Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز
Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل
-
baxış140
Bulut Qaraçorlu(səhənd)dən bir şe`r
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 27, 2008 12:34Qurtuluş istirəm məhküm elimə,
Bu nə şıltaqlıqdır, nə tamahkarlıq
Dilizə dəymirəm, dilimə dəymə,
Bu sözün harası suçdur, günahdır?Yazıq düşmən məni fırlatmaq üçün,
Mazalax tək dövrəsinə fırlanır.
Həm özün, həm məni aldatmaq üçün,
Gah ((DƏDƏMİ)), gah da ((DƏDƏSİN)) danır.
Şərhlər(0)
Azərbaycan dilində şerlər
-
baxış193
Azadlığım(Xəlil rıza ulutürk)
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 14:04Hər kişi bir müstəqil partiyadır,
Hər kişi—ən ali bir hakimiyyət.
Dövlət sərhəddimi,—azadlığımı
Heç kəsə vermərəm! Bilsin kəmfürsət.
Heç birinə ram olmadım:
Nə səyahət, nə səadət imkanına,
nə sərvətə, nə şöhərətə,
nə şərbətə, nə işrətə, nə cənnətə,
Nə bir cənnət içindəcə mərmər qəsrə, imarətə.
Nə Rəyasət heyətinə, hər cəhətdən kəm heyətə!
Heç birinə ram olmadım: pula, vara,
zər cildli kitablara,
qəlp medala, boş çələngə.
Yalnız könül azadlığı!
Bu eşq ilə girdim çələngə
Yalnız könül azadlığı!
Hətta dəmir bir qəfəsdə,
“Gülüstan”ı,
“Türkmançay”ı qanla yazan bir məhbəsdə.
Çayları bəlkə də saxlamaq olar,
Mən dənizlər kimi azadam, azad.
Gəda qarşısında iki əlini
Yerə qoyanlarla ən kəskin təzad!
Ildırımlar kimi, leysanlar kimi,
Burulğanlar kimi azadam, azad!
Qəzəblə hərlənən Yer kürəsiyəm,
Mənim azadlığım mənim gücümdür.
Mənim azadlığım kəm insanların
Cındır maskasını yırtmaq üçündür!
Mənim azadlığım haraylayır ki,
Çıxın mağaradan, ey əntərlərim!
Başınız üstündə o göylər boyda
Havaya tamarzı ağciyərlərim!
Nə bədbəxtdir hətta evdə diplomat tək hərlənənlər,
Yaşamağa tamarzılar, ömrü boyu girlənənlər!
Zina yatağında qanlı yaylıq kimi girlənənlər!
Düşmənimmi?
Məgər düşmən kəlməsinə heç layiqmi nadürüstlər?
Yarım düşmən, yarım dostlar?
Süd gölündə yarışanlar, üzüşənlər,
Qanı qara, üzü şənlər.
Bircə yol “Xox” eşidərkən büzüşənlər,
Böyük tarix qatarının təkərinə ilişənlər,
Azca macal tapan kimi rütbələri bölüşənlər,
Diri qullar, ölü şənlər anlarmı bu səadəti?
Mənim əl boydaca köksüm içində
Yerə, göyə sığmaz hakimiyyəti?
Istəsin, balamı verərəm ona,
Üzərəm laləmi verərəm ona.
Ağzımın dadını, gözüm odunu,
Çayımı, selimi verərəm ona,
Verməm göylər boyda Azadlığımı!
Yalnız Vətənimdir atam, qardaşım,
Qarışıb dönmüşəm yurd havasına.
Dünyada heç kəsə əyilməz başım
Baş əyir ədicə quş yuvasına!
Mənim Azadlığım yalnız onundur.
Ölsəm də, yenidən gələrəm cana.
Dirilik suyu tək qovuşa bilsəm
Dodaqları yanıq Azərbaycana.
Bakı, Bazar günü, 30 oktyabr 1988.
