Reklam verin!

HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA


 

 

Bir əlimdə qələm, bir əldə kağaz,
Xəyalım boylanır damdan, duvardan,
Başımda yar bağın gəzmək havası,
Qapılar bağlıdır, yol tapım hardan?

Hasarın dalında könül verdiyim
O yar bir bağ salıb, suyu bulurdan,
Hayvası kəhrüba, narı yaqutdan,
Tağı firuzədən, divanı güldən.

Mavi eyvanında saz çalır Zöhrə,
Bürcündə yay çəkib dayanıb Keyvan,
Layiqi var girəm qəsrinə mən də
Qıllı papağımlan, sınıq sazımlan?

O, bu ehtişamla, bu təmtəraqla
Qapısın üzümə açmasa nə var,
Şahla rəiyyətin söhbəti tutmaz,
Mən bir obalıyam, odur Şəhriyar.

Gərək rüsxət alam Heydər babadan,
"Yox" cavabı bəlkə mənə verməsin,
Bir də Şəhriyardan fərmanım vardır,
"Şair bir-birini olur görməsin?"

Yox, mən də Səhənd'əm, başım ucadır,
İçimdə sönməyən eşq atəşi var.
Məndə səfası var güllü baharın,
Başımı tutsa da qara buludlar.

Davamı...

Yazının açar sözləri: səhənd şəhriyar heydərbaba vətən  Baxış sayı: 92

ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ (( Şair: Bulut Qaraçorlu(səhənd) ))

 

ELİMİN DAYAĞI YURDUMUN FƏXRİ

Heydər müellimə(17) *

(*. 1974  ilində Azərbaycan Respublikasının rəhbəri Heydər Əlirza oğlu Əliyevə yazılmış mənzum məktub.)

 

 

 

Üstadım Vurğun'dan(18) söz dilənərək
Qoy belə başlayım şe'rimi nolar,
O dahi sənətkar söylədiyi tək
"Mən çocuq deyiləm, xeyli yaşım var".

Ömrümdə çox isti-soyuqlar görüb(19),
Başımda bostanlar əkərkən həyat(20),
Çətinlikler mənlən bacarammayıb(21),
Yolumu kəsəmməz qara zülumat.

Hər ağır dəhşətə mən dözə-dözə(22)
Məsləkdaş, vətəndaş deyibən(23) gəldim.
Ürək sandığını açmaqçın Sizə
Səfər yarağım geyibən gəldim(24).

Dağlar boyda ağır dərdi özümnən
Təbrizdən Bakıya daşıdım, ancaq
Kimsəyə açmadım, ağır dözümnən(25)
Hələlik lazımdır geri qaytarmaq(26).

Tale'dən gileyli(27) olmayam gərək,
Ellərimi gördüm, gözlerim aydın!
Nesibim olmadı, ancaq ne etmek?!
İsterdim bakı'da SEN de olaydın.

Hamıdan dinlərkən vəsfini Sənin,
Heyif ki, görüşmək qismət olmadı.
Bisütunlar çapdım mən Ferhad təkin(28),
Ancaq ki, su gelib arxa dolmadı.

Men isterdim doğma bir qardaş kimi
Oturub, əyləşib(29)-danışam Sənlən,
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana vətəndən.


17. Haydar Aliyev18. Semed Vurğun'dan 19. iyi ve kötü günler görüp 20. hayat başıma dertler açarken 21. zorluklar benimle baş edememiştir, başa çıkamamıştır 22. katlana-katlana 23. diyerek 24. yolculuk silahını kuşanarak geldim 25. bu tahammül edilmesi zor dertten 26. geri dönmek 27. talihten şikayetçi 28. gibi 29. tokalaşıp
(*. 1974 yılında Azerbaycan Respublikasının rehberi Heyder Elirza oğlu Eliyeve yazılmış menzum mektub.)

Yazının açar sözləri: həydər əliyev səhənd vurğun  Baxış sayı: 131

"Sazımın sözü"nden parçalar (( Şair: Bulut Qaraçorlu(səhənd) )) birinci bölüm

("Sazımın sözü", Bakı, 1984, s. 69-79)
(( Şair: Bulut Qaraçorlu(səhənd) ))

DUXA QOCA OĞLU DELİ DOMRUL

Gecenin qoynunda vüqarlı(1) dağlar
Sanki ebedi bir yuxuya batmış,
Dereler, tepeler, meşeler(2), bağlar
Dünyanın xeyrini, şerini atmış(3).

Qaranlıq gecenin mermuz(4) siması
Hemi(5) keder doğurur, hem ürek sıxır,
Qara ibhamların(6) uçurum dünyası
Kimseni büdredir(7), kimseni yıxır.

