Arazoğlu webloguna xoş gəlmisiniz!!! آرازاوغلو وئبلوگونا خوش گلميسينيز
Azərbaycan mənim elim! Azərbaycan mənim dilim! Doğransada dilim dilim! Mənim dilim ölən dəyil! Başqa dilə çönən dəyil! !آذربايجان منيم ائليم! آذربايجان منيم ديليم! دوغرانسادا ديليم ديليم! منيم ديليم اؤلن دييل! باشقا ديله چؤنن دييل
-
baxış61
Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 2nci bölüm
Yazar: Baybək ArazOğlu Tarix: Sentyabr 11, 2008 21:36Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1inci bölüm
Qoşasəslili sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki səsli səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasəslili sözlər adlanır.
Bu tipli sözlərdə ki səsli qoşalığı ya iki eyni səslidən, ya da iki müxtəlif səslidən ibarət olur. Bu səbəbdən sözlərdəki səsli qoşalığının iki növü fərqləndirilir:
1. Eyni səsli qoşalığı
2. Müxtəlif səsli qoşalığı
Eyni səsli qoşalığı Sözün ortasında, bəzən da sonunda; müxtəlif səsli qoşalığı isə sözlərin həm əvvəlində, həm ortasında, həm də sonunda olur. Məsələn:saat, təəccüb, ailə, nüəzzin, səadət, poeziya, müdafiə, rübai, aeroport və s.
Dilimizdə eyni səsli qoşalığı ilə başlanan söz yoxdur.
Qoşasəslili sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur:
1. Eynicinsli qoşa səsliləri ifadə edən iki hərf bir uzun səsli kimi tələffüz olunur. Məsələn: saat - [sa:t], maaş - [ma:ş], camaat - [cama:t], təəssüf - [tə:ssüf], mətbəə - [mətbə:], bədii - [bədi:], təbii - [təbi:] və s.
Lakin eynicinsli qoşa o səslisi ilə yazılan sözlər vurğusuz halda həm də uzadılmış a kimi [a:] tələffüz olunur. Məsələn: zoologiya [za:logiyaJ, kooperasiya [ka:perasiya] və s.
2. Tərkibində ai, oi, io, (bəzən də io, ia, eə, aü, ea) hərf birləşmələri olan sözlər bu səslilər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə - [ayilə], daima - [dayima], zəif -[zəyif], Səidə - [Səyidə], təbiət - [təbiyət], müdafiə - [müdafiyə], radio - [radiyo], dialoq - [diyaloq], iaşə - [iyaşe], maneə - [maniyə], təqaüd - [təqayüd], stadion - [stadiyon] və s.
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci səsli deyilmir, ikincisi isə bir qədər uzun tələffüz edilir.
Məsələn: səadət - [sa:dət], fəaliyyət - [fa:liyət], müavin - [ma:vin], müalicə - [ma:licə], müəyyən – [mə:yyən], müəllim - [mə:llim] və s.
Qeyd 1: Əliağa, əmioğlu, əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasəslili mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn səslilərdən birincisi deyilmir, lakin ikincisi üzun tələffüz olunmur:
Əliağa - [Əlağa], əmioğlu - [Əmoğlu], əliaçıq - [əlaçıx], bacıoğlu - [bacoğlu], xalaoğlu - [xaloğlu] və s.
Qeyd 2: Şücaət, fauna, raund, xaos, qənaət, pauza, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət, memuar, qiraət, aktual və s. kimi qoşasəslili sözlərdə bu halların heç biri baş vermir.
DAVAMINA BAXIN!
Görüşlər(1)
Azərbaycan dili
-
baxış81
Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm
Yazar: Baybək ArazOğlu Tarix: Avqust 31, 2008 17:17ƏLİFBA
Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.
Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.
İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın əlifbalarıdır.
Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.
Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir:
Latin
Adı
Nümunə
Latin
Adı
Nümunə
Aa
a
Alçaq
Qq
qe
Qulaq
Bb
be
Bütöv
Ll
el
Laxlamaq
Cc
ce
Coşqun
Mm
em
Mağara
Çç
çe
Çiçək
Nn
en
Narın
Dd
de
Dayaq
Oo
o
Oba
Ee
e
Elçi
Öö
ö
Ölçü
Əə
ə
Əmək
Pp
pe
Paltar
Ff
fe
Fışıltı
Rr
er
Rəng
Gg
ge
Güzgü
Ss
se
Səs
Ğğ*
ğe
Dağ
Şş
şe
Şanlı
Hh
he
Haray
Tt
te
Tanıtmaq
Xx
xe
Xəzər
Uu
u
Uzun
Iı*
i
Yağı
ÜÜ
ü
Ünlü
İi
i
İncə
Vv
ve
Varlıq
Jj
je
Jalə
Yy
ye
Yaylaq
Kk
ke, ka
Kəskin
Zz
ze
Zingilti
*QEYD: Dilimizdə iki hərflə: Iı və Ğğ hərfləri ilə söz başlanmır.
