Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز
Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل
-
baxış223
Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 28, 2008 3:15El batır qəm dəryada,
Kimə gedim mən dada?
İgid göyüşdə ölsə,
Adı qalar dünyada.***
İgid gərək atlana,
Atın minə, atlana,
Mərd odur ki, döyüşdə
Hər yaraya qatlana.***
Əzizinəm kasa dolmaz,
Fitnəsiz fasad olmaz.
Namərdə boyun əymə,
Mərd əli kasad olmaz.***
Bu sazı alan gəlməz,
Oxuyub-çalan gəlməz,
İgidi öldürsələr,
Dilinə yalan gəlməz.***
Əziziyəm aslandı,
Qılınc qından aslandı,
Tülküdən aslan olmaz,
Aslan elə aslandı.***
Mərd anadan mərd oğul,
Yada ağa, mərdə qul,
Qorxaq töhmət gətirər,
Baş ucaldar mərd oğul.***
Halalar, ay halalar,
Qartal dağda balalar,
Qorxaq ölər, məhv olar,
İgid alar qalalar.***
Sular gələr, göl dolar,
Şaxta vurar, gül solar,
Mərd igidin balası,
Özü kimi mərd olar.***
Əzizim dalda gəzər,
Bülbüllər dalda gəzər,
Mərdlər qabağı gözlər,
Namərdlər dalda gəzər.***
İgidin bir atıdır,
Bir də təmiz zatıdır,
Koroğluda qoçaqlıq,
Onun ehtiyatıdır.
Görüşlər(1)
Azərbaycan bayatıları
-
baxış131
Arxa, kömək, dayaq, iftixar - haqqında
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 28, 2008 3:14Qaya tək buzlar gördüm,
Göydə ulduzlar gördüm,
Anasına oxşayan
Qoçaq, mərd qızlar gördüm.***
Dağların qaşı sənsən
Dibinin daşı sənsən.
Eldə neçə igid var,
Hamının başı sənsən.***
Bu yurdun tacı bağlar,
Meyvəsi acı bağlar,
Ağrısa qardaş başı,
Yenə də bacı bağlar.***
Xəncər üstə qaş gəlir,
Qoşun başa-baş gəlir,
Qoşuna qurban olum,
İçində qardaş gəlir.***
Gətir sazını, qardaş,
Pozma yazını, qardaş,
Böyü, ol qoçaq igid,
Çəkim nazını, qardaş.
Görüşlər(0)
Azərbaycan bayatıları
-
baxış148
Vətən, qurbət - haqqında
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 28, 2008 3:13Yağı gəldi yanıma,
Susamışdı qanıma,
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma.***
Kəm baxtı sönən qərib,
Qürbət ölən qərib,
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.***
Söz qaldı el gələnə,
Çırmandı sel gələnə,
Gözəl bir bağ salmışam.
El gələ gölgələnə.***
Əziziyəm dilən gəz,
Bağda gülə dilən gəz,
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.***
Yol vermə yada, Təbriz,
El gedər bada, Təbriz,
Sənin həsrətindəyəm,
Can sənə fəda, Təbriz.***
Əzizim səni, Təbriz,
El sevər səni, Təbriz,
Al qoynuna əzizlə,
Ana tək məni, Təbriz.
Görüşlər(0)
Azərbaycan bayatıları
-
baxış151
Semed vurğundan bir gözel şe`r: *AZƏRBAYCAN*
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 28, 2008 3:05Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış192
Şehriyardan bir gözel şe`r: *AZƏRBAYCAN*
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 28, 2008 3:05Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyuram başımı ayaqlarına,
Ey ana torpağım, ey Azərbaycan!
Üstünə atəşlər yağan torpağım,
Məhəbbət ocağım, ülfət ocağım.
Ey mənim hamıya bar verən bağım,
Ah çəkmə, buludlar yanar ahından.
Ey çörək yerinə yaralar yeyən,
Al-əlvan yerinə qaralar geyən,
Anam, mehribanım, söylə, nə zaman
Qandal açılacaq əl-ayağından?
Tarix az görməyib quduranları,
Qanlını qan tutar, qandır onları.
Ey mənim xalqımın vüqarlı qartalı,
Enmə öz zirvənin ucalığından,
Ey ana torpağım, ey Azərbaycanım!
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış128
Nəsimiden bir gözel şe`r: *Yüz min cəfa qılsan mənə*
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 28, 2008 2:50Yüz min cəfa qılsan mənə,
Mən səndən üz döndərmənəm.
Canım ola qurban sənə,
Mən səndən üz döndərmənəm.
Sevdim səni mən can ilə,
Qul olmuşam qurban ilə,
Qoy and içim Furqan ilə
Mən səndən üz döndərmənəm.
İsamısan, Musamısan?.
Ya Yusifi-Kənanmısan?
Vallah ki, canım, canısan
Mən səndən üz döndərmənəm.
Ey Nəsimi, sən aşiqmisən?
Ğəqq yolquna sadiqmisən?
Gözləməyə layiqmisən?
