Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز
Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل
-
baxış148
araz
Yazar: Baybək ArazOğlu Tarix: Mart 30, 2008 3:35
Görüşlər(3)
Bölməsiz
-
baxış165
HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA
Yazar: Baybək ArazOğlu Tarix: Mart 30, 2008 1:57
Bir əlimdə qələm, bir əldə kağaz,
Xəyalım boylanır damdan, duvardan,
Başımda yar bağın gəzmək havası,
Qapılar bağlıdır, yol tapım hardan?
Hasarın dalında könül verdiyim
O yar bir bağ salıb, suyu bulurdan,
Hayvası kəhrüba, narı yaqutdan,
Tağı firuzədən, divanı güldən.
Mavi eyvanında saz çalır Zöhrə,
Bürcündə yay çəkib dayanıb Keyvan,
Layiqi var girəm qəsrinə mən də
Qıllı papağımlan, sınıq sazımlan?
O, bu ehtişamla, bu təmtəraqla
Qapısın üzümə açmasa nə var,
Şahla rəiyyətin söhbəti tutmaz,
Mən bir obalıyam, odur Şəhriyar.
Gərək rüsxət alam Heydər babadan,
"Yox" cavabı bəlkə mənə verməsin,
Bir də Şəhriyardan fərmanım vardır,
"Şair bir-birini olur görməsin?"
Yox, mən də Səhənd'əm, başım ucadır,
İçimdə sönməyən eşq atəşi var.
Məndə səfası var güllü baharın,
Başımı tutsa da qara buludlar.
Görüşlər(0)
Azərbaycan dilində şerlər, azərbaycan adlım insanları, HeydərBaba, Azərbaycan Ədəbiyyatı
-
baxış144
Heydər Baba(5.~8. Bölümlər)
Yazar: Baybək ArazOğlu Tarix: Mart 27, 2008 11:295 Heydər Baba, sənün üzün ağ olsun,
Dört bir yanun bulağ olsun bağ olsun,
Bizdən sora sənün başun sağ olsun,
Dünya gazov-qədər ölüm itimdi,
Dünya boyı oğulsuzdı, yetimdi.6 Heydər Baba, yolum sənnən kəc oldı,
Ömrüm geçdi, gələmmədim gec oldı,
Heç bilmədim gözəllərün nec' oldı.
Bilməzidim döngələr var, dönüm var,
İtginlik' var, ayrılıq var, ölüm var.7 Heydər Baba, iğit əmək' itirməz,
Ömür geçər, əfsus bərə bitirməz,
Nāmərd olan ömri başa yetirməz.
Biz də vallah unutmarıq sizləri,
Görəmməsək' həlal edün bizləri.8 Heydər Baba *Mir Əjdər səslənəndə,
Kənd içinə səsdən küydən düşəndə,
*Āşıq Rüstəm sazın dilləndirəndə,
Yadundadı nə hövləsək' gaçardım,
Quşlar təkin ganad çalup uçardım.(٥) حيدربابا، سنوْن اوْزوْن آغ اوْلسون!
دؤرت بير يانون بولاغ اوْلسون باغ اوْلسون!
بيزدن سوْرا سنوْن باشون ساغ اوْلسون!