FONETİKA
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə bölünür:
1. Səslilər(Ünlülər-Saitlər),
2. Səssizlər(Ünsüzlər-samitlər).Səslilər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. .
Səssizlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
DAVAMINA BAXIN!
Görüşlər(1)
Azərbaycan dili
-
baxış0
«خوجالی «شراهیل لاچین
Yazar: Baybək ArazOğlu Tarix: İyun 26, 2008 20:29بابک، نبي - ياغير اولدو ديليميز
قم، هسرتدن سيرالاندي ايليميز
هاردا، نه واخت بوکولمه دي بئليميز
وطن بؤلوک، او تاي، بو تاي، هئجالي
خوجالي
بير ميلت وار هله بيلمير آديني
باشا چکميش ياغيسيني، ياديني
کيشيسيننن غئيرتليدير قاديني
منصب اوچون گونده يوز يول آلچالير
خوجالي
بير ميلت وار بير آمالي يوخدو يوخ
بير اوممت وار تانريسيننان قورخدو يوخ
بير ميلت وار، اوياندي يوخ، قالخدي يوخ
قاري دوشمن يورد تالييير، باج آلير
خوجالي
هاني، بيز کي خان اربابي، اصيلديک
تاريخيني قانلا يازان نسيلديک
غئيرت آدلي ايمتاحاننان کسيلديک
آلنيميزدا قارا يازي - خوجالي،
خوجالي
وطن، وطن ياراشيرمي واي سنه
هسرت بيتمز هفته لر آي، آي سنه
اوغوللاردان يوخدو خئيير، هاي سنه
پول ييغماقدان يوخدو واختي، ماجالي
خوجالي
بيز اينسانيق، کؤرپه گؤزو اويماريق
قوجاسينا، قادينينا قييماريق
بو قيصاصي قييامته قويماريق
سن قوينوندا بسلميسن دججالي
خوجالي
ياغي همن، اويون همن، مئهر همن
بير ميلتي اويودان سيرر، سِحر همن
مغلوب خالقين سرکرده سي «قهرمان»
وطن داردا، هله بوتلر اوجالير
خوجالي
بو قانداللار سيخار بير گون قولونو
اوجا مؤولام سيلکله يهر قولونو
بير گون بو خالق تاپار حاقين يولونو
بير گون بو خالق ايمانيندان گوج آلير،
خوجالي
خوجالي
گؤروشلر(0)
Azərbaycan dilində şerlər, Azərbaycan dili, QaraBağ
-
baxış98
XOCALI "Şərahil LAÇIN"
Yazar: Baybək ArazOğlu Tarix: İyun 26, 2008 20:28Babək, Nəbi - yağır oldu dilimiz
Qəm, həsrətdən sıralandı ilimiz
Harda, nə vaxt bükülmədi belimiz
Vətən bölük, o tay, bu tay, hecalı
XocalıBir millət var hələ bilmir adını
Başa çəkmiş yağısını, yadını
Kişisinnən qeyrətlidir qadını
Mənsəb üçün gündə yüz yol alçalır
XocalıBir millət var bir amalı yoxdu yox
Bir ümmət var tanrısınnan qorxdu yox
Bir millət var, oyandı yox, qalxdı yox
Qarı düşmən yurd talıyır, bac alır
XocalıHanı, biz ki xan ərbabı, əsildik
Tarixini qanla yazan nəsildik
Qeyrət adlı imtahannan kəsildik
Alnımızda qara yazı - Xocalı,
XocalıVətən, vətən yaraşırmı vay sənə
Həsrət bitməz həftələr ay, ay sənə
Oğullardan yoxdu xeyir, hay sənə
Pul yığmaqdan yoxdu vaxtı, macalı
XocalıBiz insanıq, körpə gözü oymarıq
Qocasına, qadınına qıymarıq
Bu qisası qiyamətə qoymarıq
Sən qoynunda bəsləmisən dəccalı
XocalıYağı həmən, oyun həmən, mehr həmən
Bir milləti uyudan sirr, sehr həmən
Məğlub xalqın sərkərdəsi «qəhrəman»
Vətən darda, hələ bütlər ucalır
XocalıBu qandallar sıxar bir gün qolunu
Uca mövlam silkələyər qulunu
Bir gün bu xalq tapar haqqın yolunu
Bir gün bu xalq imanından güc alır,
Xocalı
Xocalı25 fevral 2008, Türkiyə
Görüşlər(1)
Azərbaycan dilində şerlər, Azərbaycan dili, QaraBağ
-
baxış116
Mehran Baharlı: "Quzeyin Azərbaycancası, Güneyin Türkcəsi"
Yazar: Baybək ArazOğlu Tarix: İyun 26, 2008 10:18Geçənlərdə Azərbaycan Buduncu (Cumhuriyəti) televiziyonlarında 2008 ilinin başından olmaq üzərə, Türkiyə Türkcəsi ilə yayınlanan izlənclərə (pıroqramlara) yasaq gətirildiyi salığını (xəbərini) duyduq. Yasağın gərəkçəsi, bu “yabancı” dilin “Azərbaycanca”ya “itəm” (zərər) verdiyidir. Bu salıq Paniranist güclər tərəfindən böyük bir sevinc, İran ve Güney Azərbaycan Türklüyü tərəfindənsə böyük bir üzüntü ilə qarşılandı. Azərbaycan Buduncunda Türkiyə Türkcəsinə gəririlən yasaq, bizim dilimizə gətirilən yasaqdır. Bu olay belə görülməli, belə alqılanmalı ve bu üzdən də qınanmalıdır. Dilimizin adını (Türkcə) bilə bilməyən və onu qondarma “Azərbaycanca” diyə adlandıran Quzey Azərbaycanlı yetgililər, nəyin ona itəm verdiyini, nəyin ona yarar gətirdiyini necə anlayabilərlər?
