قاراباغين گؤيلرينده
قاخيب-ائنير بمدن-زيله،
زيلدن-بمه
آنالارين فرياد سسي.
قاراباغين شيکسته سي.
من هارايا گلميشم...
گئجه-گوندوز
اللرينده لوپا چيراق،
داغ باشيندا " اوغول " دئييب
هاي ووراراق
يول گؤزله ين آنالارين
صبري سونا يئتير، تانريم!
من ايمدادا گلميشم...
اسير دوشن اوغوللارين؛
گلينلرين، قيزلارين
هاچان گئري دؤنه جگي بيلينمه يير.
ياغيلارين قاپيسيندا دوشوب قالان آنالارين
" وئر بالامين مئييديني "
يالواريشي، هايقيرتيسي کسيلمه يير.
من فريادا گلميشم...
قاراباغدان قاراباغا سرحدلر وار، کئچيلمز،
وطنيمدن وطنيمه مفتيللر وار؛ آشيلماز،
تورپاغيمدان تورپاغيما ديرکلر وار؛ اوچولماز...
سرحدلري آشيب کئچيب،
دوشمنيمي باسيب کئچيب،
من ساواشا گلميشم...
خان قيزييام؛ دؤزمور اورک؛
دؤزمور داها
بو زولومه؛ بو آهلارا.
وطنيمين بير پارچاسي آديندان،
تورپاغيمين بير تيکه سي آديندان؛
اسير قاراباغين قارا باغريندان؛
اوزئييرين، بولبولون، خانين آديندان
باغريم باشي يانا-يانا
من عوصيانا گلميشم...
Davamı...
Yazının açar sözləri: قاراباغ شعر فریاد ناتوان Baxış sayı: 18
Qarabağın göylərində
Qaxıb-enir bəmdən-zilə,
zildən-bəmə
Anaların fəryad səsi.
Qarabağın şikəstəsi.
Mən haraya gəlmişəm... Gecə-gündüz
əllərində lopa çıraq,
dağ başında “oğul” deyib
hay vuraraq
yol gözləyən anaların
səbri sona yetir, tanrım!
Mən imdada gəlmişəm...
Əsir düşən oğulların;
Gəlinlərin, qızların
Haçan geri dönəcəyi bilinməyir.
Yağıların qapısında düşüb qalan anaların
“Ver balamın meyidini”
yalvarışı, hayqırtısı kəsilməyir.
Mən fəryada gəlmişəm...
Qarabağdan Qarabağa sərhədlər var, keçilməz,
Vətənimdən Vətənimə məftillər var; aşılmaz,
Torpağımdan torpağıma dirəklər var; uçulmaz...
Sərhədləri aşıb keçib,
düşmənimi basıb keçib,
Mən savaşa gəlmişəm...
Xan qızıyam; dözmür ürək;
Dözmür daha
Bu zülümə; bu ahlara.
Vətənimin bir parçası adından,
Torpağımın bir tikəsi adından;
Əsir Qarabağın qara bağrından;
Üzeyirin, Bülbülün, Xanın adından
bağrım başı yana-yana
Mən üsyana gəlmişəm...
Davamı...
Yazının açar sözləri: natəvan qarabağ fəryad Baxış sayı: 30
Geçənlərdə Azərbaycan Buduncu (Cumhuriyəti) televiziyonlarında 2008 ilinin başından olmaq üzərə, Türkiyə Türkcəsi ilə yayınlanan izlənclərə (pıroqramlara) yasaq gətirildiyi salığını (xəbərini) duyduq. Yasağın gərəkçəsi, bu “yabancı” dilin “Azərbaycanca”ya “itəm” (zərər) verdiyidir. Bu salıq Paniranist güclər tərəfindən böyük bir sevinc, İran ve Güney Azərbaycan Türklüyü tərəfindənsə böyük bir üzüntü ilə qarşılandı. Azərbaycan Buduncunda Türkiyə Türkcəsinə gəririlən yasaq, bizim dilimizə gətirilən yasaqdır. Bu olay belə görülməli, belə alqılanmalı ve bu üzdən də qınanmalıdır. Dilimizin adını (Türkcə) bilə bilməyən və onu qondarma “Azərbaycanca” diyə adlandıran Quzey Azərbaycanlı yetgililər, nəyin ona itəm verdiyini, nəyin ona yarar gətirdiyini necə anlayabilərlər?
