Reklam verin!

Şəlalə Cəvanşirdən neçə şe`r


شلاله جوانشیر


Şəlalə Cavanşir


olumsuz_heyat18@yahoo.com

 

1.Bu gün ağladı bu əski şəhər
Bütün sevgi dolu küçələri ıslandı
Mənim də gözlərim ağladı
Mən də acı göz yaşlarımla ıslatdım
Ürəyimin sənsiz küçələrini...

2. Bizim şəhərdə sevinc də hüzün də bərabər yaşayır
Həm mutsuzluq tikanı bitir həm ümüd çiçəkləri
Amma bizim şəhər ağlayır
Hər damla göz yaşında bir hüzün var
Bizim şəhərin içində yanqın var
Özləm var
Özgürlük özləmi
-------------------------------
Gecənin qaranlığından sonra
Günəşli dünya güldü bizə
Yaşadıq bu günəşli dünyada
Dünyanı unutduq
Unutduq hər sabah
Ağacların yorğun baxışlarından
Tökülən yarpaqları
Və dünyaya göz açan körpə uşaqları
Sonuncu şam kimi sönən insanları.
--------------------------------

Mən də böyüyəcəyəm
Bu torpaqlı küçələrdə
Işıqlı arzularla
Qanad qanad mavı dalğayla
Üzəcəyəm bu geniş dənizdə
Bir bulut kimi ürəyi tutulan
Anaları görəcəyəm
Onlar bütün insanların gözləriylə ağlayırlar
Deyirəm bu gözyaşlarla bir dəniz yaranar
Və bu dəniz bizim olacaq əlbətdə.

Davamı...

Yazının açar sözləri: şəlalə cavanşir ədəbiyyat qadın  Baxış sayı: 152


  Yazılar cəmi: 1