az ye, öz çörəyini ye.
Az olsun, yaxşı olsun.
Aza qane ol, çoxu allahdan istə.
Azın qədrini bilməyən çoxun da qədrini bilməz.
