Reklam verin!

ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ (( Şair: Bulut Qaraçorlu(səhənd) ))

 

ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ

Heydər müellimə(17) *

(*. 1974  ilində Azərbaycan Respublikasının rəhbəri Heydər Əlirza oğlu Əliyevə yazılmış mənzum məktub.)

 

 

 

Üstadım Vurğun'dan(18) söz dilənərək
Qoy belə başlayım şe'rimi nolar,
O dahi sənətkar söylədiyi tək
"Mən çocuq deyiləm, xeyli yaşım var".

Ömrümdə çox isti-soyuqlar görüb(19),
Başımda bostanlar əkərkən həyat(20),
Çətinlikler mənlən bacarammayıb(21),
Yolumu kəsəmməz qara zülumat.

Hər ağır dəhşətə mən dözə-dözə(22)
Məsləkdaş, vətəndaş deyibən(23) gəldim.
Ürək sandığını açmaqçın Sizə
Səfər yarağım geyibən gəldim(24).

Dağlar boyda ağır dərdi özümnən
Təbrizdən Bakıya daşıdım, ancaq
Kimsəyə açmadım, ağır dözümnən(25)
Hələlik lazımdır geri qaytarmaq(26).

Tale'dən gileyli(27) olmayam gərək,
Ellərimi gördüm, gözlerim aydın!
Nesibim olmadı, ancaq ne etmek?!
İsterdim bakı'da SEN de olaydın.

Hamıdan dinlərkən vəsfini Sənin,
Heyif ki, görüşmək qismət olmadı.
Bisütunlar çapdım mən Ferhad təkin(28),
Ancaq ki, su gelib arxa dolmadı.

Men isterdim doğma bir qardaş kimi
Oturub, əyləşib(29)-danışam Sənlən,
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana vətəndən.


17. Haydar Aliyev18. Semed Vurğun'dan 19. iyi ve kötü günler görüp 20. hayat başıma dertler açarken 21. zorluklar benimle baş edememiştir, başa çıkamamıştır 22. katlana-katlana 23. diyerek 24. yolculuk silahını kuşanarak geldim 25. bu tahammül edilmesi zor dertten 26. geri dönmek 27. talihten şikayetçi 28. gibi 29. tokalaşıp
(*. 1974 yılında Azerbaycan Respublikasının rehberi Heyder Elirza oğlu Eliyeve yazılmış menzum mektub.)

Yazının açar sözləri: həydər əliyev səhənd vurğun  Baxış sayı: 131


  Yazılar cəmi: 1