Reklam verin!

"A" hərfindən Ata-Baba sözləri

Abırlı abrından qorxar, abırsız nədən qorxar?

Abırsızdan abrını saxla.

Ac ayı oynamaz.

Ac aman bilməz.

Ac qalmaq borclu olmaqdan yaxşıdır.

Ac qurd balasını yeyər.

Ac deyər: - Doymaram! Tox deyər: - Acmaram!

Ac toyuq yuxusunda darı görər.

Açaram sandığı, tökərəm pambığı.

Ad adamı bəzəməz, adam adı bəzəyər.

Adı var, özü yox.

Adı qulağına bitişib.

Adı dillər əzbəridir.

Adı it dəftərində də yoxdur.

Adın tut, qulağın bur.

Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.

Adam başından böyük danışmaz.

Davamı...

Yazının açar sözləri: ata baba söz  Baxış sayı: 48


  Yazılar cəmi: 1