Reklam verin!

Deyil mi? "Süleyman Rüstəm"

Durnalar, siz deyin, qan qardaşlarım

Gəlib dərd əlindən zara, deyil mi?

Odlar torpağının ürək parçası

ARAZın o tayı, ora deyil mi?!

 

İnsanlar göz açmır əlindən yasın,

Gülləri qaradır baharın, yazın.

Qoca ər evində satılan qızın

Örtüyü günütək qara deyil mi?

 

Süleyman bağlısan o doğma yerə,

Vətənim deyirsən gündə min kərə.

Təbriz gözəlindən sənə xatirə

Bağrında sızlayan yara deyil mi?

Yazının açar sözləri: deyil mi süleyman rüstəm şe`r  Baxış sayı: 60


  Yazılar cəmi: 1