Reklam verin!

بو گون آذربايجاندا سئوگيليلر گونودور!

آرتيق 5 ايلدير کي، 30 اييون آذربايجاندا سئوگيليلر گونو کيمي قئيد اولونور. 

  1990-جي ايلده قانلي يانوار حاديثه لرينده هلاک اولموش ايلهام و اونون اؤلومونه دؤزميه رک، اؤزونو اؤلدورن فريضه نين توي گونو سئونلرين گونو کيمي ياد ائديلير. بو تاريخ شرق دونياسيندا لئيلي و مجنوندان سونرا يئني بير محبت حئکايه سي نين اساسيني قويدو. 30 اييون آذربايجان خالقي نين تاريخينه و ادبياتينا ايلهام و فريضه داستاني گتيريب. بوتون سئونلري تبريک ائديريک. 

Yazının açar sözləri: گون سئوگيلي قاراباغ سئوگی شهید  Baxış sayı: 21

Bu gün Azərbaycanda sevgililər günüdür!

Artıq 5 ildir ki, 30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur.
1990-cı ildə qanlı yanvar hadisələrində həlak olmuş İlham və onun ölümünə dözməyərək, özünü öldürən Fərizənin toy günü sevənlərin günü kimi yad edilir. Bu tarix şərq dünyasında Leyli və Məcnundan sonra yeni bir məhəbbət hekayəsinin əsasını qoydu. 30 iyun Azərbaycan xalqının tarixinə və ədəbiyyatına İlham və Fərizə dastanı gətirib. Bütün sevənləri təbrik edirik.

Yazının açar sözləri: sevgili qarabağ şəhid sevgi gün  Baxış sayı: 18

Mehran Baharlı: "Quzeyin Azərbaycancası, Güneyin Türkcəsi"

Geçənlərdə Azərbaycan Buduncu (Cumhuriyəti) televiziyonlarında 2008 ilinin başından olmaq üzərə, Türkiyə Türkcəsi ilə yayınlanan izlənclərə (pıroqramlara) yasaq gətirildiyi salığını (xəbərini) duyduq. Yasağın gərəkçəsi, bu “yabancı” dilin “Azərbaycanca”ya “itəm” (zərər) verdiyidir. Bu salıq Paniranist güclər tərəfindən böyük bir sevinc, İran ve Güney Azərbaycan Türklüyü tərəfindənsə böyük bir üzüntü ilə qarşılandı. Azərbaycan Buduncunda Türkiyə Türkcəsinə gəririlən yasaq, bizim dilimizə gətirilən yasaqdır. Bu olay belə görülməli, belə alqılanmalı ve bu üzdən də qınanmalıdır. Dilimizin adını (Türkcə) bilə bilməyən və onu qondarma “Azərbaycanca” diyə adlandıran Quzey Azərbaycan yetgililər, nəyin ona itəm verdiyini, nəyin ona yarar gətirdiyini necə anlayabilərlər?

 

Güney’in yazılı-görkül (ədəbi) dili, “Türkcə”dir, “Azərbaycanca” deyildir

 

Güney Azərbaycan târixi bir yol ayrıcındadır. Günümüzdə Güney Azərbaycan və İran Türklüyünün oluşdurmaq və biçimləndirməkdə olduğu görkül dil, təməl aldığı Güney Azərbaycan və İran’ın başabaşına sərpilmiş Türk budununun (xalqının) dili ilə, Azərbaycan və Türkiyə Buduncları görkül dillərinin birləşməsindən ortaya çıxmaqda və daha doğrusu bu üçünün özgün və yeni biləşgəsidir. Bu üzdən onu “Yenicil (modern) Batı Oğuzcası” adlandıranlar da olmuşdur. Bu dil, özünə Azərbaycan Buduncu görkül dilini ülgü almamaqdadır. Güney’in görkül dili, hər iki qonşu ölkənin görkül dillərinə eşit aralıqda (məsafədə) durur və onların idi (heç) birisini tək başına öz görkül dili olaraq tablamır (qəbul etmir).

