Reklam verin!

Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز

Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل

Blog Haqqında

 

Baybək ArazOğlu

  • Gedən torpaqları qaytarmaq üçün,
    savaşabilmədik sülhə öyündük.
    Babamız qurd idi, ancaq biz bugün,
    əllərdən ot yiyən quzuya döndük.

    گئدن تورپاقلاري قايتارماق اوچون،
    ساواشابيلمه ديک صولحه اؤيوندوک.
    باباميز قورد ايدي، آنجاق بيز بوگون،
    اللردن اوت ييين قوزويا دؤندوک

Sorğu

  • Sizcə Güney Azərbaycan üçün indi hansı daha önəmlidir?




Sayqaç

    • İndi blogda: 25
    • Keçən ayın hiti: 6759
    • Dünənki hit: 332
    • Bugünki hit: 182
    • Ümumi hit: 26053

Müxtəlif

  • baxış
    76

    آرتيق 5 ايلدير کي، 30 اييون آذربايجاندا سئوگيليلر گونو کيمي قئيد اولونور. 

      1990-جي ايلده قانلي يانوار حاديثه لرينده هلاک اولموش ايلهام و اونون اؤلومونه دؤزميه رک، اؤزونو اؤلدورن فريضه نين توي گونو سئونلرين گونو کيمي ياد ائديلير. بو تاريخ شرق دونياسيندا لئيلي و مجنوندان سونرا يئني بير محبت حئکايه سي نين اساسيني قويدو. 30 اييون آذربايجان خالقي نين تاريخينه و ادبياتينا ايلهام و فريضه داستاني گتيريب. بوتون سئونلري تبريک ائديريک. 

    گون سئوگيلي قاراباغ سئوگی شهید 

    گؤروشلر(1) Azərbaycan kültürü, QaraBağ

     

  • baxış
    70

    Artıq 5 ildir ki, 30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur.
    1990-cı ildə qanlı yanvar hadisələrində həlak olmuş İlham və onun ölümünə dözməyərək, özünü öldürən Fərizənin toy günü sevənlərin günü kimi yad edilir. Bu tarix şərq dünyasında Leyli və Məcnundan sonra yeni bir məhəbbət hekayəsinin əsasını qoydu. 30 iyun Azərbaycan xalqının tarixinə və ədəbiyyatına İlham və Fərizə dastanı gətirib. Bütün sevənləri təbrik edirik.

    sevgili qarabağ şəhid sevgi gün 

    Görüşlər(2) Azərbaycan kültürü, QaraBağ

     

  • baxış
    56

      قاراباغين گؤيلرينده 

      قاخيب-ائنير بمدن-زيله، 

      زيلدن-بمه 

      آنالارين فرياد سسي. 

      قاراباغين شيکسته سي. 

      من هارايا گلميشم... 

       

      گئجه-گوندوز 

      اللرينده لوپا چيراق، 

      داغ باشيندا  " اوغول "  دئييب 

      هاي ووراراق 

      يول گؤزله ين آنالارين 

      صبري سونا يئتير، تانريم! 

      من ايمدادا گلميشم... 

       

      اسير دوشن اوغوللارين؛ 

      گلينلرين، قيزلارين 

      هاچان گئري دؤنه جگي بيلينمه يير. 

      ياغيلارين قاپيسيندا دوشوب قالان آنالارين 

       " وئر بالامين مئييديني "  

      يالواريشي، هايقيرتيسي کسيلمه يير. 

      من فريادا گلميشم... 

       

      قاراباغدان قاراباغا سرحدلر وار، کئچيلمز، 

      وطنيمدن وطنيمه مفتيللر وار؛ آشيلماز، 

      تورپاغيمدان تورپاغيما ديرکلر وار؛ اوچولماز... 

      سرحدلري آشيب کئچيب، 

      دوشمنيمي باسيب کئچيب، 

      من ساواشا گلميشم... 

       

      خان قيزييام؛ دؤزمور اورک؛ 

      دؤزمور داها 

      بو زولومه؛ بو آهلارا. 

      وطنيمين بير پارچاسي آديندان، 

      تورپاغيمين بير تيکه سي آديندان؛ 

      اسير قاراباغين قارا باغريندان؛ 

      اوزئييرين، بولبولون، خانين آديندان 

      باغريم باشي يانا-يانا 

      من عوصيانا گلميشم... 

        

    Davamı...

    قاراباغ شعر فریاد ناتوان 

    گؤروشلر(0) Azərbaycan dilində şerlər, Azərbaycan Ədəbiyyatı, QaraBağ

     

  • baxış
    87

    Qarabağın göylərində
    Qaxıb-enir bəmdən-zilə,
    zildən-bəmə
    Anaların fəryad səsi.
    Qarabağın şikəstəsi.
    Mən haraya gəlmişəm...

    Gecə-gündüz
    əllərində lopa çıraq,
    dağ başında “oğul” deyib
    hay vuraraq
    yol gözləyən anaların
    səbri sona yetir, tanrım!
    Mən imdada gəlmişəm...

    Əsir düşən oğulların;
    Gəlinlərin, qızların
    Haçan geri dönəcəyi bilinməyir.
    Yağıların qapısında düşüb qalan anaların
    “Ver balamın meyidini”
    yalvarışı, hayqırtısı kəsilməyir.
    Mən fəryada gəlmişəm...