Görüşlər(1)
Azərbaycan dilində şerlər
-
baxış199
Ana dilimizin yazı qaydaları
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 14:02Ana dilimizdə oxumadığımız və yazı alışqanlığımızın olmaması üçün yazdığımız zaman bəzı əngəllərlə qarşılaşırıq. Ərəb əlifbasında ortaq bir qərara gəlinməsinə baxmayaraq, ancaq yene de Ərəb əlifbasında belə “ək”lərin (şəkilçilərin, pəsvəndlərin) necə yazılacağı haqda ortaq bir fikrə varılmamışdır. İnternet imkanları ortaya çıxdıqdan sonra Latın əlifbasında yazışmaq məcburiyəti ortaya çıxdı. Əslində bu özü özlüyündə bizim dilimiz üçün bir şans oldu. Yəni əlifba birliyinin yaranmasına internet dünyası böyük yardım etməkdədir. Dil, düşüncənin görünən tərəfidir. Düşüncə özünü dildə ifadə edər və dildə inkişaf etdirər. Dilin isə birinci vahidi əlifbadır. Xüsusən yazı dilinin təkamülü üçün əlifba çox önəmlidir. Latın əlifbasının dilimizə çox uyğun və yatğın olduğunu bir çox alimlər söyləmişlər. Bu uyğunluq və yatğınlıq səbəbi ilə də bir çox Türk dövlətləri rəsmən Latın əlifbasına keçmişlər.
Güney Azərbaycanda ana dilimizdə məktəb olmadığı üçün Latin əlifbasında ortaq yazı qayda qanunları haqqında insanlarımız bilgi sahibi deyillər. Ancaq türdeş (yeknəvaxt) yazma bir zərurətdir. Çünkü dil birliyi və ya dildə birlik yaranmazsa duyğu və düşüncə birliyimiz də sağlana bilməz. Bu üzdən də bu əksiklikləri ortadan qaldərmaq lazımdır.
Bu yazıda dilimizdə ahəng qanununa görə mövcud olan “da” və “də” əklərinin (pəsvəndlərinin) necə yazılması barədə bilgi veriləcək.
Ana dilimizdə “da” və “də” əkləri nə zaman ayrı və nə zaman bitişik yazılır?
Əgər söz “harda?”, “kimdə?”, “nedə?” sualına cavab verersə o zaman “da” və “də” əkləri bitişik, sözlə bir yerdə yazılmalıdır.
Görüşlər(1)
Azərbaycan dili
-
baxış160
Gəlmisən, gedirsən.
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 14:01Gəlmisən, əzizim,
Çox xoş gəlmisən,
Gəlişin ömrümə bir gün gətirdi.
Gərək mən olasan,
Onda bilərsən,
Gəlişin əvəzsiz səadətimdi.
Gözümdə göynədi bu acı həsrət,
Ürəkdi, ürəyə söz demək olmur.
Gələndə od kimi gəlir məhəbbət,
Gedəndə uşaqtək kiritmək olmur.
Yaşımı soruşdun,
Bu nəyə lazım?
İstərəm bu eşqlə həmişə yanam.
Bilirəm, gələcək mənim son yazım,
Yüz yaşım olsa da mən ki insanam.
Gedirsən, əzizim,
Bu da bir günah.
Bəs mənə verdiyin sual nə idi?
Deyirəm, bu yersiz suallar heç vaxt,
Heç kəsə,
Heç kəsə verilməyəydi.
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış155
Gülüstan poeması(Bəxtiyar vahabzadə)
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 14:00İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış165
Bəxtiyar Vahabzadə
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 13:57Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərndə anadan olmuşdur. Azərbaycan'ın xalq şairidir.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan xalq şairi Bəxtiyar Vahabzadə'nin adı təkcə respublikamızda deyil, onun hududlarından çox-çox uzaqlarda tanınır. Bəxtiyar Vanabzadə şair, dramaturq, istedadlı alim və publisist olmaqla yanaşı, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi də tanınır və sevilir. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş Sovet Birliyi*nin bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.
1934-cü ildə ailəsi ilə bərabər Bakı'ya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.
1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış175
Rəşid Behbudov
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 13:54Doğumu 14 Dekabr 1915 Tiflis
Vəfatı 19 İyun 1988 Bakı
Rəşid Behbudov,(1915-1989) Azərbaycanlı məşhur müğənni. 1915-ci il dekabrın 14-də Tiflisdə doğulub. Uşaq yaşlarından məktəb xorunda oxuyub. 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olub. Əsgəri xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edib və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb. 1930-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. İlk dəfə 1939-cu ildə həmin teatrın truppasında Moskvada Ermənistan İncəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə gedib. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib. SSRİ xalq artisti, Sosialist Əməyi qəhrəmanı, Dövlət mükafatı laureatı, Lenin ordeni sahibidir. 1989-cu il İyunun 9-da vəfat edib.