 

Ancaq Güney Azərbaycan və İran Türklüyü, Türkcənin sözdağarcığına yiyələnmə, öz Türk soykökünə qayıdış və dilimizi çağdaşlaşdırma (muâsirləşdirmə) və yenicilləşdirmə (modernləşdirmə) alanlarında (sâhələrində), bunların idi (heç) birinə yiyə (sahib) olmayan Azərbaycan Buduncu deyil, Türkiyə Cumhuriyətinin varsıl (zəngin) denəyimlərindən (təcrübələrindən) yararlanmaqda, orada əldə edilən qazanımları mənimsəməkdə, onları öz denəyimləri və öz qazanımları olaraq görməkdədir. Türkiyənin görkül və yazılı dili (Türkçe vəya Yeni Türkçe) və bu ölkədə törədilən yeni degilər (neolojismlər) Güney’ə yeni kəlimələr sunabiləcək çox önəmli bir qaynaqdır. Bu qaynaq özəlliklə yenicil bügüş (fəlsəfə), bilim, quraşdırım (teķnoloji), çınbilimi (huquq), ərklət (dövlət), soyut qavramlar və uzluq (sənət) kimi alanlarda olağanüstü dəyərlidir. Ayrıca budunumuzun Əraqda Türkman adı ilə yaşayan ucqarobası (diyasporası) ilə Türkiyə sınırları içində yaşayan və sayıları milyonları aşan Azərbaycan Türkünün özlərinin yazılı-görkül dilləri olaraq Türkiyə tuğralı (rəsmi) dilini seçdikləri unutulmamalıdır. Güneydə - Azərbaycan Buduncunun tərsinə - xalqımızın özü və dilini Türkiyədə olduğu kimi və doğru olaraq ürkən (həmişə) “Türk” və “Türkcə” adlandırması da Güney’in kimi örnək aldığını açıqca ortaya qoyur. Son olaraq, İran və Güney Azərbaycanda Türk xalqının içində olduğu bugünkü ulusal (milli) oyanış və dirçəlmədə Türkiyə televiziyonlarının tək başına, hətta Quzey Azərbaycan’ın bağılsızlaşmasından (istiqlalından) daha çox etgi və oynamı (rolu) olduğu da bilinən bir gerçəkdir.Davamı...

Yazının açar sözləri: quzey azərbaycanca güney türkcə  Baxış sayı: 62

Azərbaycanın Zərbli Çalğı Alətləri


Qoltuq nağara


Cürə nağara


Böyük nağara (Kos)

Davamı...

Yazının açar sözləri: azərbaycan zərbli çalğı alətlər  Baxış sayı: 78

Azərbaycanın Simli Çalğı Alətləri


Qopuz


Saz


Tar


Kamança

Davamı...

Yazının açar sözləri: azərbaycan simli çalğı alətlər  Baxış sayı: 83

تورکلرين باشي-اوجا ياشاماق اوچون يوللاري

   تورک ميلتي نين باشي-اوجا ياشاماغيني ايستميين و بو ميلتين ايستيعماريني دوشونه فارس شووينيستلري(فارس ميلتيني باشقا ميلتلردن اوستسن بيلنلر) وا سانتراليستلر(سيياسي و ايقتيصادي گوجو تئهراندا و فارس-مرکزي يئرلرده مهدودلاشديرماق ايسته ينلر) يوز ايله ياخيندير کي ايراندا بيز تورکلرين کيمليک و وارليغيني آرادان آپارماق ايسته ييرلر. بو يولدا اؤزلليکله بيزيم ديل، مدنيت و تاريخيميزي حدف توتوبلار. اونلار کولتورسل ايستيعمار ايله بيزيم ميلتين سياسي و ايقتيصادي ايستيعماري نين يولونو آچماق ايسته ييرلر. ديلي اليندن آلينميش و تهقير اولونان بير ميلت، دوشونوب-ياراتماق و اينکيشاف وسيلسيندن محروم قالاراق اؤزونه گوونبيلمز. بو ميلت ايستيعمار اولماغا آماده دير. اونون اوچون شووينيسمين کولتورسل، سياسي و ايقتيصادي ايستيعمارينا قارشي موباريزه آپارماق ايسه کولتورسل(فرهنگي) موباريزه دن باشلانير. بيزيم ايلکين موباريزه يولوموز اؤز حاقيقي کيمليگيميزه قاييديب اؤز وارليغيميزي منيمسمکدير. بيزيم ميلت ايستيثماردان قورتولماق اوچون اؤزگه لردن آسلانمادان اؤز آياغي اوستونده دورماغي باشارماليدير. بو موباريزه هم چتيندير، هم راحات! بير ميلتين ميللي شوورو آرتسا، او ميلتي ايستيثمار ائتمک راحات دئييل. آز حزينه لر ايله ميلتيميزين ميللي شوورونو يوکسلدبيلريک. موباريزه نين تکجه يولو اصلحه اله آلماق يا اصلحه قارشيسيندا دورماق دئييل. وورغولانماغي فايدالي اولان تانيديغميز ساده يوللار دا وار: 