Mən səndən üz döndərmənəm
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış170
Xaqaniden bir gözel şe`r: *VƏTƏN*
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 28, 2008 2:44İraqa, İrana eyləsəm səfər,
Başıma yağış tək yağar simuzər.
Orada şairə qiymət verən var,
Xəzinəm ləl ilə, gövhərlə dolar.
Şahlar məclisimdə diz çökər mənim,
Başıma tabaqla zər tökər mənim.
Bakir sözlərimin aşiqi olan
Ariflər əlimi öpər hər zaman.
Nemətə, dövlətə qərq olaram mən,
Barınar el-oba mənim süfrəmdən.
Lakin üzüm gülməz, gözlərim ağlar... Qəlbimdə dağ qədər ağır intizar.Vətən həsrətilə töküb göz yaşı,
«Ah, vətən!» deyirəm mən hər söz başı.
Şamaxı! Ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xanıman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz
O şəhər də mənə doğmadır, əziz.
Siz mənə həyatı etdiniz əta,
Sən mənə anasan, Təbrizdir ata.
Anasından küsən körpə bir uşaq
Ata ağuşunda yer tapar ancaq
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış334
Nizamiden bir gözel şe`r: *Ay üzlü nigarım, kimə mehman olacaqsan?*
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 28, 2008 2:40Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?
Görüşlər(0)
Azərbaycan dilində şerlər
-
baxış794
Su çərşənbəsi, yaxud əzəl çərşənbə
Yazar: Baybək ArazOğlu Tarix: Fevral 24, 2008 14:31Ulu babalarımız haqlı olaraq belə qənaətə gəlmişlər ki, «Sulu ev abad, susuz ev bərbad olar». Təsadüfi deyil ki, Müqəddəs İlaxır çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir. Mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin əzəli, çıxış nöqtəsidir. Bütün varlıqların meydana gəlməsinə, yer üzərində mövcudluğuna və məhvinə səbəb sudur. Susuz həyatın davamı mümkün deyil.
Şumer-akkad mifoloji sistemində bütün dünyanı əhatə edən yeraltı şirin sular və dünya okeanı Abzu adlanır. Maraqlıdır, «abzu» sözündəki birinci heca – «ab» farsca (bu söz bizdə də eyni mənada işlənir), ikinci heca «zu/su» türkcə su mənasını verir. Abzunun sahibi Enkidir. O, Ereduda yaşayır. Sonralar Enki Uredə yerləşən məbədə köçür. Məhz həmin yer əvvəllər Abzu, yaxud «Enqurranın evi» (Kramerə görə, «Enqurra» şumerlərdə «Abzu» sözünün sinonimi kimi işlənir [213, 33]) adlanırdı. Eyni zamanda Abzu yerin dərin qatlarında gizli qalan sirli yer mənasını da verir, ora hətta tanrılar gedə bilmirlər. İlahiliyin «me» adlanan məğzi həmin yerdə saxlanılır. Abzu məbədinin Enkinin tabeliyində olan sakinləri abqalilər mədəniyyətin yaradıcıları və daşıyıcılarıdırlar. Kramerə göstərir ki, «abqal» akkadca «müdrik» deməkdir [213, 119]. Bu sözün də kökündə «ab»a rast gəlirik. Su aydınlıqdırsa, müdriklik də fikrin aydınlığıdır. Şəhər salmaq işi abqalilərin adı ilə bağlanır. Şumer miflərində Enki ilə Ninmah ilk insanı Abzunun dibindəki gildən düzəldirlər. Şumerlər «ab» kəlməsindən fərqli olaraq «su» sözünü ayrılıqda da işlədirdilər. M.Beliski b. e. ə. III minilliyin birinci yarısına aid bir lövhədəki kiçik mətnin transkripsiyasını verir: «Lulu azu. Lulu – Ure də «suyun bilicisi» kimi təcrübə qazanan tanrıdır» [139, 366]. Suyun tanrılıq funksiyası daşıması Vavilyon kosmoloji təsəvvürlərində də özünü göstərir. Akkadların «Enuma Eliş» dastanında göstərildiyi kimi, ApSu dünya okeanını bildirir və həyatın, canlılığın mənbəyi, ilkin təbii fəlakətlərin səbəbkarı hesab olunur. Apsu Tiamatla evlənəndən sonra öz şirin sularını arvadının acı sularına qatıb ilk şər allahlarını – Lahmu və Lahamunu (qorxunc tanrılardır, yarı adam, yarı balıq şəklində təsvir edilirlər, bədbəxtliklərin, qəzaların, fəlakətlərin törədiciləri sayılırlar) yaradır [276, 22]. Apsunun bu hərəkəti gənc allahlar nəslinin qəzəbinə səbəb olur. İki nəsil allahları (yaşlılar və gənclər) arasında gərgin mübarizə başlanır. Apsu məsləhətçisi Mummu ilə gənc allahları yox etmək qərarına gəlir, tədbirlər arayır. Lakin gənc allahların nümayəndəsi Eyya daha ağıllı tərpənir, hiylə işlədib Mummunu aradan götürür və Apsunu yuxuya verib öldürür. Apsunun qəbri üzərində məqbərə ucaldırlar. Dünyanın bütün suları ehtiram göstərmək üçün yolunu oradan salır. Mifdə saf suyun yaradıcısı öz nəslini yer üzündə yaradandan sonra meydandan çıxarılır. Apsunun törəmələri iki qismə bölünürlər: şirin və acı sulara.