    Qarabağdan Qarabağa sərhədlər var, keçilməz,
    Vətənimdən Vətənimə məftillər var; aşılmaz,
    Torpağımdan torpağıma dirəklər var; uçulmaz...
    Sərhədləri aşıb keçib,
    düşmənimi basıb keçib,
    Mən savaşa gəlmişəm...

    Xan qızıyam; dözmür ürək;
    Dözmür daha
    Bu zülümə; bu ahlara.
    Vətənimin bir parçası adından,
    Torpağımın bir tikəsi adından;
    Əsir Qarabağın qara bağrından;
    Üzeyirin, Bülbülün, Xanın adından
    bağrım başı yana-yana
    Mən üsyana gəlmişəm...

    Davamı...

    natəvan qarabağ fəryad 

    Görüşlər(2) Azərbaycan dilində şerlər, Azərbaycan Ədəbiyyatı, QaraBağ

     

  • baxış
    68

      سون ايکي يوز ايل عرضينده رئگيوندا گئدن مورککب سياسي پروسئسلر نتيجه سينده آذربايجانليلار اؤز ازه لي يوردلاريندان زورلا کؤچورولمه يه، ائتنيک تميزله مه و دئپورتاسييا سيياستينه معروض قالميشلار. 

       

      ايران و روسييا آراسيندا گولوستان (1813)، تورکمنچاي (1828)، روسييا و تورکييه آراسيندا آندريانوپول موقاويله سي ايمضالانديقدان سونرا ايران و تورکييه دن ائرمنيلرين کوتلوي صورتده آذربايجان تورپاقلارينا کؤچورولمه سي حياتا کئچيريلدي. تورپاقلاري ضبط اولونموش آذربايجانليلار ايسه سوني شکيلده قاچقين و مجبوري کؤچکون وضعيتينه سالينديلار. 

       

      ائرمنيلر اؤز پلانلاريني مرحله -مرحله  حياتا کئچيرميشلر. اولجه اونلار آذربايجان تورپاقلاريندا، يني کئچميش ايروان خانليغي (سونرادان ايروان قوبئرنيياسي) اراضيسينده کيچيک بير ائرمنيستان رئسپوبليکاسيني (9،7 مين کو.کم) ياراتميش، تدريجن اونون اراضيسيني بؤيوده رک 29،8 مين کو.کم-ه چاتديرميشلار. 

       

      1918-جي ايل مايين 28-ده موستقيلليگيني بيان ائدن آذربايجان يئنه ده ائرمني ميلتچيلري نين تورپاق ايديعالاري ايله اوز-اوزه گلدي. واختيله روسييانين ترکيبينه آذربايجان خانليغي کيمي داخيل اولموش ايروان خانليغي نين اراضيسينده ائرمني دؤولتي ياراتماق ايدئياسي اورتايا آتيلدي. همين دؤورده آذربايجان سيياستچيلري تاريخي شرايته اويغون اولاراق بير سيرا گوزشتلره گئتمه يه مجبور اولدولار. ائرمنيپرست قوووه لرين و ميلتچيلرين يوروتدوکلري مکرلي سيياست نتيجه سينده آذربايجان تورپاقلاريندا پايتاختي ايروان شهري اولان ائرمني دؤولتي ياراديلدي. 1923-جو ايلده ايسه موسکوانين کؤمگي ايله آذربايجانين آز سايدا ائرمنيلرين ياشاديغي اراضيسينده داغليق قاراباغ موختار ويلايتي ياراديلدي. 

     

    Davamı...

    ائرمنيستان آذربايجان قاراباغ موناقيشه تاريخ 

    گؤروشلر(0) QaraBağ

     

  • baxış
    66

    Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar.

    İran və Rusiya arasında Gülüstan (1813), Türkmənçay (1828), Rusiya və Türkiyə arasında Andrianopol müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Torpaqları zəbt olunmuş azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salındılar.

    Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçirmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş Irəvan xanlığı (sonradan Irəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasını (9,7 min kv.km) yaratmış, tədricən onun ərazisini böyüdərək 29,8 min kv.km-ə çatdırmışlar.

    1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəldi. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atıldı. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur oldular. Ermənipərəst qüvvələrin və millətçilərin yürütdükləri məkrli siyasət nəticəsində Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhəri olan erməni dövləti yaradıldı. 1923-cü ildə isə Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

    Davamı...

    dağlıq qarabağ ermənistan azərbaycan münaqişə 

    Görüşlər(0) QaraBağ

     

  • baxış
    0

      بابک، نبي - ياغير اولدو ديليميز 

      قم، هسرتدن سيرالاندي ايليميز 

      هاردا، نه واخت بوکولمه دي بئليميز 

      وطن بؤلوک، او تاي، بو تاي، هئجالي 

      خوجالي 

       

      بير ميلت وار هله بيلمير آديني 

      باشا چکميش ياغيسيني، ياديني 

      کيشيسيننن غئيرتليدير قاديني 

      منصب اوچون گونده يوز يول آلچالير 

      خوجالي 

       

      بير ميلت وار بير آمالي يوخدو يوخ 

      بير اوممت وار تانريسيننان قورخدو يوخ 

      بير ميلت وار، اوياندي يوخ، قالخدي يوخ 

      قاري دوشمن يورد تالييير، باج آلير 

      خوجالي 

       

      هاني، بيز کي خان اربابي، اصيلديک 

      تاريخيني قانلا يازان نسيلديک 

      غئيرت آدلي ايمتاحاننان کسيلديک 

      آلنيميزدا قارا يازي - خوجالي، 

      خوجالي 

       

      وطن، وطن ياراشيرمي واي سنه 

      هسرت بيتمز