  1.          اوشاقلاریميزي تورکچه دانيشديراق. اونلارا تورکچه نين نه قدر زنگين، کؤکلو و گوجلو بير ديل اولدوغونو آنلاتماليييق. 

  2.          تورکچه اوخويوب يازماغي اؤيرنک. تورکچه ديلي نين گله جک نئچه ايلده گونئي آذربايجاندا(يران سرحدلري ايچينده يئرلشن آذربايجان تورپاقلاري) رسمي ديل کيمي تانيناراق مکتبلره گيرمه شانسي وار. اوگون ساوادسيز ساييلماماغيميز اوچون بوگوندن تورکچه ديلينده تحصيل آلماغا باشلاماليييق. اوشاقلاريميزا دا تورکچه اوخويوب يازماغي اؤيره دهک. بير درين باخيشدا اؤيرنريک کي اوشاقلاريميز اوچون آنا ديلده ساواد آلماق، اينگيليزجه دن داها اؤنمليدير. 

  3.          اوشاقلاريميزا، ايش-يئريلريميزه تورکچه آد سئچک. 

  4.          ايران و دونيا تورکلري نين و آذربايجانين دوزگون جوغرافييا و تاريخيني اؤيرنک 

  5.          تئهراندا و باشقا ايکي-ديللي شهرلرده، تانيماديغيميز موخاتيبلريميز ايله دانيشيقلاريميزي تورکچه ايله باشلاياق. تورک اولماديغيني اؤيرنديکدن سونرا دانيشيقلاريميزي فارسجايا چئويربيلريک. 

  6.          تانيشلاريميزين گؤروشونه گئدرکن، بير آذربايجان موسيقيسي کاسئت يا جد، تورکچه بير فيلم، تورکچه بير کيتاب يا کيمليک، ديل، تاريخ و يا مدنيتيميزي تانيتديران بير يازي تؤهفه آپاراق.   

Davamı...

Yazının açar sözləri: تورک کولتور باش اوجا مبارزه  Baxış sayı: 9

Türklərin Başı-uca yaşamaq üçün yolları

 Türk millətinin başı-uca yaşamağını istəmiyən və bu millətin isti`marını düşünə Fars şovinistləri(Fars millətini başqa millətlərdən üstsn bilənlər) va santralistlər(siyasi və iqtisadi gücü Tehranda və Fars-mərkəzi yerlərdə məhdudlaşdırmaq istəyənlər) yüz ilə yaxındır ki İranda biz Türklərin kimlik və varlığını aradan aparmaq istəyirlər. Bu yolda özəlliklə bizim Dil, Mədəniyyət və Tariximizi hədəf tutublar. Onlar kültürsəl isti`mar ilə bizim millətin siyasi və iqtisadi isti`marının yolunu açmaq istəyirlər. Dili əlindən alınmış və təhqir olunan bir millət, düşünüb-yaratmaq və inkişaf vəsiləsindən məhrum qalaraq özünə güvənəbilməz. Bu millət isti`mar olmağa amadədir. Onun üçün şovinismin Kültürsəl, Siyasi və İqtisadi isti`marına qarşı mübarizə aparmaq isə Kültürsəl(Fərhəngi) mübarizədən başlanır. Bizim ilkin mübarizə yolumuz öz həqiqi kimliyimizə qayıdıb öz varlığımızı mənimsəməkdir. Bizim millət istismardan qurtulmaq üçün özgələrdən aslanmadan öz ayağı üstündə durmağı başarmalıdır. Bu mübarizə həm çətindir, həm rahat! Bir millətin milli şüuru artsa, o milləti istismar etmək rahat deyil. Az həzinələr ilə millətimizin milli şüurunu yüksəldəbilərik. Mübarizənin təkcə yolu əsləhə ələ almaq ya əsləhə qarşısında durmaq deyil. Vurğulanmağı faydalı olan tanıdığmız sadə yollar da var:

