
İslamın yaranmasından bir neçə əsr qabaq Azərbaycan zərdüştiliyin mərkəzinə çevrilmiş, bu dinin ən müqəddəs mə'bədləri burada salınmış, maqlar-zərdüştilərin kahinləri burada yaşamışlar. Buna görə də IX əsrin başlanğıcında sonradan xalq rəhbərinə və böyük bir sərkərdəyə çevrilən sadə kəndli Babəkin başçılığı ilə qalxan üsyanın əski inamların bərpası tələbləri ilə islama qarşı şüarlar altında başlaması heç də təəccüblü sayılmamalıdır.
Babək əl-Xürrəminin doğum tarixi dəqiq mə'lum deyil, lakin dolayı mə'lumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir. Onun atasının adı Abdulla imiş. Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Lakin orası da mümkündür ki, o, islamı yalnız zahirən, üzdə qəbul etsin. O vaxt can vergisindən qurtulmaqdan ötrü çoxları belə edirdilər. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna mə'ruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşaqla Həsən və Abdulla ilə tək qalır.

Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır. Babəkin anası uşaqlarını dolandırmaqdan ötrü varlı evlərində dayəlik edir. Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Onun ömrünün bu mərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə bir rəvayət yazır: "Bir dəfə Babək evə gec gəlir və bundan narahat olan anası onu axtarmağa gedir. Çox axtardıqdan sonra anası onu otardığı inəklərin arasında tamamilə çılpaq vəziyyətdə yatmış halda tapır. Günorta olduğundan ana oğluna diqqətlə fikir verdikdə onun bədənindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanıb ayağa durduqdan sonra qan rəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər görməkdən ötrü gəlib və onun taleyində çox qanlar axacaq."
Davamı...
Yazının açar sözləri: babək baybək xürrəmi xürrəmdin Baxış sayı: 49

Əbədi şadlığın şərabı üçün
Sözdən özgə cahanda yox saqi!
Sözün ölməzliyinə söz yoxdur,
Biz gedərsək də, söz qalar baqi!
Füzuli tək Azərbaycan yox, bütövlükdə şərq İslam və türk təfəkkür müştərəkliyinin uca və bariz nümunəsidir. O özünün poetik və fəlsəfi əsərlərini üç dildə - türk, fars və ərəb dillərində yazmışdır. Dil sərhəddini qələm qüdrətilə aşan dahi sənətkar Yaxın və Orta Şərqdə tərcüməsiz və tərcümansız sevilə - sevilə oxunmaqdadır.
Azərbaycan xalqının mə'nəvi həyatında onun qəzəlləri və "Leyli-Məcnun" poeması xüsusi yer tutur. Şairin qəzəllərinin fəlsəfəsi öz mündəricəsinə görə dərin və incə, poetik ritminə görə lirikdir. Məhz bu səbəbdən neçə əsrdir ki, bu qəzəllər klassik Azərbaycan muğamlarının söz xəzinəsi kimi xanəndələrin repertuarının əsasını təşkil edir. hər bir azərbaycanlı onun "Məndə Məcnundan füzun aşiqlik iste'dadı var", "Canı kim cananı üçün sevsə, cananın sevər" "Nalədəndir ney kimi avazeyi-eşqim bülənd" misralı qəzəllərini, eləcə də digər lirik şe'rlərini hələ məktəbə getməmişdən öyrənir.
Məhəmməd ibn Süleyman Füzuli Azərbaycanda məşhur olan türkmənşəli Bayat tayfasındandır. 1493-cü ildə doğulduqu ehtimal olunur. Şairin ölüm tarixi daha dəqiqdir, belə ki, onun 1555/56-cı ildə Bağdadda yayılmış taun epidemiyasından vəfat etdiyi mə'lumdur. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu mə'lumdur. Bu şəhər şiə imamı Əlinin oğlu imam Hüseynin müqəddəs məzarı ilə şöhrət tapmışdır.
XI əsrdə İraqın səlcuqilər, daha sonralar isə monqol və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu proses sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı imperiyasının tərkibinə daxil olur.