دوْنيا قضوْقدر، اؤلوْمايتيمدى
دوْنيا بوْيى اوْغولسوزدى، يئتيمدى(٦) حيدربابا، يوْلوم سنَّن کج اوْلدى
عؤمروْم کئچدى، گلممه ديم، گئج اوْلدى
هئچ بيلمه ديم گؤزللروْن نئج اوْلدى
بيلمزيديم دؤنگه لر وار، دؤنوْم وار
ايتگين ليک وار، آيريليق وار، اوْلوْم وار(٧) حيدربابا، ايگيت اَمَک ايتيرمز
عؤموْر کئچر، افسوس بَرَه بيتيرمز
نامرد اوْلان عؤمرى باشا يئتيرمز
بيزد، واللاه، اونوتماريق سيزلرى
گؤرنمسک حلال ائدوْن بيزلرى(٨) حيدربابا، ميراژدر سَسلننده
کَند ايچينه سسدن کوْيدن دوْشنده
عاشيق رستم سازين ديللنديرنده
يادوندادى نه هؤلَسَک قاچارديم
قوشلار تکين قاناد آچيب اوچاردي5 Haydar Baba, senin yüzün ak olsun,
Dört bir yanın çeşme olsun, bağ olsun,
Bizden sonra senin başın sağ olsun,
Dünya kaza ve kader, ölüm yitimdir,
Dünya boyu oğulsuzdur, yetimdir.6 Haydar Baba, yolum senden ayrıldı,
Ömrüm geçti, gelemedim geç oldu,
Hiç bilmedim güzellerin ne oldu,
Bilmezidim dönemeç var, dönme var,
Kaybolma var, ayrılık var, ölüm var.7 Haydar Baba, yiğit emek yitirmez,
Ömür geçer, esef yara kapatmaz,
Nāmert olan ömrü tamamlayamaz,
Biz de vallahi unutmayız sizleri,
Göremesek helāl edin bizleri.8 Haydar Baba, Mir Ejder seslenince,
Köy içine ses ve seda düşünce,
Āşık Rüstem sazını dillendirince,
Hatırında mıdır ne korkuyla kaçardım,
Kuşlar gibi kanat çalıp uçardım.5 Haydar Baba may you be fortunate!
Be surrounded with springs and orchards!
May you live long after us!
The world is paved with events, deaths and losses!
This world has long been childless and an orphan!6 Haydar Baba my way differed from yours,
Life passed, I could not come until late!
I could not learn what happened to your beautiful ones,
Did not know there were perilous paths,
Losses, separations and death.7 Haydar Baba good sons are faithful,
Life passes, regrets are wasteful,
Disloyal sons won't live long,
Believe me we have never forgotten you,
Forgive us if we failed to see you.8 Haydar Baba when Mir Azhdar calls for pilgrimage,
And the village is filled with busy noise,
While Ashig Rustam played his saz,
Do you remember how with such enthusiasm we used to run?
Flapping like winged birds to fly?
Görüşlər(2)
Bölməsiz
-
baxış215
Şəlalə Cəvanşirdən neçə şe`r
Yazar: Baybək ArazOğlu Tarix: Mart 19, 2008 13:411.Bu gün ağladı bu əski şəhər
Bütün sevgi dolu küçələri ıslandı
Mənim də gözlərim ağladı
Mən də acı göz yaşlarımla ıslatdım
Ürəyimin sənsiz küçələrini...2. Bizim şəhərdə sevinc də hüzün də bərabər yaşayırHəm mutsuzluq tikanı bitir həm ümüd çiçəkləri
Amma bizim şəhər ağlayır
Hər damla göz yaşında bir hüzün var
Bizim şəhərin içində yanqın var
Özləm var
Özgürlük özləmi-------------------------------
Gecənin qaranlığından sonra
Günəşli dünya güldü bizə
Yaşadıq bu günəşli dünyada
Dünyanı unutduq
Unutduq hər sabah
Ağacların yorğun baxışlarından
Tökülən yarpaqları
Və dünyaya göz açan körpə uşaqları
Sonuncu şam kimi sönən insanları.
--------------------------------
Mən də böyüyəcəyəm
Bu torpaqlı küçələrdə
Işıqlı arzularla
Qanad qanad mavı dalğayla
Üzəcəyəm bu geniş dənizdə
Bir bulut kimi ürəyi tutulan
Anaları görəcəyəm
Onlar bütün insanların gözləriylə ağlayırlar
Deyirəm bu gözyaşlarla bir dəniz yaranar
Və bu dəniz bizim olacaq əlbətdə.