1.      Uşaqlarmızı Türkçə danışdıraq. Onlara Türkçənin nə qədər zəngin, köklü və güclü bir dil olduğunu anlatmalıyıq.

2.      Türkçə oxuyub yazmağı öyrənək. Türkçə dilinin gələcək neçə ildə Güney Azərbaycanda(İran sərhədləri içində yerləşən Azərbaycan torpaqları) rəsmi dil kimi tanınaraq məktəblərə girmə şansı var. Ogün savadsız sayılmamağımız üçün bugündən Türkçə dilində təhsil almağa başlamalıyıq. Uşaqlarımıza da Türkçə oxuyub yazmağı öyrədək. Bir dərin baxışda öyrənərik ki uşaqlarımız üçün Ana dildə savad almaq, ingilizcədən daha önəmlidir.

3. Düzgün Türkçə yazmaq başarmasaq da, ancaq təbrik və toy kartlarımızı, aramızda yazılan Qısa Mesajlar və E-Meylləri yalqız Türkçə yazaq.

4.      Öz kimliyimizi tanıtdıranda diyək: “Mən Türkəm. Dilim Türkçədir.” Demiyək: “Azəriyəm. Dilim Azəridir.” Öz doğum yer və coğrafiyayi kökümüzü anlatanda diyək: “Azərbaycanlıyam.”

5.      Uşaqlarımıza, iş-yerilərimizə Türkçə ad seçək.

6.  İran və Dünya Türklərinin və Azərbaycanın düzgün coğrafiya və tarixini öyrənək.

Davamı...

Yazının açar sözləri: türk baş uca kültür mübarizə  Baxış sayı: 45

"A" hərfindən Ata-Baba sözləri

Abırlı abrından qorxar, abırsız nədən qorxar?

Abırsızdan abrını saxla.

Ac ayı oynamaz.

Ac aman bilməz.

Ac qalmaq borclu olmaqdan yaxşıdır.

Ac qurd balasını yeyər.

Ac deyər: - Doymaram! Tox deyər: - Acmaram!

Ac toyuq yuxusunda darı görər.

Açaram sandığı, tökərəm pambığı.

Ad adamı bəzəməz, adam adı bəzəyər.

Adı var, özü yox.

Adı qulağına bitişib.

Adı dillər əzbəridir.

Adı it dəftərində də yoxdur.

Adın tut, qulağın bur.

Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.

Adam başından böyük danışmaz.

Davamı...

Yazının açar sözləri: ata baba söz  Baxış sayı: 57

Novruz bayramı Təbrik mesajları

Arzum budur novruz qüssə-qəmin yox olsun, ürəklərdən getsin buz, sevgi payın çox olsun! Novruz Bayramınız Mübarək olsun!

Əzizinəm yaz gəlsin, yaz gəlsin bahar gəlsin, bu novruz bayramında qəm getsin, sevinc gəlsin! Novruz bayramınız mübarək olsun!

Sevgi dolu nur dolu novruz qarşılayaq, qoy bu bahar yaz boyu gün saçsın parlaq-parlaq! Novruz bayramınız mübarək olsun!

Gəldi bahar bayramı, ilin gözəl bayramı, qədəmlərin xoş olsun Novruza deyir hamı. Novruz Bayramınız Mübarək olsun!

Yetişdi bahar yenə. Bahardır yenə, getsin ayazlı günlər, gəlsin novruzum yenə! Novruz bayramınız mübarək olsun!

Bu bahar bayram gələr, toy gələr, nişan gələr, Novruzun görüşünə el gələr oba gələr. Novruz bayramınız mübarək olsun!