Davamı...
Yazının açar sözləri: mövlana məhəmməd süleyman oğlu füzuli Baxış sayı: 42

Bir əlimdə qələm, bir əldə kağaz,
Xəyalım boylanır damdan, duvardan,
Başımda yar bağın gəzmək havası,
Qapılar bağlıdır, yol tapım hardan?
Hasarın dalında könül verdiyim
O yar bir bağ salıb, suyu bulurdan,
Hayvası kəhrüba, narı yaqutdan,
Tağı firuzədən, divanı güldən.
Mavi eyvanında saz çalır Zöhrə,
Bürcündə yay çəkib dayanıb Keyvan,
Layiqi var girəm qəsrinə mən də
Qıllı papağımlan, sınıq sazımlan?
O, bu ehtişamla, bu təmtəraqla
Qapısın üzümə açmasa nə var,
Şahla rəiyyətin söhbəti tutmaz,
Mən bir obalıyam, odur Şəhriyar.
Gərək rüsxət alam Heydər babadan,
"Yox" cavabı bəlkə mənə verməsin,
Bir də Şəhriyardan fərmanım vardır,
"Şair bir-birini olur görməsin?"
Yox, mən də Səhənd'əm, başım ucadır,
İçimdə sönməyən eşq atəşi var.
Məndə səfası var güllü baharın,
Başımı tutsa da qara buludlar.
Davamı...
Yazının açar sözləri: səhənd şəhriyar heydərbaba vətən Baxış sayı: 92
Doğumu 14 Dekabr 1915 Tiflis
Vəfatı 19 İyun 1988 Bakı
Rəşid Behbudov,(1915-1989) Azərbaycanlı məşhur müğənni. 1915-ci il dekabrın 14-də Tiflisdə doğulub. Uşaq yaşlarından məktəb xorunda oxuyub. 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olub. Əsgəri xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edib və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb. 1930-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. İlk dəfə 1939-cu ildə həmin teatrın truppasında Moskvada Ermənistan İncəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə gedib. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib. SSRİ xalq artisti, Sosialist Əməyi qəhrəmanı, Dövlət mükafatı laureatı, Lenin ordeni sahibidir. 1989-cu il İyunun 9-da vəfat edib.
Rəşid SSRİ də mikrofonsuz oxumağa məşhur olmuşdu
Əsərləri
Ana
Azərbaycan
Küçələrə su səpmişəm
Bakı
Ayrılıq
Sənə də qalmaz
Yazının açar sözləri: Baxış sayı: 111
Həyat və Yaradıcılığı
Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 167
Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.
Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.
Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi....
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 141
Süleyman Rüstəm (1906-1989)
Süleyman Rüstəm azərbaycan sovet şe`rinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. onun yaradıcılığında yeni həyatın və inqilabın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur.
Həyatı: Süleyman Rüstəm 1906-cı ildə Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıdakı rus-tatar məktəbində almışdır. Süleyman Rüstəm təhsilini Nəriman Nərimanov adına sənaye məktəbində davam etmişdir. O 20-ci illərdə Bakı Dövlət Universitəsində və Moskova Dövlət Universitəsində də oxumuşdur.
Süleyman Rüstəm əmək fəaliyyətinə “Gənc işçi” qəzetində başlamşdır. 1926-cı ildə o, “Gənc qızıl qələmlər ittifaqı”nı yaratmışdır. Bir müddət “inqilab və mədəniyyət” jurnalında və “Ədəbiyat” qəzetində məs`ul vəzifələrdə çalışmışdır.
Süleyman Rüstəm Azərbaycanın Xalq şairi və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq olmüşdür. O 1989-cu ilndə Bakıda gözünü bu dünyaya yummuşdur. Onun məzarı indi bakıda fəxri xiyabanındadır.