Rəşid SSRİ də mikrofonsuz oxumağa məşhur olmuşdu
Əsərləri
Ana
Azərbaycan
Küçələrə su səpmişəm
Bakı
Ayrılıq
Sənə də qalmaz
Görüşlər(0)
azərbaycan adlım insanları
-
baxış151
EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 13:53EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB
Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.
Səng şikəst eylədi ba lü pərim,
Banlamağın hasilini anladım.
Övci-fəzadə görərək bayquşu
Səhndə qaqqıllayıram indi mən.
Bir də məni vurma, aman, səngdil!
Rəhm elə, nıqqıllayıram indi mən.
Ay çalağanlar, məni qorxuzmayın,
Mən sizə tərk eyləmişəm lanəni!
Seyr eləyiz, övci-həva da uçuz,
Məndə gəzim səhnəçeyi-xanəni.
Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banlamaram bir daha!
Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm: anlamaram bir daha!..Mirzə ələkbər sabir
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış229
Mirzə Ələkbər Sabir
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 13:52Həyat və Yaradıcılığı
Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.
Görüşlər(0)
azərbaycan adlım insanları
-
baxış173
Türk olmaq
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 13:47“Türkəm!”-dedim,
Dinmə!-dedin,
Məni mənə yad eylədin.
Tariximi unutdurdun,
Əsrlərcə qan uddurdun.
“Türkəm!”-dedim,qılıncını işə saldın,
Of demədən neçə-neçə canlar aldın.
“Türkəm!”-dedim,iki böldün bir vətəni,
Ürəyimə dağlar çəkdin,diddin məni.
“Türkəm!”-dedim,torpağımı qan bürüdü,
”Türkəm!”-dedim,üstümə tanklar yeridi.
Cavidimə,Müşfiqimə”xain”dedin,
Öz yurdundan sürgün etdin,güllələdin.
Dərd vermisən,sevincimi kəm etmisən,
Sən Bozqurdu bir tülküyə yem etmisən...
Unutmuşuq,unutmuşuq...
Qaniçənə “baba”deyən biz olmuşuq,
Bir cəllada boyun əyən biz olmuşuq.
Onlar deyib,
Biz susmuşuq.
Onlar döyüb,
Biz susmuşuq.
Susa-susa uduzmuşuq...
Bu susmaqla sanma sənin bu dərdlərin yox olacaq,
Bu susmaqla Gülüstanlar,Türkmənçaylar çoxalacaq.
Susma,danış,ürəkli ol!Hünər göstər,
Azad olmaq ürək istər,hünər istər.
Bəsdir daha!Bu susqunluq,daha bəsdir,
Bu səs bizə Qarabağdan gələn səsdir.
Axı nə vaxtacan susmalıyıq biz,
Tarixi qan ilə yazmalıyıq biz!
Afiq AğdamiQaynaq: www.arda.co.nr
Görüşlər(2)
Azərbaycan dilində şerlər
-
baxış171
Kamança
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 13:32Kamança
Türk Kamançası
Kəmança bir saz`dır.(Çalğı alətidir) Kamança Azərbaycanın kamanla çalınan qədim simli musiqi alətidir.Muğamlarımızın ifası zamanı trioya (tar, kamança, qaval (dəf)) daxil olan kamança Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümayəndəsidir
Mündəricat
1 Kamançanı çalındığı yerlər
2 Hazırlanması
3 Tarixi
4 Azərbaycan kamançası
Kamançanı çalındığı yerlər
Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır.
Hazırlanması
İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. İncə, məlahətli, melodik səsə malik bu alət əsrlər boyu təkmilləşərək bu günümüzə qədər gəlib çıxmışdır. Kamançanın simlərinin sayı əvvəlcə bir, sonra iki və nəhayət doqquz simli olmuşdur. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur.
Tarixi
Kamança
Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir. Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Xosrov və Şirin poemasında kamança belə təsvir edilir:
Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı,
Bu keyfi-işrəti çox alqışladı.
Azərbaycan kamançası
Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Həmin muzeydə Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir. XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. Diapazonu kiçik oktavanın "lya" səsindən üçüncü oktavanın "lya" səsinə kimidir. Kamança üçün notlar "sol" açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.Qaynaq: www.arda.co.nr
Görüşlər(0)
Azərbaycan kültürü
-
baxış252
Muğam
Yazar: Baybək ArazOğlu Tarix: Yanvar 10, 2008 13:20Muğam, Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.
Muğam sözü ərəb dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi. Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Hümayun", Köməkçilər isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"-dır.
Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.