Gəlir bahar avazı, yaz ətri, yaz avazı, bu Novruz qovuşanlar duymasın qəm avazı. Novruz bayramınız mübarək olsun!

Gəl-gəl a yaz günləri. Bahar bayram günləri. Bu Novruz bayramında ilin xoş günləri. Novruz bayramınız mübarək olsun!

Qoy bu təravətli Novruz bayrami süfrənizi ruzu, qəlbinizi ise xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!

Yurdumuza ayaq basmış, Bahar bayramınızı təbrik edirəm. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Novruz bayramınız mübarək olsun!

Əzizim. Bir bayram var. Novruz! Sihirli bayramdır. Bayramda, küsənlər barışır, sevənlər qovuşur. İnanmırsan? Bu gün görərsən. Novruz bayramınız mübarək olsun!

Bayramınız mübarək, ürəyiniz ümidli, ümidleriniz atlı, sevdaniz qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız mübarək olsun!

Yazının açar sözləri: novruz sms mesaj təbrik  Baxış sayı: 127

"Novruz bayramı Türklərin Milli mirası" Yazar: Baybak Arazoğlu

Hər ulusun özünə özgün kültür və təməddünü vardır ki bu kültür o ulusun əsas özəlliyi sayılır. Biz azərbaycanlıların da böyük bir kültürü var ki gərəkdir onun dəyərini bilək. Bizim dil, tarix, kültür, və adət ənənələrimiz də bizim ən təməlli varlıqlarımızdan sayılır ki gərəkdir bu varlıqları, ki bizim yaşamımız bunlara bağlıdır, qoruyaq və onların dəyərini bilək. Bizim yurdumuzun iftixarlı tarixi ən əski çağlardan bizim ata-analarımızın çalşığının sonucudur və bizim kültür bəşəriyyətin ən dolğun kültürlərindəndir. Bunlar bunun göstərgəsidir ki bizim ata-babalarımız şərəfli və baş-uca,  tarixin irəliləyişi yolunda addımlayıblar.

Novruz bayramı Azərbaycan kültürü və təməddününün qalarqı yadigarlarından sayılır ki bu ulu kültür və ənənələr zaman-keçimilə başqa ulusların arasında da yayılıbdır və azərbaycan sərhədlərindən aşıbdır. Ama önəmli olan Novruz bayramının Azərbaycandan qalxdığıdır.

Novruz yazın ilk günüdür. Bu bayram 3000 ildir ki Azərbaycanda qutlanır və soyuq mövsümü qışın bittimi və güllərin çiçəklənməsinin başlanışı və təbi`ətinin yenidən canlanmasıla bizim ata-babalarımız şənlik edib və bugünü yeni həyat, şənlik, və yaxşı yaşamın başlanğıçı kimi bilirdilər. Novruz bayramı zərduştandan öncədə Azərbaycanda milli şənlik kimimiş. Farsca və başqa qaynaqlarda belə rəvayət olunur ki farsların padişahı Cəmşid, Azərbaycan da novruz bayramıla tanış olup, ondan sonra farsların arasında bu şənlik bayram kimi qiymətlənir.

Elə ki bilirik Azərbaycan İranın başqa yerlərinə görə daha fərqli bir iqlimə malikdir ki onun özəlliklərindən biri uzun və soyuq bir qışdır, ki iranın başqa yerlərində beləmcil iqlim yoxdur. Bununla bağlı Azərbaycan xalqı qış və soyuğun bitimi və yaz və təbi`ətin oyanmasıla şənlik edirdilər ki getdikcə xalq arasında gənəl bir kültür və ulusal şənliyə dəyişildi və bizim kültürümüzün dəyərli bir parçası kimi bizə qalıbdır. İndisə bu kültür Azərbaycan sərhədlərindən keçip nə tək İranda habelə başqa ölkələrdə yayılıbdır.