Görüşlər(7)
Azərbaycan dilində şerlər, Azərbaycan Ədəbiyyatı, qadın
-
baxış66
(ائليمين داياغي يوردومون فخري» شاعير: بولوت قاراچورلو(سهند»
Yazar: Baybək ArazOğlu Tarix: Mart 17, 2008 14:21ائليمين داياغي يوردومون فخري
حیدر موعلليمه(17*)
(*. 1974 ايلينده آذربايجان رئسپوبليکاسي نين رهبري حیدر علیرضا اوغلو علييئوه يازيلميش منظوم مکتوب. )
اوستاديم وورغون'دان(18) سؤز ديلنه رک
قوي بئله باشلاييم شعريمي نولار،
او داهي صنعتکار سؤيله ديگي تک
" من چوجوق دئييلم، خئيلي ياشيم وار " .
عؤمرومده چوخ ايستي-سويوقلار گؤروب(19)،
باشيمدا بوستانلار اکرکن حيات(20)،
چتينليکلئر منلن باجارامماييب(21)،
يولومو کسممز قارا ظولومات.
هر آغير دهشته من دؤزه-دؤز(22)
مسلکداش، وطنداش دئييبن(23) گلديم.
اورک سانديغيني آچماقچين سيزه
سفر ياراغيم گئييبن گلديم(24).
داغلار بويدا آغير دردي اؤزومنن
تبريزدن باکييا داشيديم، آنجاق
کيمسه يه آچماديم، آغير دؤزومنن(25)
هله ليک لازيمدير گئري قايتارماق(26).
طالع دن گيلئيلي(27) اولمايام گرک،
ائللريمي گؤردوم، گؤزلريم آيدين!
نصيبيم اولمادي، آنجاق نه ائتمک؟!
ايسترديم باکي دا سن ده اولايدين.
هاميدان دينلرکن وصفيني سنين،
هئييف کي، گؤروشمک قيسمت اولمادي.
بيسوتونلار چاپديم من فرهاد تکين(28)،
آنجاق کي، سو گليب آرخا دولمادي.
من ايسترديم دوغما بير قارداش کيمي
اوتوروب، اَيلشيب(29)-دانيشام سنلن،
بير مسلکداش کيمي، بير يولداش کيمي
سؤز-صؤحبت آچايديم آنا وطندن.
17. حیدر علییئو 18. صمد وورغون'دان 19. يگي و کؤتو گونلئر گؤروپ 20. حايات باشيما دردلر آچارکئ 21. زورلوکلار بنيمله باش ائدمميشتير، باشا چيخاماميشتير 22. قاتلانا-قاتلانا 23. دييرک 24. يولجولوق سيلاحيني قوشاناراق گلديم 25. بو تحممول ائديلمسي زور درددن 26. گئري دؤنمک 27. تاليهدن شيکايتچي 28. گيبي 29. توقالاشيپ
(*. 1974 ايلينده آذربايجان رئسپوبليکاسي نين رهبري حیدر علیرضا اوغلو علييئوه يازيلميش منظوم مکتوب.)
گؤروشلر(0)
Azərbaycan dilində şerlər, Azərbaycan Ədəbiyyatı
-
baxış195
ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ (( Şair: Bulut Qaraçorlu(səhənd) ))
Yazar: Baybək ArazOğlu Tarix: Mart 17, 2008 14:20ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ
Heydər müellimə(17) *
(*. 1974 ilində Azərbaycan Respublikasının rəhbəri Heydər Əlirza oğlu Əliyevə yazılmış mənzum məktub.)
Üstadım Vurğun'dan(18) söz dilənərək
Qoy belə başlayım şe'rimi nolar,
O dahi sənətkar söylədiyi tək
"Mən çocuq deyiləm, xeyli yaşım var".
Ömrümdə çox isti-soyuqlar görüb(19),
Başımda bostanlar əkərkən həyat(20),
Çətinlikler mənlən bacarammayıb(21),
Yolumu kəsəmməz qara zülumat.
Hər ağır dəhşətə mən dözə-dözə(22)
Məsləkdaş, vətəndaş deyibən(23) gəldim.