Görüşlər(0)
Azərbaycan kültürü
Bölmələr
- Azərbaycan kültürü (14)
- Azərbaycan dili (7)
- HeydərBaba (2)
- Dədə Qorqud (4)
- Xalq Mahnıları (3)
- qadın (1)
- Ata-Baba Sözləri (1)
- QaraBağ (11)
Dost bloglar
- Bayraqdari bayraqdar edən blog!!!!
- YEK AZERİLERİN YEK SAYTİ
- GÖZƏL məkan
- HOSTILE.AZERIBLOG.COM
- ƏN SON XƏBƏRLƏR, MƏQALƏLƏR
- Yaşasın Azerbaycan
- Sahil
- Virtual Hiper e-Kitabxana
- ...K.e.l.e.b.e.k...
- Füzuli Sabiroğlu
- Turk
- 5'Freedoms/Azadlıq
- Zaur-Əliyev
- CavidAn - səhra küləyi...
- Dusharge دوشرگه
- Sensizolmaz: Sevgi dolu dünyam
- VƏTƏN HƏR ŞEYDƏN ÜSTÜNDÜR
- Şəms EL
- Urum Blog
- ...:::M A F İ Y A:::...
- .:: YURD informasiya mərkəzi ::.
- ۞ C A H A N ۞
- (¨*•.New Proxy.•*¨)
- Mürəkkəb dolu qələm
- Aysel Nəsirzadə
- Olan ve Biten
- ۞ TÜRK BİRLİYİ ۞
- monster.azeriblog.com
- duzli oğlan ( دوزلی اوغلان )
- AzErBaIjAn
- Elmi bloq
- yaprağ tökündüsü
- Men hami kimi deyilem!!!
- ...:::::^^YUMOR^^:::::...
- Təbrizli Rza Əfşarpur(Əfşar)
- Ağdam-Qarabağ-Azərbaycan
- Millətin Səsi
- "Vətəndaş" Xəbər Bülleteni
- Odlar Yurdu, Azərbaycan
- şeir çələngi
- www.zauri.azeriblog.com
- mənim özum
- Qalanxan
- Butov Azerbaycan
Qabaqki yazılar
- «آللاه «بختیار واهابزاده
- ALLAH "Bəxtiyar Vahabzadə"
- «دئييل مي؟ «سولئيمان روستم
- Deyil mi? "Süleyman Rüstəm"
- araz
- HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA
- Heydər Baba(5.~8. Bölümlər)
- Şəlalə Cəvanşirdən neçə şe`r
- (ائليمين داياغي يوردومون فخري» شاعير: بولوت قاراچورلو(سهند»
- ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ (( Şair: Bulut Qaraçorlu(səhənd) ))
- "Sazımın sözü"nden parçalar (( Şair: Bulut Qaraçorlu(səhənd) )) birinci bölüm
- Novruz bayramı Təbrik mesajları
- Azərbaycan Maralı
- Novruz
- Yağış çağırmaq (Güney Azərbaycan variantı)
- "Novruz bayramı Türklərin Milli mirası" Yazar: Baybak Arazoğlu
- Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında
- Arxa, kömək, dayaq, iftixar - haqqında
- Vətən, qurbət - haqqında
- Semed vurğundan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Şehriyardan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Nəsimiden bir gözel şe`r: *Yüz min cəfa qılsan mənə*
- Xaqaniden bir gözel şe`r: *VƏTƏN*
- Nizamiden bir gözel şe`r: *Ay üzlü nigarım, kimə mehman olacaqsan?*
- Su çərşənbəsi, yaxud əzəl çərşənbə
- Bulut Qaraçorlu(səhənd)dən bir şe`r
- Azadlığım(Xəlil rıza ulutürk)
- Ana dilimizin yazı qaydaları
- Gəlmisən, gedirsən.
- Gülüstan poeması(Bəxtiyar vahabzadə)
- Bəxtiyar Vahabzadə
- Rəşid Behbudov
- EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB
- Mirzə Ələkbər Sabir
- Türk olmaq
- Kamança
- Muğam
- Kitabi dədə qorqud-Birinci boy
- Cenubi Azerbaycanda turk lehceleri
- Türkün dili tək sevgili, ehsaslı dil olmaz (ustad şəhriyar)
- KİTABİ-DƏDƏ QORQUD
- Səməd Vurğun
- Heydər Baba(1.~4. Bölümlər)
- Təbrizim(Süleyman Rüstəm)
- Süleyman Rüstəm
- Bulud Qaraçorlu(SƏHƏND)
- weblogın açılışı!