Əgər tarixə diqqətlə baxsaq görərik ki bizim ata-babalarımız bunu bilmişdilər ki dörtlük ünsürlər(yə`ni Su, Od, Torpaq və Yel) onlara yaşam bağışlayır və yaşamın simvoludular. Deməliyik ki türklərin yaşamında dörtlük ünsürlər yaşayış simvolu kimi həməşə dəyərlənib, elə ki Azərbaycanda Od xüsusi bir yer tutur. Od yaşamın istilik qaynağı, Torpaq qazanç qaynağı, Su yaşam qaynağı və Yel hərəkətlilik qaynağıdır. Qış və soyuğun gəlişilə bizim ata-babalarımızın yaşamı bir durğunluqla qarşılaşırdı və təbi`ətin ölümülə birlikdə onlar allahvergisi ne`mətlərdən (Dörtlük ünsürlər) bəhrəsiz qalırdılar və daha çox dörtlük ünsürlərin dəyərini anlayırdlar və baharın gəlişilə geniş şənliklər edərdilər.

Davamı...

Yazının açar sözləri: novruz bayram türk milli miras  Baxış sayı: 148

Su çərşənbəsi, yaxud əzəl çərşənbə

Ulu babalarımız haqlı olaraq belə qənaətə gəlmişlər ki, «Sulu ev abad, susuz ev bərbad olar». Təsadüfi deyil ki, Müqəddəs İlaxır çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir. Mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin əzəli, çıxış nöqtəsidir. Bütün varlıqların meydana gəlməsinə, yer üzərində mövcudluğuna və məhvinə səbəb sudur. Susuz həyatın davamı mümkün deyil.

Şumer-akkad mifoloji sistemində bütün dünyanı əhatə edən yeraltı şirin sular və dünya okeanı Abzu adlanır. Maraqlıdır, «abzu» sözündəki birinci heca – «ab» farsca (bu söz bizdə də eyni mənada işlənir), ikinci heca «zu/su» türkcə su mənasını verir. Abzunun sahibi Enkidir. O, Ereduda yaşayır. Sonralar Enki Uredə yerləşən məbədə köçür. Məhz həmin yer əvvəllər Abzu, yaxud «Enqurranın evi» (Kramerə görə, «Enqurra» şumerlərdə «Abzu» sözünün sinonimi kimi işlənir [213, 33]) adlanırdı. Eyni zamanda Abzu yerin dərin qatlarında gizli qalan sirli yer mənasını da verir, ora hətta tanrılar gedə bilmirlər. İlahiliyin «me» adlanan məğzi həmin yerdə saxlanılır. Abzu məbədinin Enkinin tabeliyində olan sakinləri abqalilər mədəniyyətin yaradıcıları və daşıyıcılarıdırlar. Kramerə göstərir ki, «abqal» akkadca «müdrik» deməkdir [213, 119]. Bu sözün də kökündə «ab»a rast gəlirik. Su aydınlıqdırsa, müdriklik də fikrin aydınlığıdır. Şəhər salmaq işi abqalilərin adı ilə bağlanır. Şumer miflərində Enki ilə Ninmah ilk insanı Abzunun dibindəki gildən düzəldirlər. Şumerlər «ab» kəlməsindən fərqli olaraq «su» sözünü ayrılıqda da işlədirdilər. M.Beliski b. e. ə. III minilliyin birinci yarısına aid bir lövhədəki kiçik mətnin transkripsiyasını verir: «Lulu azu. Lulu – Ure də «suyun bilicisi» kimi təcrübə qazanan tanrıdır» [139, 366]. Suyun tanrılıq funksiyası daşıması Vavilyon kosmoloji təsəvvürlərində də özünü göstərir. Akkadların «Enuma Eliş» dastanında göstərildiyi kimi, ApSu dünya okeanını bildirir və həyatın, canlılığın mənbəyi, ilkin təbii fəlakətlərin səbəbkarı hesab olunur. Apsu Tiamatla evlənəndən sonra öz şirin sularını arvadının acı sularına qatıb ilk şər allahlarını – Lahmu və Lahamunu (qorxunc tanrılardır, yarı adam, yarı balıq şəklində təsvir edilirlər, bədbəxtliklərin, qəzaların, fəlakətlərin törədiciləri sayılırlar) yaradır [276, 22]. Apsunun bu hərəkəti gənc allahlar nəslinin qəzəbinə səbəb olur. İki nəsil allahları (yaşlılar və gənclər) arasında gərgin mübarizə başlanır. Apsu məsləhətçisi Mummu ilə gənc allahları yox etmək qərarına gəlir, tədbirlər arayır. Lakin gənc allahların nümayəndəsi Eyya daha ağıllı tərpənir, hiylə işlədib Mummunu aradan götürür və Apsunu yuxuya verib öldürür. Apsunun qəbri üzərində məqbərə ucaldırlar. Dünyanın bütün suları ehtiram göstərmək üçün yolunu oradan salır. Mifdə saf suyun yaradıcısı öz nəslini yer üzündə yaradandan sonra meydandan çıxarılır. Apsunun törəmələri iki qismə bölünürlər: şirin və acı sulara.
Davamı...