Yaradıcılığı: Süleyman Rüstəm hələ sənaye məktəbində oxuyarkən “Molla Nəsrəddin” jurnalında kiçik yazılarını nəşr etdirmişdir. Şairin ilk şe`ri “Unudulmuş gənc”dir(1923-cü il). “Gənc qızıl qələmlər” kitabında (1926-cı il) Süleyman Rüstəmin bir sıra şe`rləri nəşr edilmişdir. 1926-cı ildə onun Almas İldırımla birgə “Dün – bugün” kitabı çap olunur.
1927-ci ildə şairin Süleyman Rüstəmin “Ələmdən nəş`əyə”(Qəmdən sevincə) adlı ilk kitabı nəşr olunur. Kitabdakı şe`rlərin çoxu publistik-lirik üslubdadır və mövzuca bir-birinə yaxındır. Süleyman Rüstəm “Mənim şe`rim” əsərində şair poeziyasını “mühitin meyvəsi” adlandıraraq gözyaşının, qəm və kədərin ondan uzaq olduğunu bildirir.
30-cu illərdə Süleyman Rüstəmin “Addımlar”, “Səs”, “Atəş”, “Şairin səsi”, “ulduzlar” və “Gecənin romantikası” kitabları nəşr olunur. Süleyman Rüstəm müharibə dövründə qalxı qələbəyə səsləyən bir sıra şe`rlər yazır. Şairin bu dövrdə yazdığı şe`rləri “Ana ürəyi”, “Ana və poçtalyon(postçu)”, “Gün o gün olsun ki” kitablarnda toplanmışdır. “And”, “Qafqaz ordusu”, “416”, “Qəfurun qəlbi”, “Əzizlərdən əzizlərə”, “Gün o gün olsun ki” şe`rləri müharibə mövzusundadır. Bu şe`rlərdə şair qələbəyə olan dərin inanımını anlatırdı:
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açlsın hava.Davamı...
Yazının açar sözləri: Baxış sayı: 170

Səhənd çаğdаş Günеy Аzərbаycаn pоеziyаsının inkişаfındа аpаrıcı mövqе' tutаn və bu sаhədə diqqətə lаyiq хidmətləri оlаn şаirdir.
Bulud Qаrаçоrlu Səhənd 1926-cı ildə Аzərbаycаn'ın qədim еlm və mədəniyyət mərkəzi оlаn Mаrаğа şəhərində аnаdаn оlmuşdur. Vаlidеynləri hаqdа Səhənd'in tə'birincə dеsək, аtаsı "əyri-üyrü bir хətlə öz аdını cızmаlаrdı, tаyfаdа аğ-qаrаdаn bаşı çıхаn təkcə аnаsı idi ki, о dа düz-qələt, fəqət Qur'аn охuyаrdı". Аzsаvаdlı zəhmətkеş аtа və аnаsının охşаmаlаrı, nаğıllаrı, söhbətləri, öyüdləri оnun qаnınа, yаddаşınа hоpur, еlini, ulusunu sеvən bir gənc kimi yеtişdirirdi.
İlk təhsilini Mаrаğа və Təbriz'də аlаn Bulud 17 yаşındа ikən Rаzi, аz müddət kеçdikdən sоnrа isə Səhənd təхəllüsü ilə şе'rlər yаzmаğа bаşlаyır.
Səhənd'in gənclik illəri İrаn'dа Аzərbаycаn хаlqının milli istiqlаliyyəti uğrundа аpаrdığı çətin mübаrizə dövrünə – 40-cı illərdən bаşlаyаn milli-аzаdlıq hərəkаtınа təsаdüf еdir. О, milli hərəkаtdа fəаl iştirаk еdir. 1945-ci ildə S. C. Pişəvəri'nin rəhbərliyi ilə Günеy Аzərbаycаn Milli Hökuməti'nin qurulmаsı, ölkədə аpаrılаn misli görünməyən mütərəqqi islаhаtlаr оndа böyük ruh yüksəkliyi yаrаdır. Səhənd həmin illərdə sеvinc və iftiхаrdаn dоğаn şе'rlər yаzırdı. Lаkin vətənin аzаdlığı uzun sürmədi....
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 111
Yazılar cəmi: 8