Güney’in yazılı-görkül (ədəbi) dili, “Türkcə”dir, “Azərbaycanca” deyildir
Güney Azərbaycan târixi bir yol ayrıcındadır. Günümüzdə Güney Azərbaycan və İran Türklüyünün oluşdurmaq və biçimləndirməkdə olduğu görkül dil, təməl aldığı Güney Azərbaycan və İran’ın başabaşına sərpilmiş Türk budununun (xalqının) dili ilə, Azərbaycan və Türkiyə Buduncları görkül dillərinin birləşməsindən ortaya çıxmaqda və daha doğrusu bu üçünün özgün və yeni biləşgəsidir. Bu üzdən onu “Yenicil (modern) Batı Oğuzcası” adlandıranlar da olmuşdur. Bu dil, özünə Azərbaycan Buduncu görkül dilini ülgü almamaqdadır. Güney’in görkül dili, hər iki qonşu ölkənin görkül dillərinə eşit aralıqda (məsafədə) durur və onların idi (heç) birisini tək başına öz görkül dili olaraq tablamır (qəbul etmir).
Ancaq Güney Azərbaycan və İran Türklüyü, Türkcənin sözdağarcığına yiyələnmə, öz Türk soykökünə qayıdış və dilimizi çağdaşlaşdırma (muâsirləşdirmə) və yenicilləşdirmə (modernləşdirmə) alanlarında (sâhələrində), bunların idi (heç) birinə yiyə (sahib) olmayan Azərbaycan Buduncu deyil, Türkiyə Cumhuriyətinin varsıl (zəngin) denəyimlərindən (təcrübələrindən) yararlanmaqda, orada əldə edilən qazanımları mənimsəməkdə, onları öz denəyimləri və öz qazanımları olaraq görməkdədir. Türkiyənin görkül və yazılı dili (Türkçe vəya Yeni Türkçe) və bu ölkədə törədilən yeni degilər (neolojismlər) Güney’ə yeni kəlimələr sunabiləcək çox önəmli bir qaynaqdır. Bu qaynaq özəlliklə yenicil bügüş (fəlsəfə), bilim, quraşdırım (teķnoloji), çınbilimi (huquq), ərklət (dövlət), soyut qavramlar və uzluq (sənət) kimi alanlarda olağanüstü dəyərlidir. Ayrıca budunumuzun Əraqda Türkman adı ilə yaşayan ucqarobası (diyasporası) ilə Türkiyə sınırları içində yaşayan və sayıları milyonları aşan Azərbaycan Türkünün özlərinin yazılı-görkül dilləri olaraq Türkiyə tuğralı (rəsmi) dilini seçdikləri unutulmamalıdır. Güneydə - Azərbaycan Buduncunun tərsinə - xalqımızın özü və dilini Türkiyədə olduğu kimi və doğru olaraq ürkən (həmişə) “Türk” və “Türkcə” adlandırması da Güney’in kimi örnək aldığını açıqca ortaya qoyur. Son olaraq, İran və Güney Azərbaycanda Türk xalqının içində olduğu bugünkü ulusal (milli) oyanış və dirçəlmədə Türkiyə televiziyonlarının tək başına, hətta Quzey Azərbaycan’ın bağılsızlaşmasından (istiqlalından) daha çox etgi və oynamı (rolu) olduğu da bilinən bir gerçəkdir.
Görüşlər(1)
Azərbaycan kültürü, Azərbaycan dili, Azərbaycan Ədəbiyyatı