Yazının açar sözləri: su çərşənbə  Baxış sayı: 137

BozQurd

Bozqurd Türk millətinin simboludur. Birbirinin ardınca gələn Türk nəsillərinin ortaq malı olan milli dastan parçalarımızda, Türklərə yol göstərən, Türkləri zəfərlərə aparan bir simboldur...

 

Artıq Bozqurd bir güç, orduya yol göstərən bir xəritə, darda qalanların yardımına gedən bir Hızır, Hakana və orduya ehtiyat, mərdlik və təmkin dərsi verən bir müəllim simboludur...Ordumuzla bərabər döyüşən, onu zəfərdən zəfərə aparan bir faktordur. Döyüşçülüyün, cəsarətin, bir simboludur. O qurd olmaqdan ziyadə, qurda bənzədilən bir qurtarıcı və bir qəhrəmandır. Qorxmaz ve ağıllı bir Hakandır.

 

 

Nə üçün Bozqurd?

 

Bu sualın cavabı hərhalda Bozqurda aid özəlliklərin, Türklərdə olan özəlliklərlə üst üstə düşməsi ola bilər deyə düşünülməkdədir. Cəsarəti, əsarətə dözümsüzlüyü, qıvraqlığı, Ailəsinə sədaqəti və başqa özəlliklər onun, ulu babalarımız tərəfindən simbol seçilmə səbəbləridir. Hər millətin tarixində dastanlar əsas yer tutar. Məlum olduğu kimi xalq hekayələri ağızdan ağıza söylənərək, nəsildən nəsilə keçidi. Zaman keçdikcə bu hekayələr yazıya tökülərək ən sonunda indiki zamanımıza qədər gəlib çataraq dastanlar meydana gətirdilər. Bu dastanlarda Bozqurdun çox əsas yeri vardır. Ingilislər üçün Aslan, Ruslar üçün Ayı, Fransızlar üçün Xoruz, Íranlilar üçün Pars, yaxud Pələng, Yaponlar üçün Əjdaha ne ise, Türklər üçün də Bozqurd odur,

 

Bozqurd Dastanı

 

''...Türklərin ilk ataları Batı Dənizinin batı tərəfində yaşayırdılar. Türklər, Lin adlı bir ölkənin orduları tərəfindən məğlubiyyətə uğradıldılar. Düşmən əsgərləri bütün Türkləri kişi-qadın, kiçik-böyük demədən öldürdülər. Bu böyük ve vəhşicəsinə qiyamdan yalnız 10 yaşlarında olan bir oğlan sağ qaldı. Düşmən əsgərləri bu uşağıda tapdılar amma onu öldürmədiler; bu yaşayan son Türkü acılar içində can versin deyə, qollarını və ayaqlarını kəsərək bir bataqlığa atdılar. Düşmən hökümdarı, əsgərlərinin son bir Türkü sağ olaraq buraqdıqlarıni öyrəndi. O dəqiqə əmr verdi ki bu son Türk də öldürülsün və Türklərin kökü tamamilə kəsilsin... Düşmən əsgərləri uşağı tapmaq üçün yola çıxdılar. Amma dişi bir Bozqurd çıxdı və uşağı qaçırdı. Altay dağlarında izi tapılmaz, ucsuz bucaqsiz və hər tərəfi yüksək dağlarla əhatə olunmuş bir mağaraya apardı. Mağaranın içində böyük bir ova vardı. Ova, başdan ayağa ot və çayırlardan ibarət idi.Dörd bir tərəfi Sarp dağları ilə çevrili idi. Bozqurd burada uşağın yaralarını yalayıp tumarladı ve sonunda sağaltdi. Onu südüylə, ovladığı heyvanların ətiylə bəslədi, böyütdü. Sonunda uşaq böyüdü və yetkinlik çağına girdi sonra isə Bozqurd ile yaşayan son Türk əri evləndilər. Bu evlilikden 10 uşaq doğuldu. Uşaqlar böyüdüler, başqa yerlərdən qızlarla evlənərək artdılar. Türklər yavaş yavaş çoxaldılar və çevrəyə yayıldılar. Ordular qurub Lin ölkəsinə hücum etdilər ve atalarının qisasıni aldılar. Sonralar yeni bir dövlət qurdular, dörd bir yana yenidən egemen oldular. Və Türk hakanları atalarının xatrəsinə hörmət olaraq otaqlarının önündə həmişə qurd başlı bir sancak dalğalandırdılar...''