Güney’in yazılı-görkül (ədəbi) dili, “Türkcə”dir, “Azərbaycanca” deyildir
Güney Azərbaycan târixi bir yol ayrıcındadır. Günümüzdə Güney Azərbaycan və İran Türklüyünün oluşdurmaq və biçimləndirməkdə olduğu görkül dil, təməl aldığı Güney Azərbaycan və İran’ın başabaşına sərpilmiş Türk budununun (xalqının) dili ilə, Azərbaycan və Türkiyə Buduncları görkül dillərinin birləşməsindən ortaya çıxmaqda və daha doğrusu bu üçünün özgün və yeni biləşgəsidir. Bu üzdən onu “Yenicil (modern) Batı Oğuzcası” adlandıranlar da olmuşdur. Bu dil, özünə Azərbaycan Buduncu görkül dilini ülgü almamaqdadır. Güney’in görkül dili, hər iki qonşu ölkənin görkül dillərinə eşit aralıqda (məsafədə) durur və onların idi (heç) birisini tək başına öz görkül dili olaraq tablamır (qəbul etmir).
Ancaq Güney Azərbaycan və İran Türklüyü, Türkcənin sözdağarcığına yiyələnmə, öz Türk soykökünə qayıdış və dilimizi çağdaşlaşdırma (muâsirləşdirmə) və yenicilləşdirmə (modernləşdirmə) alanlarında (sâhələrində), bunların idi (heç) birinə yiyə (sahib) olmayan Azərbaycan Buduncu deyil, Türkiyə Cumhuriyətinin varsıl (zəngin) denəyimlərindən (təcrübələrindən) yararlanmaqda, orada əldə edilən qazanımları mənimsəməkdə, onları öz denəyimləri və öz qazanımları olaraq görməkdədir. Türkiyənin görkül və yazılı dili (Türkçe vəya Yeni Türkçe) və bu ölkədə törədilən yeni degilər (neolojismlər) Güney’ə yeni kəlimələr sunabiləcək çox önəmli bir qaynaqdır. Bu qaynaq özəlliklə yenicil bügüş (fəlsəfə), bilim, quraşdırım (teķnoloji), çınbilimi (huquq), ərklət (dövlət), soyut qavramlar və uzluq (sənət) kimi alanlarda olağanüstü dəyərlidir. Ayrıca budunumuzun Əraqda Türkman adı ilə yaşayan ucqarobası (diyasporası) ilə Türkiyə sınırları içində yaşayan və sayıları milyonları aşan Azərbaycan Türkünün özlərinin yazılı-görkül dilləri olaraq Türkiyə tuğralı (rəsmi) dilini seçdikləri unutulmamalıdır. Güneydə - Azərbaycan Buduncunun tərsinə - xalqımızın özü və dilini Türkiyədə olduğu kimi və doğru olaraq ürkən (həmişə) “Türk” və “Türkcə” adlandırması da Güney’in kimi örnək aldığını açıqca ortaya qoyur. Son olaraq, İran və Güney Azərbaycanda Türk xalqının içində olduğu bugünkü ulusal (milli) oyanış və dirçəlmədə Türkiyə televiziyonlarının tək başına, hətta Quzey Azərbaycan’ın bağılsızlaşmasından (istiqlalından) daha çox etgi və oynamı (rolu) olduğu da bilinən bir gerçəkdir.Davamı...
Yazının açar sözləri: quzey azərbaycanca güney türkcə Baxış sayı: 62
İbrətlə bax, ey könlüm, bu aləmə gəl bir an,
Eyvani-Mədaini ayineyi-ibrət san.