Ürək sandığını açmaqçın Sizə
Səfər yarağım geyibən gəldim(24).
Dağlar boyda ağır dərdi özümnən
Təbrizdən Bakıya daşıdım, ancaq
Kimsəyə açmadım, ağır dözümnən(25)
Hələlik lazımdır geri qaytarmaq(26).
Tale'dən gileyli(27) olmayam gərək,
Ellərimi gördüm, gözlerim aydın!
Nesibim olmadı, ancaq ne etmek?!
İsterdim bakı'da SEN de olaydın.
Hamıdan dinlərkən vəsfini Sənin,
Heyif ki, görüşmək qismət olmadı.
Bisütunlar çapdım mən Ferhad təkin(28),
Ancaq ki, su gelib arxa dolmadı.
Men isterdim doğma bir qardaş kimi
Oturub, əyləşib(29)-danışam Sənlən,
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana vətəndən.17. Haydar Aliyev18. Semed Vurğun'dan 19. iyi ve kötü günler görüp 20. hayat başıma dertler açarken 21. zorluklar benimle baş edememiştir, başa çıkamamıştır 22. katlana-katlana 23. diyerek 24. yolculuk silahını kuşanarak geldim 25. bu tahammül edilmesi zor dertten 26. geri dönmek 27. talihten şikayetçi 28. gibi 29. tokalaşıp
(*. 1974 yılında Azerbaycan Respublikasının rehberi Heyder Elirza oğlu Eliyeve yazılmış menzum mektub.)
Görüşlər(2)
Azərbaycan dilində şerlər, Azərbaycan Ədəbiyyatı
-
baxış189
"Sazımın sözü"nden parçalar (( Şair: Bulut Qaraçorlu(səhənd) )) birinci bölüm
Yazar: Baybək ArazOğlu Tarix: Mart 17, 2008 14:01("Sazımın sözü", Bakı, 1984, s. 69-79)
(( Şair: Bulut Qaraçorlu(səhənd) ))
DUXA QOCA OĞLU DELİ DOMRUL
Gecenin qoynunda vüqarlı(1) dağlar
Sanki ebedi bir yuxuya batmış,
Dereler, tepeler, meşeler(2), bağlar
Dünyanın xeyrini, şerini atmış(3).
Qaranlıq gecenin mermuz(4) siması
Hemi(5) keder doğurur, hem ürek sıxır,
Qara ibhamların(6) uçurum dünyası
Kimseni büdredir(7), kimseni yıxır.
Gecenin bağrında, güzelliklerde
Bu şebeh(8) görünür insan gözüne,
Qaranlıq çekmişdir çaşdıran perde
Qan şeytanların qara üzüne.
Şeytan yaranmışı tanıtdıraraq,
Ezelden qarğamış(9) geceni insan,
Ocaqlar, meş'eller yaxmaqla ancaq
Qaçmışdır geceden, qaranquluqdan.
Hele de, hele de bizim yerlerde
Sade insanların andı "çıraq"dır.
Xalqın arasında, kendde, şeherde
Müqeddes yerlerin adı "ocaq"dır.
Işıqdan doğursa istilik(10), istek,
Qaranlıqdan doğur soyuq, aldanış,
Mehebbet axtaran(11) insanlıq, demek,
Ona baş endirmiş, bunu qarğamış.
Qoy bunu söyleyim el Vurgunundan(12):
"Sanmayın meqsedim boş yaraşıqdır",
Dalınca(13) söylemiş o ölmez insan:
"Dünyada en böyük qüvvet - ışıqdır!"
Qara qış dünyanı berbad ederdi
Dalınca yaz(14) olub, yay olmasaydı,
Qaranlıqda insan elden gederdi
Güneş olmasaydı, Ay olmasaydı.
Gecenin qoynunda vüqarlı dağlar
Sanki ebedi bir yuxuya batmış,
Dereler, tepeler, meşeler, bağlar
Dünyanın xeyrini, şerini atmış.