 

Bu əfsanəden anlaşıldığına görə, Türklərin ilk yurdları, Orta Asyanın batısına yaxın bir yerlərdə idi. Türklər, Turfanın cənub dağlarına daha sonra göçüblərmiş.

 

Çin tarixlərinin də yazdığı Bozqurd dastanı, burada bitməkdədir. Çinlilər daha sonra nələrin olduğunu açıq olaraz yazmırlar. Bu əfsanənin son bölümü, Ergənekon Dastanıdır. Ergənekon Dastanı, Cingiz Xan dövründə moğollaşdırılmışdır. Ancaq bu əfsanənin kökləri və ana motifləri, açıqca Kök Türklər ile əlaqədardır. Kök Türk Dövləti, MS 6.yy.dan etibarən bir cihan imperatorluğu olmuş və 200 il ömür sürmüşdür. Bele böyük və güclü bir dövlətin, ilkəl Moğollardan bir əfsanə alıb kökənlərini ona dayandırması mümkün deyildir. Ayrıca, Ergənekon Dastanının ana mötivlərindən biri, Dəmirçidir. Dastanda dəmirçi, dağda dəmir mədəni tapır və Türklər bu dəmir mədənini əridərək Bozqurdun öndərliyində Ergənekondan çıxırlar. Unutmamaq lazımdır ki, Göytürklərin ataları da dəmirçi idilər. Onlar ən yaxşı çəlikləri hazırlayıb, başqa dövlətlərə silah olaraq satardılar. Göytürklərin ataları, dəmir cövhərləriyle dolu dağların ətəklerində töremişdir, dəmirləri eridərək yerüzünə çıxmışlar. Sonradan özlərinin də dəmirçi olmaları bundan irəli gəlməkdədir. Amma Moğollar, dəmirçilizi bilmirlərdi. Cingiz Xan zamanında Moğolların yanına gələn bir Çin elçisi, o zamanda da Moğolların ox uclarını daşdan hazıladıqlarını, dəmirlə işləməyi bilmədiklərini deyirdi. Moğollar dəmirlə işləməyi, Cingiz Xanın zamanında Uyğur Türklərindən öyrənmişdilər. Ayrıca Bozqurd, Türklərin müqəddəs heyvanıdır. Moğolların isə müqəddəs heyvanı köpəkdir.

Yazının açar sözləri: bozqurd  Baxış sayı: 151

Kamança

Kamança

Türk Kamançası
Kəmança bir saz`dır.(Çalğı alətidir) Kamança Azərbaycanın kamanla çalınan qədim simli musiqi alətidir.Muğamlarımızın ifası zamanı trioya (tar, kamança, qaval (dəf)) daxil olan kamança Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümayəndəsidir

Mündəricat
1 Kamançanı çalındığı yerlər
2 Hazırlanması
3 Tarixi
4 Azərbaycan kamançası



Kamançanı çalındığı yerlər
Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır.


Hazırlanması
İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. İncə, məlahətli, melodik səsə malik bu alət əsrlər boyu təkmilləşərək bu günümüzə qədər gəlib çıxmışdır. Kamançanın simlərinin sayı əvvəlcə bir, sonra iki və nəhayət doqquz simli olmuşdur. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur.


Tarixi

Kamança
Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir. Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş