Reklam verin!

HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA


 

 

Bir əlimdə qələm, bir əldə kağaz,
Xəyalım boylanır damdan, duvardan,
Başımda yar bağın gəzmək havası,
Qapılar bağlıdır, yol tapım hardan?

Hasarın dalında könül verdiyim
O yar bir bağ salıb, suyu bulurdan,
Hayvası kəhrüba, narı yaqutdan,
Tağı firuzədən, divanı güldən.

Mavi eyvanında saz çalır Zöhrə,
Bürcündə yay çəkib dayanıb Keyvan,
Layiqi var girəm qəsrinə mən də
Qıllı papağımlan, sınıq sazımlan?

O, bu ehtişamla, bu təmtəraqla
Qapısın üzümə açmasa nə var,
Şahla rəiyyətin söhbəti tutmaz,
Mən bir obalıyam, odur Şəhriyar.

Gərək rüsxət alam Heydər babadan,
"Yox" cavabı bəlkə mənə verməsin,
Bir də Şəhriyardan fərmanım vardır,
"Şair bir-birini olur görməsin?"

Yox, mən də Səhənd'əm, başım ucadır,
İçimdə sönməyən eşq atəşi var.
Məndə səfası var güllü baharın,
Başımı tutsa da qara buludlar.

Davamı...

Yazının açar sözləri: səhənd şəhriyar heydərbaba vətən  Baxış sayı: 99

Heydər Baba(1.~4. Bölümlər)

1 Heydər Baba, ildırımlar şaxanda,
Sellər, sular şakqıldıyup axanda,
Gızlar ona səf bağlıyup baxanda,
Səlām olsun şovkətüzə elüzə,
Mənim də bir adım gəlsün dilüzə.

2 Heydər Baba, kəhlik'lərün uçanda,
Kol dibinnən dovşan galxup gaçanda,
Baxçalarun çiçək'lənüp açanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmıyan ürək'ləri şad elə.

3 Bayram yeli çardaxları yıxanda,
Novruz güli, gar çiçəği çıxanda,
Ağ bulutlar köynək'lərin sıxanda,
Bizdən də bir yad eliyən sağ olsun,
Dərdlərimiz goy dikkəlsün dağ olsun.

4 Heydər Baba, gün daluvı dağlasın,
Üzün gülsün, bulaxlarun ağlasın,
Uşaxlarun bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

Yazının açar sözləri: Baxış sayı: 252


  Yazılar cəmi: 2