Tala(15) buludluqda süründükce ay
Işıq dehreleri(16) geceni biçir
Geceden qırılmış sehneler lay-lay (17)
Sınıq qoşun(18) kimi qarşımdan keçir.
Çölleri bürüyen me'nalı sükut
Be'zen lal dayanır(19), gah(20) dile gelir,
Üfüqe baxdıqca men mebhut-mebhut(21),
Ele bil ki(22), sükut meni sesleyir.
Bu çox ezemetli çağırışdır(23), bax,
Qulağın perdesi eşitmez sesin,
Üreyin telleri hiss eder ancaq
Çölün pıçıltısın(24), dağın nalesin.
Bu lal çağırışda(25) qerinelerin(26)
Ölmez nalesi var, ölmez sesi var!
Böyük esatirin(27), efsanelerin
Üreyi sehr eden(28) zümzümesi var!
Her elin, obanın efsaneleri
O elin ruhunu terennüm edir,
Efsanevi eller suret çekeni(29)
Ellerin simasın tecessüm edir(30).
Suret heqiqetden bir görüşdürse,
Kim deyer surete heqiqetdi bu?
Ancaq resm olunan her bir surete
Şübhesiz, olmuşdur sebeb bir duygu.
1. vakarlı, heybetli 2. ormanlar 3. dünyanın hayrından da 4. gizli, rumuzlu 5. hem 6. şüphelerin 7. birilerini tökezletiyor 8. bu tarz, buşekilde*9. beddua etmiş; lanetlemiş 10. sıcaklık 11. arayan 12. halkı çok sevenden. Vurgun: Samed Vurgun; Kuzey Azerbaycan'ın tanınmış şairlerinden. Tırnak içindeki mısralar da Vurğun'undur. 13. peşinden, arkasından 14. ilkbahar 15. geniş başlık 16. ağaç baltalarını 17. kat kat, tabaka tabaka 18. yenilmiş ordu 19. sessizce duruyor 20. bazen, arada bir 21. şaşkın şaşkın 22. sanki 23. davetler 24. kırın fısıltısını 25. sessiz davette 26. Qerine: 33 yıllık zaman dilimi; on yıllıkların 27. efsanelerin, mitolojinin 28. yüreği büyüleyen29, efsanevî ellerin resmini yaptığı 30. yansıtıyor, canlandırıyor
Görüşlər(0)
Azərbaycan dilində şerlər, Azərbaycan Ədəbiyyatı, Dədə Qorqud
-
baxış201
Novruz bayramı Təbrik mesajları
Yazar: Baybək ArazOğlu Tarix: Mart 16, 2008 19:23Arzum budur novruz qüssə-qəmin yox olsun, ürəklərdən getsin buz, sevgi payın çox olsun! Novruz Bayramınız Mübarək olsun!
Əzizinəm yaz gəlsin, yaz gəlsin bahar gəlsin, bu novruz bayramında qəm getsin, sevinc gəlsin! Novruz bayramınız mübarək olsun!
Sevgi dolu nur dolu novruz qarşılayaq, qoy bu bahar yaz boyu gün saçsın parlaq-parlaq! Novruz bayramınız mübarək olsun!
Gəldi bahar bayramı, ilin gözəl bayramı, qədəmlərin xoş olsun Novruza deyir hamı. Novruz Bayramınız Mübarək olsun!
Yetişdi bahar yenə. Bahardır yenə, getsin ayazlı günlər, gəlsin novruzum yenə! Novruz bayramınız mübarək olsun!
Bu bahar bayram gələr, toy gələr, nişan gələr, Novruzun görüşünə el gələr oba gələr. Novruz bayramınız mübarək olsun!
Gəlir bahar avazı, yaz ətri, yaz avazı, bu Novruz qovuşanlar duymasın qəm avazı. Novruz bayramınız mübarək olsun!
Gəl-gəl a yaz günləri. Bahar bayram günləri. Bu Novruz bayramında ilin xoş günləri. Novruz bayramınız mübarək olsun!