Şərhlər(0)
Azərbaycan kültürü, Dədə Qorqud
Bölmələr
- Azərbaycan kültürü (14)
- Azərbaycan dili (7)
- HeydərBaba (2)
- Dədə Qorqud (4)
- Xalq Mahnıları (3)
- qadın (1)
- Ata-Baba Sözləri (1)
- QaraBağ (11)
Dost bloglar
- Bayraqdari bayraqdar edən blog!!!!
- YEK AZERİLERİN YEK SAYTİ
- GÖZƏL məkan
- HOSTILE.AZERIBLOG.COM
- ƏN SON XƏBƏRLƏR, MƏQALƏLƏR
- Yaşasın Azerbaycan
- Sahil
- Virtual Hiper e-Kitabxana
- ...K.e.l.e.b.e.k...
- Füzuli Sabiroğlu
- Turk
- 5'Freedoms/Azadlıq
- Zaur-Əliyev
- CavidAn - səhra küləyi...
- Dusharge دوشرگه
- Sensizolmaz: Sevgi dolu dünyam
- VƏTƏN HƏR ŞEYDƏN ÜSTÜNDÜR
- Şəms EL
- Urum Blog
- ...:::M A F İ Y A:::...
- .:: YURD informasiya mərkəzi ::.
- ۞ C A H A N ۞
- (¨*•.New Proxy.•*¨)
- Mürəkkəb dolu qələm
- Aysel Nəsirzadə
- Olan ve Biten
- ۞ TÜRK BİRLİYİ ۞
- monster.azeriblog.com
- duzli oğlan ( دوزلی اوغلان )
- AzErBaIjAn
- Elmi bloq
- yaprağ tökündüsü
- Men hami kimi deyilem!!!
- ...:::::^^YUMOR^^:::::...
- Təbrizli Rza Əfşarpur(Əfşar)
- Ağdam-Qarabağ-Azərbaycan
- Millətin Səsi
- "Vətəndaş" Xəbər Bülleteni
- Odlar Yurdu, Azərbaycan
- şeir çələngi
- www.zauri.azeriblog.com
- mənim özum
- Qalanxan
- Butov Azerbaycan
Qabaqki yazılar
- «آللاه «بختیار واهابزاده
- ALLAH "Bəxtiyar Vahabzadə"
- «دئييل مي؟ «سولئيمان روستم
- Deyil mi? "Süleyman Rüstəm"
- araz
- HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA
- Heydər Baba(5.~8. Bölümlər)
- Şəlalə Cəvanşirdən neçə şe`r
- (ائليمين داياغي يوردومون فخري» شاعير: بولوت قاراچورلو(سهند»
- ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ (( Şair: Bulut Qaraçorlu(səhənd) ))
- "Sazımın sözü"nden parçalar (( Şair: Bulut Qaraçorlu(səhənd) )) birinci bölüm
- Novruz bayramı Təbrik mesajları
- Azərbaycan Maralı
- Novruz
- Yağış çağırmaq (Güney Azərbaycan variantı)
- "Novruz bayramı Türklərin Milli mirası" Yazar: Baybak Arazoğlu
- Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında
- Arxa, kömək, dayaq, iftixar - haqqında
- Vətən, qurbət - haqqında
- Semed vurğundan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Şehriyardan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Nəsimiden bir gözel şe`r: *Yüz min cəfa qılsan mənə*
- Xaqaniden bir gözel şe`r: *VƏTƏN*
- Nizamiden bir gözel şe`r: *Ay üzlü nigarım, kimə mehman olacaqsan?*
- Su çərşənbəsi, yaxud əzəl çərşənbə
- Bulut Qaraçorlu(səhənd)dən bir şe`r
- Azadlığım(Xəlil rıza ulutürk)
- Ana dilimizin yazı qaydaları
- Gəlmisən, gedirsən.
- Gülüstan poeması(Bəxtiyar vahabzadə)
- Bəxtiyar Vahabzadə
- Rəşid Behbudov
- EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB
- Mirzə Ələkbər Sabir
- Türk olmaq
- Kamança
- Muğam
- Kitabi dədə qorqud-Birinci boy
- Cenubi Azerbaycanda turk lehceleri
- Türkün dili tək sevgili, ehsaslı dil olmaz (ustad şəhriyar)
- KİTABİ-DƏDƏ QORQUD
- Səməd Vurğun
- Heydər Baba(1.~4. Bölümlər)
- Təbrizim(Süleyman Rüstəm)
- Süleyman Rüstəm
- Bulud Qaraçorlu(SƏHƏND)
- weblogın açılışı!