Gecenin bağrında, güzelliklerde
Bu şebeh(8) görünür insan gözüne,
Qaranlıq çekmişdir çaşdıran perde
Qan şeytanların qara üzüne.

Şeytan yaranmışı tanıtdıraraq,
Ezelden qarğamış(9) geceni insan,
Ocaqlar, meş'eller yaxmaqla ancaq
Qaçmışdır geceden, qaranquluqdan.

Hele de, hele de bizim yerlerde
Sade insanların andı "çıraq"dır.
Xalqın arasında, kendde, şeherde
Müqeddes yerlerin adı "ocaq"dır.

Işıqdan doğursa istilik(10), istek,
Qaranlıqdan doğur soyuq, aldanış,
Mehebbet axtaran(11) insanlıq, demek,
Ona baş endirmiş, bunu qarğamış.

Qoy bunu söyleyim el Vurgunundan(12):
"Sanmayın meqsedim boş yaraşıqdır",
Dalınca(13) söylemiş o ölmez insan:
"Dünyada en böyük qüvvet - ışıqdır!"

Qara qış dünyanı berbad ederdi
Dalınca yaz(14) olub, yay olmasaydı,
Qaranlıqda insan elden gederdi
Güneş olmasaydı, Ay olmasaydı.

Gecenin qoynunda vüqarlı dağlar
Sanki ebedi bir yuxuya batmış,
Dereler, tepeler, meşeler, bağlar
Dünyanın xeyrini, şerini atmış.

Tala(15) buludluqda süründükce ay
Işıq dehreleri(16) geceni biçir
Geceden qırılmış sehneler lay-lay (17)
Sınıq qoşun(18) kimi qarşımdan keçir.

Çölleri bürüyen me'nalı sükut
Be'zen lal dayanır(19), gah(20) dile gelir,
Üfüqe baxdıqca men mebhut-mebhut(21),
Ele bil ki(22), sükut meni sesleyir.

Bu çox ezemetli çağırışdır(23), bax,
Qulağın perdesi eşitmez sesin,
Üreyin telleri hiss eder ancaq
Çölün pıçıltısın(24), dağın nalesin.

Bu lal çağırışda(25) qerinelerin(26)
Ölmez nalesi var, ölmez sesi var!
Böyük esatirin(27), efsanelerin
Üreyi sehr eden(28) zümzümesi var!

Her elin, obanın efsaneleri
O elin ruhunu terennüm edir,
Efsanevi eller suret çekeni(29)
Ellerin simasın tecessüm edir(30).

Suret heqiqetden bir görüşdürse,
Kim deyer surete heqiqetdi bu?
Ancaq resm olunan her bir surete
Şübhesiz, olmuşdur sebeb bir duygu.

1. vakarlı, heybetli 2. ormanlar 3. dünyanın hayrından da 4. gizli, rumuzlu 5. hem 6. şüphelerin 7. birilerini tökezletiyor 8. bu tarz, buşekilde*9. beddua etmiş; lanetlemiş 10. sıcaklık 11. arayan 12. halkı çok sevenden. Vurgun: Samed Vurgun; Kuzey Azerbaycan'ın tanınmış şairlerinden. Tırnak içindeki mısralar da Vurğun'undur. 13. peşinden, arkasından 14. ilkbahar 15. geniş başlık 16. ağaç baltalarını 17. kat kat, tabaka tabaka 18. yenilmiş ordu 19. sessizce duruyor 20. bazen, arada bir 21. şaşkın şaşkın 22. sanki 23. davetler 24. kırın fısıltısını 25. sessiz davette 26. Qerine: 33 yıllık zaman dilimi; on yıllıkların 27. efsanelerin, mitolojinin 28. yüreği büyüleyen29, efsanevî ellerin resmini yaptığı 30. yansıtıyor, canlandırıyor

Yazının açar sözləri: səhənd dədə qorqud sazımınsözü dəlidümrül  Baxış sayı: 127

Bulut Qaraçorlu(səhənd)dən bir şe`r

Qurtuluş istirəm məhküm elimə,
Bu nə şıltaqlıqdır, nə tamahkarlıq
Dilizə dəymirəm, dilimə dəymə,
Bu sözün harası suçdur, günahdır? 

Yazıq düşmən məni fırlatmaq üçün,
Mazalax tək dövrəsinə fırlanır.
Həm özün, həm məni aldatmaq üçün,
Gah ((DƏDƏMİ)), gah da ((DƏDƏSİN)) danır.

 

Yazının açar sözləri: bulut qaraçorlu səhənd  Baxış sayı: 82


  Yazılar cəmi: 4