Qoy bu təravətli Novruz bayrami süfrənizi ruzu, qəlbinizi ise xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!
Yurdumuza ayaq basmış, Bahar bayramınızı təbrik edirəm. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Novruz bayramınız mübarək olsun!
Əzizim. Bir bayram var. Novruz! Sihirli bayramdır. Bayramda, küsənlər barışır, sevənlər qovuşur. İnanmırsan? Bu gün görərsən. Novruz bayramınız mübarək olsun!
Bayramınız mübarək, ürəyiniz ümidli, ümidleriniz atlı, sevdaniz qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız mübarək olsun!
Görüşlər(0)
Azərbaycan kültürü
-
baxış157
Azərbaycan Maralı
Yazar: Baybək ArazOğlu Tarix: Mart 8, 2008 17:27Ay qız gəzmə aralı,
Könlüm səndən yaralı
Gözlərinə heyranam
Azərbaycan maralı.
Sən bulaq üstə gələndə,
Qıyğacı baxıb güləndə,
Aldın səbr-ü qərarımı
Azərbaycan maralı.
O günə qurban kəsərəm,
Gəlməsən səndən küsərəm,
Gəzərəm səndən aralı,
Azərbaycan maralı.
Gedəx qırx qız yaylağına,
Maral ceyran oylağına,
İnək İsa bulağına,
Azərbaycan maralı.
Turş su olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olaydın qonağımız,
Azərbaycan maralı.
Görüşlər(2)
Azərbaycan mahnları, Xalq Mahnıları
-
baxış182
Novruz
Yazar: Baybək ArazOğlu Tarix: Mart 8, 2008 17:26Xonçaya qoydum balığı,
Al boyadım ortalığı,
Gərdişə sal çalmalığı,
Çünki gəlibdi Firuz.
Xoş keçəcəkdi Novruz.
***Taxçaya qoydum çırağı,
Rövşən eyləsin bucağı,
İşıqlandırsın otağı,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.***
Üsküdü bu, çərşənbədi,
Atəş yanır şövnəmdədi,
Zərdüşt deyir kölgəmdədi,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.***
Taxçaya qoydum noxudu,
Sanadım biri yox idi.
“Zondanı”, “Həfti” oxudu,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.***
Süfrəyə qoy simuzəri,
Əlavə eylə təbəri,
Zonfovuş oxur “Ögər”i,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.***
Atəşə səp üzərliyi,
Qarnıyarıq bəzərliyi,
Süxt eləsin əyərliyi,
Çünki gəlibdi Firuz,
Xoş keçəcəkdi Novruz.
Görüşlər(0)
Azərbaycan mahnları, Xalq Mahnıları
-
baxış136
Yağış çağırmaq (Güney Azərbaycan variantı)
Yazar: Baybək ArazOğlu Tarix: Mart 8, 2008 17:21Çömçə xatun nə istər?
Şırhaşır yağış istər.
Əli-qolu xamırda,
Bircə qaşıq su istər.
Çax daşı, çaxmaq daşı,
Yandı ürəyimin başı.
Allah bir yağış göndər,
Göyərtsin dağı, daşı.
Ala dağın buludu,
Yetimlərin umudu.
Allah, bir yağış göndər
Arpa-buğda qurudu.
Görüşlər(0)
Xalq Mahnıları
-
baxış210
"Novruz bayramı Türklərin Milli mirası" Yazar: Baybak Arazoğlu
Yazar: Baybək ArazOğlu Tarix: Mart 8, 2008 14:43Hər ulusun özünə özgün kültür və təməddünü vardır ki bu kültür o ulusun əsas özəlliyi sayılır. Biz azərbaycanlıların da böyük bir kültürü var ki gərəkdir onun dəyərini bilək. Bizim dil, tarix, kültür, və adət ənənələrimiz də bizim ən təməlli varlıqlarımızdan sayılır ki gərəkdir bu varlıqları, ki bizim yaşamımız bunlara bağlıdır, qoruyaq və onların dəyərini bilək. Bizim yurdumuzun iftixarlı tarixi ən əski çağlardan bizim ata-analarımızın çalşığının sonucudur və bizim kültür bəşəriyyətin ən dolğun kültürlərindəndir. Bunlar bunun göstərgəsidir ki bizim ata-babalarımız şərəfli və baş-uca, tarixin irəliləyişi yolunda addımlayıblar.