Dəcləylə güzər eylə bir dəfə Mədainə,
Bir Dəclə sən gözdən torpağına tök nalan.
Bax, Dəclə tökər gözdən yüz Dəclə qədər qan, yaş.
Göz yaşı deyil, atəş süzməkdə yanağından.
Bax, Dəclə köpüklənmiş, hər dalğa dodağında
Bir eylə uçuqdur ki, doğmuş könül ahından.
Gör, Dəclənin həsrətdən bağrı necə yanmışdır.
Söylə, eşidibsənmi, su odda ola büryan?!
Dəryaya verir Dəclə illərlə tükənməz qan,
Sən Dəcləyə bir pay ver, gözdən tökərək al qan.
Qopsa dodağından ah, qəlbindən alov hərgah,
Tən yarı donar Dəclə, tən yarı saçar vulkan.
Zəncirə düşən Dəclə zəncir kimi qıvrılmış.
Eyvani-Mədaini görcək yer ilə yeksan.
Davamı...
Yazının açar sözləri: mədain xaraba xaqani şirvani Baxış sayı: 32
ايدراکدا يول آچميش گئجه دن گوندوزه آللاه،
گولدورمه سه ن اؤز کؤنلونو، گولمز اوزه آللاه.
دونيايا شفقلر کيمي تانريم سپلنميش،
قلبين گؤزو يانماسا، گؤرونمز گؤزه آللاه.
آللاه! بيليريک جيسم دئييل، بس ندير آللاه؟
ان يوکسک اولان هاقدا، حاقيقتدير آللاه.
دوندونسا تکامول و گؤزلليک قاباغيندا،
درک ائت بو، تعجوبده، بو حئيرتده دير آللاه.
بيلديک، بيليريک، گيزليدير اينساداکي قودرت،
هر کس اونو فهم ائتمه سه ، عاجيزدير او، البت.
اينسانين ازل بورجودور اينسانليغا حؤرمت،
اينسانليغا حؤرمتده، لياقتده دير آللاه.
گئرچک ده بودور: گيزليدير هر ذرهده وحدت.
بير ذره ايکن کولله قوووشماق اولو نيت.
گؤردوکلريميز ظاهيردير، بطنه نوفوز ائت!
بطنده کي ، جؤوهرده کي فيطرتده دير آللاه.
فيطرت ده ياتير سؤزده، سؤزون اؤز يوکو فيکريم.
سئچميش، سئچه جک دايما توکدن توکو فيکريم.
من بير آغاجام، يارپاغي سؤزلر، کؤکو فيکريم،
سؤزلرده دئييل، سؤزده کي حيکمتده دير آللاه.
اينسان! تپه دن ديرناغا سن آرزو، ديلکسن،
نفسينده دويومسوز، فقط عشقينده ملکسن.
ظولمون اوزونه حاق دئييلن شيلله ني چکسن،
شيللنده مؤهورلنميش او غئيرتده دير آللاه.
جاهيل ائنر آلچاقليغا، اؤز قلبينه يئنمز،
ويجداندان اگر دؤنسه ده، خئيريندن او دؤنمز.
ظولمتده، جهالتده، عداوتده او گؤرونمز،
ايلقاردا، صداقتده، محبتده دير آللاه.
Yazının açar sözləri: آللاه بختیار واهابزاده شعر Baxış sayı: 13
İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.
Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.
Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.
Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.
İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.
Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.
Yazının açar sözləri: allah bəxtiyar vahabzadə şe`r Baxış sayı: 114
دورنالار، سيز دئيين، قان قارداشلاريم
گليب درد اليندن زارا، دئييل مي؟
اودلار تورپاغي نين اورک پارچاسي
آرازين او تايي، اورا دئييل مي؟!
اينسانلار گؤز آچمير اليندن ياسين،
گوللري قارادير باهارين، يازين.
قوجا ار ائوينده ساتيلان قيزين
اؤرتويو گو