Novruz bayramı Azərbaycan kültürü və təməddününün qalarqı yadigarlarından sayılır ki bu ulu kültür və ənənələr zaman-keçimilə başqa ulusların arasında da yayılıbdır və azərbaycan sərhədlərindən aşıbdır. Ama önəmli olan Novruz bayramının Azərbaycandan qalxdığıdır.
Novruz yazın ilk günüdür. Bu bayram 3000 ildir ki Azərbaycanda qutlanır və soyuq mövsümü qışın bittimi və güllərin çiçəklənməsinin başlanışı və təbi`ətinin yenidən canlanmasıla bizim ata-babalarımız şənlik edib və bugünü yeni həyat, şənlik, və yaxşı yaşamın başlanğıçı kimi bilirdilər. Novruz bayramı zərduştandan öncədə Azərbaycanda milli şənlik kimimiş. Farsca və başqa qaynaqlarda belə rəvayət olunur ki farsların padişahı Cəmşid, Azərbaycan da novruz bayramıla tanış olup, ondan sonra farsların arasında bu şənlik bayram kimi qiymətlənir.
Elə ki bilirik Azərbaycan İranın başqa yerlərinə görə daha fərqli bir iqlimə malikdir ki onun özəlliklərindən biri uzun və soyuq bir qışdır, ki iranın başqa yerlərində beləmcil iqlim yoxdur. Bununla bağlı Azərbaycan xalqı qış və soyuğun bitimi və yaz və təbi`ətin oyanmasıla şənlik edirdilər ki getdikcə xalq arasında gənəl bir kültür və ulusal şənliyə dəyişildi və bizim kültürümüzün dəyərli bir parçası kimi bizə qalıbdır. İndisə bu kültür Azərbaycan sərhədlərindən keçip nə tək İranda habelə başqa ölkələrdə yayılıbdır.
Əgər tarixə diqqətlə baxsaq görərik ki bizim ata-babalarımız bunu bilmişdilər ki dörtlük ünsürlər(yə`ni Su, Od, Torpaq və Yel) onlara yaşam bağışlayır və yaşamın simvoludular. Deməliyik ki türklərin yaşamında dörtlük ünsürlər yaşayış simvolu kimi həməşə dəyərlənib, elə ki Azərbaycanda Od xüsusi bir yer tutur. Od yaşamın istilik qaynağı, Torpaq qazanç qaynağı, Su yaşam qaynağı və Yel hərəkətlilik qaynağıdır. Qış və soyuğun gəlişilə bizim ata-babalarımızın yaşamı bir durğunluqla qarşılaşırdı və təbi`ətin ölümülə birlikdə onlar allahvergisi ne`mətlərdən (Dörtlük ünsürlər) bəhrəsiz qalırdılar və daha çox dörtlük ünsürlərin dəyərini anlayırdlar və baharın gəlişilə geniş şənliklər edərdilər.
Görüşlər(0)
Azərbaycan kültürü
Bölmələr
- Azərbaycan kültürü (14)
- Azərbaycan dili (7)
- HeydərBaba (2)
- Dədə Qorqud (4)
- Xalq Mahnıları (3)
- qadın (1)
- Ata-Baba Sözləri (1)
- QaraBağ (11)
Dost bloglar
- Bayraqdari bayraqdar edən blog!!!!
- YEK AZERİLERİN YEK SAYTİ
- GÖZƏL məkan
- HOSTILE.AZERIBLOG.COM
- ƏN SON XƏBƏRLƏR, MƏQALƏLƏR
- Yaşasın Azerbaycan
- Sahil
- Virtual Hiper e-Kitabxana
- ...K.e.l.e.b.e.k...
- Füzuli Sabiroğlu
- Turk
- 5'Freedoms/Azadlıq
- Zaur-Əliyev
- CavidAn - səhra küləyi...
- Dusharge دوشرگه
- Sensizolmaz: Sevgi dolu dünyam
- VƏTƏN HƏR ŞEYDƏN ÜSTÜNDÜR
- Şəms EL
- Urum Blog
- ...:::M A F İ Y A:::...
- .:: YURD informasiya mərkəzi ::.
- ۞ C A H A N ۞
- (¨*•.New Proxy.•*¨)
- Mürəkkəb dolu qələm
- Aysel Nəsirzadə
- Olan ve Biten
- ۞ TÜRK BİRLİYİ ۞
- monster.azeriblog.com
- duzli oğlan ( دوزلی اوغلان )
- AzErBaIjAn
- Elmi bloq
- yaprağ tökündüsü
- Men hami kimi deyilem!!!
- ...:::::^^YUMOR^^:::::...
- Təbrizli Rza Əfşarpur(Əfşar)
- Ağdam-Qarabağ-Azərbaycan
- Millətin Səsi
- "Vətəndaş" Xəbər Bülleteni
- Odlar Yurdu, Azərbaycan
- şeir çələngi
- www.zauri.azeriblog.com
- mənim özum
- Qalanxan
- Butov Azerbaycan
Qabaqki yazılar
- «آللاه «بختیار واهابزاده
- ALLAH "Bəxtiyar Vahabzadə"
- «دئييل مي؟ «سولئيمان روستم
- Deyil mi? "Süleyman Rüstəm"
- araz
- HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA
- Heydər Baba(5.~8. Bölümlər)
- Şəlalə Cəvanşirdən neçə şe`r
- (ائليمين داياغي يوردومون فخري» شاعير: بولوت قاراچورلو(سهند»
- ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ (( Şair: Bulut Qaraçorlu(səhənd) ))
- "Sazımın sözü"nden parçalar (( Şair: Bulut Qaraçorlu(səhənd) )) birinci bölüm
- Novruz bayramı Təbrik mesajları
- Azərbaycan Maralı
- Novruz
- Yağış çağırmaq (Güney Azərbaycan variantı)
- "Novruz bayramı Türklərin Milli mirası" Yazar: Baybak Arazoğlu
- Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında
- Arxa, kömək, dayaq, iftixar - haqqında
- Vətən, qurbət - haqqında
- Semed vurğundan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Şehriyardan bir gözel şe`r: *AZƏRBAYCAN*
- Nəsimiden bir gözel şe`r: *Yüz min cəfa qılsan mənə*
- Xaqaniden bir gözel şe`r: *VƏTƏN*
- Nizamiden bir gözel şe`r: *Ay üzlü nigarım, kimə mehman olacaqsan?*
- Su çərşənbəsi, yaxud əzəl çərşənbə
- Bulut Qaraçorlu(səhənd)dən bir şe`r
- Azadlığım(Xəlil rıza ulutürk)
- Ana dilimizin yazı qaydaları
- Gəlmisən, gedirsən.
- Gülüstan poeması(Bəxtiyar vahabzadə)
- Bəxtiyar Vahabzadə
- Rəşid Behbudov
- EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB
- Mirzə Ələkbər Sabir
- Türk olmaq
- Kamança
- Muğam
- Kitabi dədə qorqud-Birinci boy
- Cenubi Azerbaycanda turk lehceleri
- Türkün dili tək sevgili, ehsaslı dil olmaz (ustad şəhriyar)
- KİTABİ-DƏDƏ QORQUD
- Səməd Vurğun
- Heydər Baba(1.~4. Bölümlər)
- Təbrizim(Süleyman Rüstəm)
- Süleyman Rüstəm
- Bulud Qaraçorlu(SƏHƏND)
- weblogın açılışı!



